Icma.az
close
up
RU
525ci qəzet Ermənistanın KTMT oyunu nə gedir, nə qalır...

525ci qəzet Ermənistanın KTMT oyunu nə gedir, nə qalır...

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistan hakimiyyəti beynəlxalq səviyyədə manipulyasiya ilə məşğuldur. Bu, özünü təkcə Azərbaycanla sülh məsələsində deyil, eyni zamanda, İrəvanın Rusiya və Qərb arasında manevr etməsində də göstərir. Ermənistanda Rusiya ilə bağlı sərt ritorika bəllidir. Paşinyan hakimiyyəti özünü qərbyönümlü göstərməyə çalışır, amma Rusiyadan tam qopmaq da istəmir.

Hazırda Ermənistanda 102-ci rus hərbi bazası mövcuddur. Ölkənin sərhəd nəzarəti Rusiyanın əlindədir. Rusiya sərhədçiləri Ermənistannın Türkiyə və İran ilə dövlət sərhədini qoruyur. Eyni zamanda, sirr deyil ki, Ermənistan iqtisadiyyatı böyük faizlə Rusiyadan asılıdır.

Ermənistan hakimiyyətinin Rusiya əleyhinə addımlarından biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlıdır. Bu mövzu dəfələrlə həm baş nazir, həm də digər səviyyələrdə gündəmə gətirilib. Bu ilin fevralında Ermənistan KTMT-də üzvlüyünü dondurdu, ardınca üzvlük haqqını ödəməkdən imtina etdi. İyunun 12-də Paşinyan bəyan etdi ki, ölkəsi KTMT-dən çıxmaq istəyir, lakin vaxt hələ müəyyən edilməyib. İrəvan bu ilin noyabrında keçirilən KTMT-nin Zirvə toplantısında təmsil olunmadı. Nikol Paşinyan bu günlərdə yenidən bildirib ki, Ermənistanla KTMT arasında münasibətlər geri dönüşü olmayan nöqtəyə qədəm qoyub. O əlavə edib ki, ölkəsi özünü KTMT-nin üzvü saymadığı üçün həmin təşkilat daxilindəki qərar və sənədlərin qəbulu prosesində iştirak etmir: "Biz KTMT daxilindəki müzakirələrdə, eləcə də nə sənəd və qərarların qəbulunda iştirak edirik, nə də veto hüququmuzdan yararlanırıq. Çünki özümüzü bu təşkilatdan kənarda hesab edirik. Qoy, istədikləri qərarı qəbul etsinlər".

Öz növbəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bəyan edib ki, Ermənistanın KTMT platformasında müzakirələrdə iştirak etməməsi təşkilatın səmərəliliyinə təsir göstərmir.

Bununla belə, KTMT-nin 2003-2016-cı illərdə baş katibi olmuş Nikolay Bordyuja Ermənistanın bu qurumda üzvlüyünü dayandırmasını böyük səhv adlandırıb. O bildirib ki, həmişə həm Moskva, həm də KTMT İrəvana böyük kömək göstərib: "Təhlükəsizlik sistemini necə təşkil edəcəyinə dair qərar vermək Ermənistanın suveren hüququdur. KTMT-dən çıxıb-çıxmamaq da öz işidir, lakin hazırkı addımı yanlış məlumatlara söykənən səhv qərardır".

Məlumdur ki, İrəvan İkinci Qarabağ müharibəsində "KTMT-nin dəstək vermədiyini" əsas gətirərək bu təşkilatdan çıxmaq barədə bəyanatlar səsləndirməyə başlayıb. Paşinyan bəyan edib ki, KTMT-nin Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməyib.

Bordyuja isə Ermənistanın bəzi yüksək vəzifəli şəxslərinin KTMT və Rusiyadan yardım görmədikləri ilə bağlı açıqlamalarını təkzib edib. O, əksinə, Ermənistanın hərbi, texniki və təşkilati baxımdan davamlı şəkildə böyük dəstək aldığını vurğulayıb: "Ermənistan rəhbərliyinin Rusiyadan və KTMT-dən heç bir yardım almadıqlarını bəyan etməsi həqiqətə uyğun deyil. Mən şəxsən şahid olmuşam ki, Ermənistanın silahlı qüvvələri və güc strukturları həm Rusiya, həm də KTMT üzvlərindən böyük təşkilati və texniki dəstək alıb. Əgər Rusiyanın Ermənistanın silahlı qüvvələrinə və ümumilikdə ölkəyə yatırdığı investisiyaları hesablasaq, kifayət qədər ciddi rəqəm olduğunu görərik".

Bordyuja əlavə edib ki, Rusiyanın Ermənistana göstərdiyi yardım təkcə silah və texniki təchizatla məhdudlaşmayıb, eyni zamanda hərbi təlim və strateji məsləhətləri də əhatə edib.

O, Ermənistanın bəzi rəsmilərinin Rusiyaya qarşı sərt ittihamlarını iki cür əsaslandırıb: "Ermənistanın ali siyasi rəhbərliyinin bəyanatları ya məqsədyönlü və qərəzlidir, ya da onlar mövcud reallığı anlamaqda çətinlik çəkirlər. Hər iki halda, bu, Ermənistan üçün böyük səhvdir. Əgər belə davam edərlərsə, Ermənistanın təhlükəsizliyinə və regiondakı mövqeyinə ciddi zərər dəyəcək".

Əslində Ermənistandan Rusiya əleyhinə bəyanatları Qərbə yarınmaq kimi qiymətləndirmək olar. Ermənstan Avrasiya İqtisadi İttifaqına üzv olmaqda davam edir, Rusiya ilə ticarət dövriyyəsini artırır. Belə ki, ölkələr arasındakı ticari-iqtisadi əlaqələr davam edir, ticarət dövriyyəsi son 4 ildə 4 dəfəyə yaxın (2020-ci ildəki 2.3 milyard dollardan cari ilin ilk yarısındakı 8.3 milyard dollara) artıb. Bu artım təbii ki, Ermənistanın Rusiyaya ABŞ və Aİ sanksiyalarından yayınmağa kömək etdiyi üçün baş verib. Qərb isə Ermənistanın bu əməllərinə sadəcə göz yumur və İrəvana hərtərəfli yardımları artıraraq onu silahlandırır. Bu il ticarət dövriyyəsinin 14-16 ml dollara çatacağı gözlənilir. Bu, rekord göstərici olacaq. Eyni zamanda, bu, bir daha onu sübut edir ki, Ermənistan Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan Rusiyanın yayınması üçün bir vasitəçi kimi  qismində çxış edir. Amma Qərb Ermənistanın digər ikili oyunları kimi buna da göz yumur. Məsələn, Suriya məsələsində İrəvanın mövqeyi, Əsəd rejimi ilə isti, müttəfiqlik münasibətləri bəlli idi, amma Qərb burda da öz riyakarlığını ortaya qoydu.

Rusiyalı politoloq Boqdan Bezpalko KTMT ilə bağlı mövzunu şərh edərkən deyib ki,  KTMT-nin qərargahına Ermənistan rəhbərliyindən ölkənin təşkilatdan çıxması ilə bağlı heç bir məlumat verilməyib. Bununla belə, real siyasətə əsaslansaq, Ermənistan rəhbərliyinin bəyanatlarını Rusiya və KTMT-yə qarşı qeyri-dost addım kimi qiymətləndirmək olar: "Faktiki olaraq dayandırma kimi prosedur yoxdur, lakin Ermənistanın KTMT-də keçirilən bir sıra tədbirlərdə iştirakını dayandırdığı göz qabağındadır. Və bəlkə də gələcəkdə o, faktiki olaraq təşkilatı tərk edəcək. Hansı ki, əslində, cənab Bordyuja bunu həm təşkilat, həm də Ermənistanın özü üçün zərərli kimi qiymətləndirərək reaksiya verdi, çünki Ermənistanın KTMT-dən başqa arxalanacağı heç nə yoxdur. Rusiya hər zaman həqiqətən vicdanlı tərəfdaş olub və Ermənistanı Rusiyanın daxili qiymətinə silahla təmin edib".

Politoloqun fikrincə, Rusiya ilə münasibətləri korlayan Ermənistan bütün aspektlərdə uduzacaq: "Bu vəziyyətdə Rusiyanı Qarabağ münaqişəsinə müdaxilə etməməkdə ittiham etməyə heç bir əsas yoxdur, çünki bu ərazi Ermənistan Respublikasının rəhbərliyinin özü tərəfindən müstəqil dövlət və ya Ermənistan ərazisi kimi tanınmamışdı. Ona görə də Ermənistan KTMT-dən çıxsa və tək qalsa, onun arxalanacağı heç kim olmayacaq. Rusiya və onun KTMT daxilindəki müttəfiqlərinin hazır olduğu formatda, miqyasda Ermənistanın müdafiəsi üçün nə Fransa, nə ABŞ, nə də NATO çıxış etməyəcək. Əminəm ki, Rusiya ilə münasibətləri korlayan Ermənistan bütün digər aspektlərdə, xüsusən də ticarət, sənaye və digər sahələrdə uduzacaq. Ermənistan təşkilatdan çıxsa, iqtisadi cəhətdən itirəcək və bütün geosiyasi rəqibləri ilə tək qalacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see270

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see246

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see166

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see160

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see153

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see144

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see138

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see136

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see126

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri