Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

ƏBƏ­Dİ VƏ ƏDƏ­Bİ EH­TİYAC Pərvanə BAYRAMQIZI yazır

ƏBƏ­Dİ VƏ ƏDƏ­Bİ EH­TİYAC Pərvanə BAYRAMQIZI yazır

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Seç­di­yi sə­nə­tin də­rin­lik­lə­rin­dən xə­bər­dar olub, ya­rat­dı­ğı iş­lər­lə ta­nı­nan kəs­lə­rə öz adıy­la de­yil, “ay us­ta” de­yə mü­ra­ci­ət edir­lər. On­la­rın ad­la­rı da, so­yad­la­rı da “us­ta” olur. İş gö­rən hər ada­ma da us­ta de­məz­lər. Us­ta gə­rək us­ta ol­sun (Al­lah na­şı­sın­dan sax­la­sın.) Ədə­biy­ya­tın da “söz us­ta­la­rı” var. Ha­zır­ca­vab­lı­ğı ilə se­çi­lə­nə, mən­tiq­li fi­kir söy­lə­yə­nə bu adı xalq özü ve­rir. Ya­zı­çı da söz us­ta­sı­dır. Daş ki­mi söz­lər­lə iş­lə­mək elə də asan de­yil, gə­rək on­la­rı daş­yo­nan bal­ta ilə (re­dak­tə) elə dü­zəl­də ki, ürə­yə ya­ta.

Yaz­maq özü­nü­təq­di­met­mə de­mək­dir. Di­gər tə­rə­fi­ni nə­zə­rə alan­da isə baş­qa­sı­nın hə­ya­tı­na ədə­bi mü­da­xi­lə­dir. On­da ya­zı­çı­la­rı “ədə­bi və­kil­lər” də ad­lan­dır­maq olar. On­lar da in­san­la­rın prob­lem­lə­ri­ni çöz­mə­yə ça­lı­şır­lar. Ağır möv­zu­la­rın “yü­kü­nü da­şı­yır”, üs­tə­lik, baş­qa­la­rı­nı da bu­na sövq edir­lər. Dost-ta­nı­şın, yad in­san­la­rın hə­ya­tın­da baş ve­rən­lər ya­zı­çı alə­ti ilə yo­nu­lub, müx­tə­lif “fi­qur­la­ra” sa­lı­nır.

Ya­zan şəx­sin sir­ri ol­mur. Ürə­yin­də nə­yin­sə yı­ğı­lıb qal­ma­sı­na özü im­kan ver­mir. Duy­ğu, ar­zu, tə­xəy­yül, mü­şa­hi­də... nə ol­sa, çə­kib qə­lə­mə gə­ti­rir. On­la­ra “bel bağ­la­yıb” ba­şı­na gə­lə­ni söy­lə­mək “risk­dir”. Öz­lə­ri­nin hər şe­yi­ni sö­zə çe­vi­rən öz­gə­nin­ki­nə das­tan qo­şar. Bir də gör­dün, da­nış­dıq­la­rın odur ey, el-alə­min di­lin­də oba-oba, öl­kə-öl­kə gə­zir.  Özü də müx­tə­lif dil­lə­rə çev­ri­lə­rək.

Ya­zı­çı­ya yaz­ma­ğı qa­da­ğan et­mək, bi­lir­si­niz­mi, nə­yə bən­zə­yi­r?

Bu­nu də­rin­dən hiss et­mək üçün ya em­pa­ti his­sin güc­lü ol­ma­lı­dır, ya da gə­rək özün onu ya­şa­ya­san. Pri­mi­tiv nü­mu­nə sa­yıl­sa da, mü­qa­yi­sə üçün əl­ve­riş­li ol­du­ğun­dan de­yim ki, bu, su­da ya­şa­maq üçün ya­ra­dıl­mış ba­lıq­la­rı qu­ru­ya bu­ra­xıb ça­ba­la­ma­sı­na ta­ma­şa et­mək kimidir.

Ça­ba­la­mı­şam il­lər­lə..., yaz­maq mə­nim üçün asan ol­ma­yıb. İs­te­dad­la iş bit­mir. Bə­zən zəh­mə­tin də ro­lu ol­mur. Yaz­maq üçün ən əsası yan­lış mə­kan­dan, yan­lış in­san­lar­dan uzaq dur­maq va­cib imiş.

De­yir­lər, Emil Zol­ya ya­zan­da özü­nü stu­la bağ­la­yır­mış. Bu­nun han­sı zə­ru­rət­dən irə­li gəl­mə­si­ni dü­şün­mə­yə, təh­lil et­mə­yə gə­rək yox­dur. İs­te­dad­lı in­san hər cür qey­ri-adi key­fiy­yə­tə ma­lik olur. Əs­lin­də, ya­zı­çı­la­ra xas olan cə­hət­lər qey­ri-adi he­sab edil­mə­mə­li­dir. Bu, on­lar üçün adi dav­ra­nış qay­da­la­rı­dır. Bir ya­zı­çı ha­mı­nın şən­lən­di­yi məc­lis­də qa­nı­qa­ra olur, qə­fil­dən çı­xıb ge­dir­sə, de­mək, ət­ra­fın­da­kı­lar­dan fərq­li ola­raq o, özü­dür. Demək, ona xoş ol­ma­yan nə­lər­sə var, hiss edir ki, hə­min an vax­tı­nı düz­gün də­yər­lən­dir­mə­yib, yan­lış mə­kan­da­dır. Bu “səh­vi­ni” dü­zəlt­mək onun üçün asan­dır. Ol­du­ğu ye­ri tərk et­mək­lə hər şe­yi qay­da­sı­na sa­lır. Tə­bii ki, üz tu­ta­ca­ğı ün­van ya­zı ma­sa­sı­dır. Onu gö­rə­cək, to­xu­na­caq, özü­nü hə­min məc­lis­də­kin­dən də gö­zəl yer­də hiss edə­cək. Bəl­kə, lap elə stu­lun al­tın­da ya­zan ya­zı­çı da var. Bü­tün bun­lar kön­lü­nü sö­zə ver­miş­lər üçün adi şey­lər­dir. Ən gö­zəl dün­ya sə­nət­kar­la­rın dün­ya­sı­dır, is­tər şa­ir, rəs­sam, is­tər­sə də ya­zı­çı, mu­si­qi­çi ol­sun. Həmin dün­ya­ya on­la­rın öz­lə­rin­dən baş­qa mil­yon in­san şə­rik olur, hət­ta əl­lə­rin­dən də alır­lar, se­vən­lər də, tən­qid edən­lər də olur. Bü­tün bun­lar ya­zar­kən, çə­kər­kən, bəs­tə­lə­yər­kən on­la­rın ağıl­la­rın­dan keç­mir. Bil­mir­lər, əsər­lə­ri­nə gö­rə on­la­rı se­və­cək­lər, yox­sa lə­nət­lə­yə­cək­lər? Bil­dik­lə­ri bir­cə şey var – ya­rat­maq!

       Vla­di­mir Na­bo­kov de­yir: “Mə­nim ya­ra­dı­cı­lı­ğım­da əh­va­li-ru­hiy­yə ön plan­da du­rur. Ke­fim var, ya­zı­ram, yox­dur - yaz­mı­ram. Ro­man­la­rı­mın ide­ya­sı göz­lə­nil­mə­dən do­ğu­lur. Bir də­qi­qə­nin için­də. Qə­lə­mi alı­ram əli­mə, hər şey baş­la­yır və­rə­qə ax­ma­ğa. Ro­man əv­vəl­cə bey­nim­də ya­zı­lır, qa­lır tex­ni­ki pro­se­si ye­ri­nə ye­ti­rib, onu və­rə­qə kö­çür­mək. Zən­nim­cə, ya­zı­çı qəh­rə­ma­nı­nı ad­dım­ba­ad­dım iz­lə­yib özü­nü onun və­ziy­yə­ti­nə gə­ti­rir­sə, udu­zur. Qəh­rə­ma­nı ra­hat bu­rax­maq la­zım­dır. Qoy öz bil­di­yi­ni elə­sin. Elə ya­zı­çı­lar var ki, bu işə sə­nət ki­mi ba­xır­lar, hər gün əy­lə­şib 5-10 və­rəq yaz­ma­ğı borc bi­lir­lər öz­lə­ri­nə. Mə­sə­lən, mən bə­zən 12 sa­at otu­rub ya­zı­ram, bə­zən də ay­lar­la yaz­dıq­la­rı­mı dü­zəl­di­rəm. Bir az tən­bəl­li­yim də var”.

Bu da bir üs­lub­dur.

Bö­yük in­gi­lis şai­ri Con Mil­ton (1608-1674) ba­şı­nı ar­xa tə­rə­fə əy­mə­miş şe­ir ya­za bil­məz­miş.

He­min­qu­ey – ayaq üs­tə du­ra­raq, Bet­ho­ven – otaq­da gə­zi­şə­rək dü­şü­nüb, ide­ya­nı for­ma­laş­dı­rıb, yal­nız on­dan son­ra ka­ğı­za kö­çü­rər­miş.

Çarlz Dik­kens ya­zı ma­sa­sı­nın ar­xa­sın­da əy­lə­şər­kən üzü­nü şi­mal tə­rə­fə çe­vi­rər­di. O, be­lə zənn edir­di ki, Şi­mal qüt­bü­nün maq­nit sa­hə­si ya­ra­dı­cı­lı­ğa müs­bət tə­sir edir.

(“Kay­zen” –  İl­yas Hə­sə­nov, El­la­da Hə­zi­ye­va­nın “Əs­lin­də on­lar kim­di­r?” ki­ta­bın­dan)

Fərq­li üs­lub­lar­dan çox yaz­maq olar. Nə qə­dər ya­zan var­sa, bir o qə­dər də üs­lub var. Ya­zı­çı­nın pa­yı­na dün­ya ma­lın­dan beş-on kəl­mə söz dü­şüb. Onu ne­cə iş­lə­də­cə­yi is­te­da­dın­dan ası­lı­dır. Ya kor­la­ya­caq, ya da sö­zə hə­yat ve­rə­cək. On­la­rın is­tə­di­yi tək­cə dinc­lik və yaz­maq­dır. O qə­dər də bö­yük is­tək ol­ma­yan bu mə­qa­mı hər də­qi­qə tap­maq ol­mur. Mə­sə­lən, mə­nə hə­lə­ ki is­tə­di­yim an­da ma­sa­ya ya­xın­la­şıb yaz­maq qis­mət ol­ma­yıb. Nə qə­dər qə­ri­bə gö­rün­sə də bu “pis şey”, yəni yaz­maq mə­nim ən bö­yük qə­ba­hə­tim olub. “Suç­lu-suç­lu ya­şa­mı­şam”. Bu “su­çu­mun” üs­tün­də o qə­dər dan­lan­mı­şam ki, sı­xın­tı­dan ək­sər vaxt ya­za bil­mə­mi­şəm. Mü­ti tərz­də qə­lə­mi əlim­dən qoy­mu­şam. Ya­za bi­lə­cə­yim ən gö­zəl ya­zı­la­rım o mə­qam­lar­da məhv olub. Yaz­ma­ğı “tər­gi­dər­kən” bil­mə­dim ki, bu ita­ət­kar­lıq bir gün üs­ya­na dö­nə­cək. Bu qə­dər məh­ru­miy­yət­lər­lə ba­rış­ma­ğın bir üs­ya­nı ola­caq. Ana bət­nin­də di­ri-di­ri məhv edi­lən kör­pə­lər ki­mi bü­tün is­tək­lə­rim ürə­yim­də­cə qət­lə ye­ti­ri­lir­di. Əv­vəl-axır o iz­ti­rab­lar eti­raz ola­caq­dı. İyir­mi ilə ya­xın vaxt ər­zin­də nə­lər et­mək olar­­dı­­?

“Yaz­maq mə­nim üçün əzab­dır, am­ma bu əzab­la ya­şa­ma­ğa, bu­nun­la öl­mə­yə ha­zı­ram. Hər ya­zım­la bir­gə ye­ni­dən do­ğu­lur, ti­raj­lan­ma­sı hə­və­sin­dən ilk qə­dəm­lə ye­ri­yir, oxun­duq­ca dil açı­ram. Mə­nim­çün ən gö­zəl yer ya­za bil­di­yim mə­kan­dır, o yer daş­la­rın üs­tü ol­sa be­lə.  Ya­zı­la­rın do­ğum şə­ha­dət­na­mə­si ol­say­dı, ün­van ola­raq ora­ya da­ha çox “di­zi­min üs­tü”, “sol ov­cum” qeyd edi­lər­di. Tək­cə bey­nim, ürə­yim və əlim­lə de­yil, öm­rüm­lə ya­zı­ram. Öm­rü ilə yaz­maq ya­şa­dı­ğı­na se­vin­mə­dən, öl­mə­di­yi­nə şad ola­raq, “suç­lu-suç­lu” yaz­maq­dır. Bu su­çun nə­dən iba­rət ol­du­ğu­nu bil­mək is­tə­yir­si­niz­sə...” Bu cüm­lə­lər “Ya­za bil­mə­yən ya­zı­çı” ad­lı ki­ta­bı­mın cil­din­də qeyd edi­lib. Xa­tır­la­maq­la yaz­ma­ğın mə­nim üçün nə de­mək ol­du­ğu­nu diq­qə­tə çat­dı­rı­ram. Yaz­maq möv­zu­sun­da xey­li mət­nim var. Gö­rü­nür, is­tə­di­yim ki­mi alın­ma­yıb de­yə hə­lə sa­kit­lə­şə bil­mə­mi­şəm. Sey­ran Sə­xa­vət de­yir ki, xalq bir­lə­şən­də güc­lü olur, ya­zı­çı tək­lə­nən­də. Elə bi­li­rəm, bu fik­ri mən söy­lə­mi­şəm. Ürə­yim­dən xə­bər ve­rir. Bu yön­dən ya­na­şan­da de­yi­rəm, yax­şı ki, mə­ni tək­lə­di­lər. Bu də­fə alı­na­caq.

Emil Zol­ya­nın ya­zar­kən apar­dı­ğı əmə­liy­ya­tı mən ət­ra­fım­da­kı­la­rın üzə­rin­də tət­biq et­mək is­tə­yi­rəm. Bu­nu et­mə­yə o qə­dər sə­bə­bim var ki. Hə­lə ürə­yim­dən ağız­la­rı­na ya­pış­qan vur­maq da ke­çir. Qəd­dar san­ma­yın, yaz­ma­mağım üçün mə­nə tö­rə­di­lən ma­neə­lə­ri bil­səy­di­niz, be­lə yün­gül cə­za nö­vü is­tə­di­yim üçün tə­əc­cüb­lə­nər­di­niz.

 Bir­cə sə­hi­fə ya­zı üçün bə­zən Hen­ri To­ro ki­mi me­şə­yə yol­lan­maq da is­tə­mi­şəm. Ha­ra olur-ol­sun, ne­cə olur-ol­sun, tə­ki ya­za bi­lim. Bu qə­dər sı­xın­tı için­də Nits­şe­nin “ölən­dən son­ra do­ğul­maq” fik­ri­nə ar­xa­la­na­raq, ya­zıb-ya­ra­dı­ram. Bəl­kə də, özüm haq­qın­da yük­sək fi­kir ol­du, am­ma ümid­dir də, ki­mə nə zə­rə­ri var ki? Sok­rat de­yir, məq­səd­siz və ira­də­siz adam sü­ka­nı və kom­pa­sı ol­ma­yan gə­mi­yə bən­zə­yir, kü­lə­yin səm­ti də­yiş­dik­cə onun da is­ti­qa­mə­ti də­yi­şər (Bu mə­qam­da sərf elə­mir de­yə Oşo­nun məq­səd haq­qın­da de­di­yi fi­kir­lə­ri yaz­mı­ram.) Bir yax­şı cə­hə­tim var ki, in­ki­şaf et­mə­yə əqi­də­mi, prin­si­pi­mi də­yiş­mə­dən ça­lı­şı­ram. Bə­zən həd­dən çox utan­caq ol­du­ğum, hə­qi­qət ax­tar­dı­ğım üçün “dil­li-diş­li” (da­ha doğ­ru­su sır­tıq) adam­lar­la sö­züm tut­mur. Mə­nim on­la­ra sim­pa­ti­yam ol­ma­yıb, on­lar da pis niy­yət­lə­ri­nə ma­ne ola­cağam de­yə mən­dən qa­çıb­lar. Mad­di çə­tin­lik­lə­rə dö­züm­lü­yəm, nə­yim ol­sa, ona qa­ne olu­ram, heç kəs­dən tə­mən­na gü­dən de­yi­ləm. Ça­tış­ma­yan cə­hə­tim in­san­la­rın pis tə­rəf­lə­ri­nə dö­züm­süz­lü­yüm­dür. Dər­di yıx­ma­ğa gü­cüm çat­dı­ğı hal­da, pa­xı­lın, sax­ta­ka­rın üzün­dən ruh­dan dü­şü­rəm. Pla­to­nun: “Bə­də­ni öl­dü­rən­lər­dən çox ru­hu öl­dü­rən­lər­dən qor­xun” fi­kir­lə­ri ilə ta­nış ol­ma­dı­ğım vaxt­lar­dan bu cür in­san­lar­dan qorx­mu­şam. Bil­mi­şəm ki, be­lə­lə­ri nə­yin sə­ni üzə­cə­yi­ni, ruh­dan sa­la­ca­ğı­nı bi­lir və o hə­rə­kə­tə qəsd­lə yol ve­rir ki, is­tə­yi­nə na­il ol­sun. Mə­nə­vi mü­ha­ri­bə­lər­dən ke­çə-ke­çə, bö­yük ar­zu­la­rı­mı, hiss­lə­ri­mi qur­ban ve­rə-ve­rə gə­lib bu ya­şa çat­mı­şam. Bu qə­dər çə­tin­li­yin qar­şı­sın­da  içim­də bo­ğul­ma­yan, məhv ol­ma­yan iki hiss ya­şat­dım – hə­yat eş­qi, in­san­la­ra sev­gi! Heç kə­sin duy­ğu­su­nun ölə­zi­mə­yi­nə qıy­ma­dı­ğım hal­da, mə­nim mə­nən məh­vi­mə ça­lış­dı­lar. Ar­zu-ar­zu, fi­kir-fi­kir, söz-söz öl­dür­dü­lər. Son an­da se­vim­li ya­zı­çım Cek Lon­don “Hə­yat eş­qi”lə xi­las et­di mə­ni. Onu ki­mi qəl­bi­mi oxu­yan ya­zı­çı hə­lə tap­ma­mı­şam.

Da­hi­lə­rin ta­le­lə­rin­dən tə­sir­lə­nib mü­qa­yi­sə apar­maq fik­ri­mə al­man­la­rın “Hər cür mü­qa­yi­sə nöq­sanlıdır” deyimi ma­ne ola bil­məz.

Əli Kə­rim qı­sa öm­rün­də bi­zə bu qə­dər gö­zəl poe­zi­ya nü­mu­nə­lə­ri qo­yub ge­dib. On­dan az ya­şa­mış C.Cab­bar­lı­nın, az ya­şa­maq­da Cab­bar­lı­nı da ge­ri­də qo­yan Mi­ka­yıl Müş­fi­qin göz qır­pı­mı­na bən­zər hə­yat­la­rın­da ya­rat­dıq­la­rı­nı oxu­duq­ca adam öz yox­sul ya­ra­dı­cı­lı­ğın­dan uta­nır. Am­ma dün­ya ədə­biy­ya­tı­na nə­zər sa­lan­da, Mi­gel de Ser­van­te­sin ya­ra­dı­cı­lı­ğa otuz səkkiz  ya­şın­da baş­la­ma­sı­nı bi­lən­də tə­səl­li ta­pır­san ki, da­hi do­ğul­mu­san­sa, hər yaş­da ya­zıb-ya­ra­dıb is­te­da­dı­nı gös­tə­rə­cək­sən. Da­ni­el De­fo­nu da bu ba­xım­dan ener­ji mən­bə­yi ki­mi qə­bul et­mək olar. O da yaz­ma­ğa 35 ya­şın­da baş­la­yıb, üs­tə­lik, həbs­dən qa­yıt­dıq­dan son­ra. Am­ma mən­də De­fo ki­mi qi­yam­lar­da iş­ti­rak et­mək cə­sa­rə­ti ar­tıq ölüb. “Ro­bin­zon Kru­zo” əsə­ri­nin bi­rin­ci his­sə­si 1719-cu il­də nəşr olu­nan­da D.De­fo 59 ya­şın­da olub. Və bu əsər ona öl­məz­lik qa­zan­dı­rıb. Öm­rə eti­bar et­mə­səm də, bun­lar mə­nə sti­mul ve­rir. Be­lə gö­tü­rən­də, mən də mə­nə­vi tə­rəf­dən məh­bəs hə­ya­tı ya­şa­mı­şam. Özümdə Os­kar Uayldla da ox­şar mə­qam­lar tap­mı­şam. İki­mi­zin də ilk də­fə şe­ir­lər ki­ta­bı­mız, özü də ey­ni yaş­da (onun 27, mə­nim 26 ya­şım­da) çap olu­nub. Son­ra­lar nəsr­də in­ki­şaf et­mə­yi­miz­də də uy­ğun­luq var. Am­ma mən hə­min ki­tab­dan son­ra məh­sul­dar ol­ma­dım. O vaxt­dan in­di­yə­dək hə­lə tə­zə­dən baş­la­yı­ram.

 “Zi­ya­lı­la­rın se­vim­li məş­ğu­liy­yə­ti eti­raz­la­rı­nı ifa­də et­mək­dir: te­atr qa­pa­dı­lıb­sa, qə­zet bağ­la­nıb­sa, kil­sə da­ğı­dı­lıb­sa – eti­raz. Qan az­lı­ğı­nın düz­gün əla­mə­ti: de­mə­li, öz qə­ze­ti­ni­zi və öz kil­sə­ni­zi güc­lü sev­mə­mi­si­niz”.

Gə­lin, Alek­sandr Blo­kun “Zi­ya­lı və İn­qi­lab” mə­qa­lə­sin­dən gö­tü­rü­lən bu söz­lə­rin bol­şe­viz­min le­hi­nə ya­zıl­dı­ğı­nı unu­dub, baş­qa tə­rəf­dən ya­na­şaq. Hə­min fi­kir­lə­ri əsas gö­tü­rən­də be­lə çı­xır ki, biz heç nə­yi­mi­zi sev­mi­rik. Çün­ki hər şe­yə lo­kal dü­şün­cəy­lə ya­na­şı­rıq – “mən və mə­nim ailəm” prin­si­pi biz­də da­ha qa­ba­rıq­dır. Qa­lan ki­mə nə olur­sa-ol­sun, nə­yi da­ğı­lır­sa-da­ğıl­sın, mə­nə heç nə ol­ma­sın. Əgər məş­hur de­yim­də­ki ki­mi “ana­lar ye­nə oğul do­ğa­caq, am­ma İs­tan­bul do­ğul­ma­ya­caq” şüu­run­da ol­saq, mil­lət ki­mi dir­çə­lə­cə­yik. Əl­bət­tə, mü­ba­ri­zə mən­tiq­li, şü­ur­lu, əda­lət­li apa­rıl­ma­lı, kim­lə­rin­sə çir­kin niy­yə­ti­nə kö­mək et­mə­mə­li­dir. Ki­min­sə üzün­dən xal­qın ba­la­la­rı qır­ğı­na ve­ril­mə­mə­li­dir. Bu ola­caq­sa, Və­tən üçün ol­ma­lı­dır.

Dün­ya ya­zı­çı­la­rı sa­vaş­lar­da, mü­ba­ri­zə­lər­də, çə­tin­lik­lər­də ömür sü­rüb, is­tə­mə­dik­lə­ri­nə eti­raz edib, is­tə­dik­lə­rin­dən də ya­zıb-ya­ra­dıb­lar. Bi­zim ya­zı­çı­lar isə so­vet ha­ki­miy­yə­ti il­lə­rin­dən su­cuq uşaq­lar ki­mi ələ­ba­xan öy­rən­dik­lə­rin­dən bu “idim­lə­ri” ilə ya­şa­ma­ğa da­vam edir­lər. On­la­rın aləm­lə­rin­də döv­lət ya­zı­çı­la­rın eh­ti­yac­la­rı­nı ödə­mə­li,  hər yer­də ba­şa çə­k­mə­li, mö­tə­bər yer­lər­də on­la­rı əy­ləş­dir­mə­li­dir. Dün­ya ədə­biy­ya­tı­nın nü­ma­yən­də­lə­ri­sə, sa­də­cə, yax­şı ya­zır, oxu­cu da, nəş­riy­yat­lar da on­la­rı öz­lə­ri ax­ta­rıb ta­pır­lar. Oxu­duq­la­rı­ma is­ti­na­dən ya­zım ki, fa­şiz­mə qar­şı mü­ba­ri­zə apar­maq­da al­man ya­zı­çı­la­rı için­də To­mas Man­na ça­tan yox­dur. Hen­rix Mann da ya­ra­dı­cı­lı­ğın­da Al­ma­ni­ya­nın si­ya­si və mə­nə­vi at­mos­fe­ri­ni tən­qid et­miş, Hit­ler dik­ta­tu­ra­sı­na qar­şı mü­ba­ri­zə apar­mış­dır. De­ni Did­ro bur­jua­zi­ya­nın rəh­bər­li­yi al­tın­da dvor­yan­lar və kral ha­ki­miy­yə­ti əley­hi­nə çev­ril­miş xalq hə­rə­ka­tı­na qo­şul­muş­dur. “Qa­çaq­lar” pye­si­ni Frid­rix Şil­ler həbs­xa­na­da ya­zıb, azad­lıq, lə­ya­qət na­mi­nə in­san­la­rı üs­ya­na səs­lə­yib. Jan-Jak Rus­so feo­dal-sil­ki mü­na­si­bət­lə­ri, is­tib­dad re­ji­mi­ni kəs­kin tən­qid et­miş­dir. Bur­jua de­mok­ra­ti­ya­sı, bü­tün in­san­la­rın azad­lı­ğı tə­rəf­da­rı ol­muş, xal­qın in­qi­lab et­mək hü­qu­qu­na haqq qa­zan­dır­mış­dır. “1918-ci ilin ya­yın­da ti­kan­lı məf­til­lə­rin hər iki tə­rə­fin­də düş­mən or­du­la­rı­nı qan apa­ran­da Pol Elü­ar ica­zə­siz ola­raq “Sülh üçün şe­ir­lər” və­rə­qə­si bu­rax­mış­dır”.

Fran­sua Vol­ter isə feo­dal qay­da­la­rı­na, ka­to­lik kil­sə­si­nə qar­şı çı­xış­la­rıy­la şöh­rət qa­zan­mış­dır. Vol­ter köh­nəl­miş qay­da­la­rın də­yiş­di­ril­mə­si­ni Alek­sandr Blok­dan, Şil­ler­dən fərq­li ola­raq in­qi­lab­da de­yil, “maa­rif­lən­miş mo­narx­dan” göz­lə­yir­di. O, Her­soq Fi­lipp Or­le­ans­ki­ni həc­v etdiyi üçün Bas­ti­li­ya həbs­xa­na­sı­na sa­lın­mış­dır. Ya­ra­dı­cı­lı­ğı­nın əsas məq­sə­di maa­ri­fi yay­maq olub. Be­yin­lə­rin in­qi­la­bı ən gö­zəl in­qi­lab­dır. Sər­və­ti­ni in­san tə­lə­fa­tı­na xid­mət edən mü­ha­ri­bə­yə sərf et­di­yi­nə gö­rə Corc Bay­ro­na haqq qa­zan­dı­ra bil­mə­səm də, o qə­dər sər­vət­lə yal­nız özü üçün ra­hat ya­şa­ma­ğa üs­tün­lük ver­mə­dən çə­tin­li­yi seç­di­yi­nə gö­rə ona rəğ­bə­tim var. Bəl­kə də, bi­zim­ki­lə­rin ço­xu o qə­dər sər­və­tə ma­lik ol­say­dı­lar, ilk növ­bə­də, öz kom­fort­la­rı­nı se­çər­di­lər. Zid­diy­yət­li Knut Ham­sun da Mil­li Məc­lis­də ya­tan de­pu­tat­lar­la, la­qeyd ya­zı­çı­lar­la mü­qa­yi­sə­də fərq­li fəa­liy­yət gös­tə­rib. De­mək is­tə­yi­rəm ki, cə­miy­yət hə­mi­şə öz zi­ya­lı­la­rı­na ümid bəs­lə­yir, hər şe­yi on­lar­dan umur. Zi­ya­lı mil­lə­ti­nin tə­əs­sü­bü­nü çək­mə­li, on­la­rın de­yə bil­mə­dik­lə­ri­ni söy­lə­mə­li­dir. Əli­mi­zə qə­ləm al­mı­şıq­sa, de­mə­li, na­ra­hat­lı­ğı­mı­za sə­bəb prob­lem­lə­ri­miz var. Bu na­ra­hat­lı­ğı açıq-açı­ğı­na söy­lə­yə­cək, hə­qi­qət uğ­run­da ça­lı­şa­ca­ğıq­sa, ədə­biy­yat xə­ri­tə­si­nin kün­cün­də də ol­sa, nə vaxt­sa ye­ri­mi­zi tu­ta­ca­ğıq. Ba­car­dı­ğım qə­dər təh­sil­də­ki ça­tış­maz­lıq­la­ra, ana di­li­nin qo­run­ma­sı­na, mü­ta­liə­yə və di­gər so­si­al prob­lem­lə­rə la­qeyd qal­ma­mı­şam. Hə­min möv­zu­lar­da ya­zı­lan mətn­lər­dən ən azı iki­si haq­qım­da heç ol­ma­sa: “o da V.Şeks­pir­lə ey­ni vaxt­da, ap­re­lin 23-də ana­dan olub. Hə­min gün Dün­ya Ki­tab və Mü­əl­lif­lik Hü­qu­qu Gü­nü ki­mi qeyd olu­nur” de­dir­də­cə­yi­nə ina­nı­ram. Çün­ki özüm olub, öz is­tə­di­yi­mi yaz­mı­şam. Dik­tə­siz, tə­mən­na­sız. Bu qə­dər çə­tin­lik­lə­rin için­də yaz­maq hə­və­sim öl­mə­di­sə, bu qə­dər ya­zar­la­rın için­də tap­şı­rıq­sız, şəx­si mü­na­si­bət­lər­siz im­zam ta­nın­dı­sa, “tək­lən­mə­yə” də­yər­miş. Da­ha yaz­maq­dan “qorx­mu­ram”. Ya­zı­la­rı­mı ma­raq­la iz­lə­yən, hər ya­zı­mı oxu­yub təh­lil edən zi­ya­lı­la­ra, oxu­cu­la­ra min­nət­da­ram. On­lar mə­ni sö­zə qay­tar­dı­lar.

Yaz­maq mə­nim üçün eh­ti­yac­dır – əbə­di və ədə­bi eh­ti­yac! 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Aprel 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri