Icma.az
close
up
RU
525ci qəzet Əlcəzairdən Fransaya gözlənilən zərbə

525ci qəzet Əlcəzairdən Fransaya gözlənilən zərbə

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Fransanın Afrikadakı hegemonluğuna son qoyulur. Artıq bu ölkə “qara qitə”dən qovulur. İllərlə Afrikanın sərvətlərini talan edən, əhalisini soyqırıma, qətliamlara məruz qoyan Fransa daha yeni formada davam etdirməyə çalışdığı müstəmləkəçilik siyasətinə son verməli olduğunu anlayır. Bir sıra Afrika ölkələri ilə Fransa arasında son günlər münasibətlərin xüsusilə kəskinləşdiyi müşahidə olunur. Amma görünən odur ki, Fransa hakimiyyəti Afrika dövlətlərinin suveren hüquqlarını tanımaq istəmir, zor gücünə də olsa qitədə qalmağa çalışır. Eyni zamanda, ölkələrin daxilində müəyyən problemlər, qarşıdurmalar yaratmağa çalışır ki, təhlükəsizliyin təmini adı ilə öz mövcudluğunu davam etdirə bilsin. Amma bütün bunların Fransaya kömək edəcəyi real görünmür.

Təbii ki, Parisin ən böyük ziyan vurduğu, soyqırıma məruz qoyduğu, qanlı cinayətlər törətdiyi Afrika ölkələrindən biri Əlcəzairdir. Fransa ordusu 1954-1962-ci illər müharibəsi zamanı yerli əhaliyə qarşı Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan kütləvi şəkildə istifadə edib, milyonlarla əlcəzairli fransız müstəmləkəçiləri tərəfindən qətlə yetirilib. Məlumdur ki, Əlcəzair dövləti və xalqı tarixin bu amansız və qanlı səhifəsini unutmayıb. Həm bu, həm də Fransanın Əlcəzairə qarşı bir sıra addımları münasibətlərə ciddi şəkildə təsir etməkdədir. Münasibətlərdəki böhran səbəblərindən Emmanuel Makronun Mərakeşin Qərbi Sahara əraziləri üzərində suverenliyini tanımasından sonra baş verib. Ardınca Əlcəzair Parisdən səfirini geri çağırıb.

Eyni zamanda, fransız-əlcəzair yazıçısı Boualem Sansalın həbsi də gərginlik yaradıb. Bir müddət əvvəl Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransa prezidenti Emmanuel Makronu ölkənin daxili işlərinə müdaxilədə ittiham edib və bunu qəbuledilməz adlandırıb: “Əlcəzair hökuməti Fransa prezidentinin ölkə ilə bağlı açıqlamalarını böyük təəccüblə qarşılayıb. Məlum açıqlama ilk növbədə bu dərəcədə qeyri-ciddi və məsuliyyətsiz danışmağı mümkün hesab edən şəxs üçün rüsvayçılıqdır. Bu bəyanatları yalnız qınamaq, rədd etmək və Əlcəzairin daxili işlərinə qəbuledilməz müdaxilə kimi yanaşmaq olar”.

Yanvarın 6-da Makron Parisdəki səfirlər konfransında noyabrda Əlcəzair yazıçısı Boualem Sansalın həbsini şərh edib. Fransa prezidenti Əlcəzairin “vicdansız” işə qarışdığını və bir xəstənin müalicə almasına mane olduğunu bildirib, hökuməti onu azadlığa buraxmağa çağırıb. Sansal Bumidin Hava Limanından Əlcəzairə daxil olarkən həbs edilib və dekabrın ortalarından bəri müalicə bölməsində saxlanılır. O, dövlət təhlükəsizliyini təhdid etməkdə ittiham olunur.

Emmanuel Makronun son bəyanatları Əlcəzair parlamenti tərəfindən də kəskin şəkildə qınanıb. Vurğulanıb ki, Fransa prezidentinin söz azadlığı adı altında böhtan və yalan söylədiyi məsələ, əslində, ölkənin ərazi bütövlüyünü pozmaqla bağlıdır və bu, Əlcəzair qanunlarına görə cəzalandırılmalı olan cinayətdir: “Fransa prezidentinin əsassız və yalandan ifadə azadlığı məsələsi kimi təqdim etdiyi mövqe suveren və müstəqil dövlətin hüququnun pozulmasıdır. Söhbət, ilk növbədə, ölkənin ərazi bütövlüyünə qəsddən gedir. Bu, Əlcəzair qanunlarına görə cəzalandırılan cinayət hadisəsindən başqa bir şey deyil”.

Xatırladaq ki, Makron daha əvvəl deyib ki, Afrika dövlətləri Fransa ordusunun Sahel bölgəsində terrorla mübarizədə göstərdiyi səylərə görə "təşəkkür etməyi unutdular". Onun sözlərinə görə, Afrika dövlətləri Fransa ordusunun mövcudluğu sayəsində öz suverenliyini qoruyub saxlayıb.

Gərginliyə səbəb olan daha bir məsələ isə influenserlərlə bağlıdır. Son günlər Fransada bir neçə əlcəzairli influenser saxlanılıb. Xüsusilə Fransa tərəfindən Əlcəzairə deportasiya edilən və dərhal geri qaytarılan influenser Dualemin (Doualemn) işi diplomatik gərginliyi daha da gərginləşdirib.

Belə ki, Fransa tərəfindən təyyarə ilə Əlcəzairə göndərilən influenser elə həmin axşam bu ölkəyə geri göndərilib. Ona Əlcəzair ərazisinə daxil olmaq qadağan edilib. Əlcəzair influenserin kor-koranə qovulmasına etirazını bildirib. Dualemin 15 ildir Fransada yaşamaq icazəsi var və Fransada doğulmuş 2 uşaq atasıdır. Əlcəzairin bu reaksiyasını şərh edən daxili işlər naziri B.Rötayo deyib ki, Əlcəzair Fransanı alçaltmağa çalışır. O, Fransanın bu reaksiyaya qarşı bütün vasitələrdən istifadə edərək cavab verməsini istəyib.

Əlcəzair Xarici İşlər Nazirliyi Fransanın "eskalasiya" və "alçaldılma" ittihamlarını rədd edərək, bu (Dualem) qovulmanın "özbaşınalıq və təhqiramiz olduğunu" söyləyib.

Əlcəzairdən qaytarılan influenser Fransada həbs edilib. “Franceinfo”nun məlumatına görə, influenserin vəkilləri bu qərara etirazlarını bildirib və Paris Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini deyiblər.

Yeri gəlmişkən, Fransanın ədliyyə naziri Jeral Darmanan diplomatik pasportu olan əlcəzairlilərin ölkəsinə vizasız gəlişinə icazə verən (2013-cü il) müqaviləyə yenidən baxmağa və viza rejimi tətbiq etməyə çağırıb. Onun sözlərinə görə, Fransanı alçaltmaq mövqeyi tutan Əlcəzairin qərar qəbul edən bir çox liderlərinə qarşı belə bir tədbir görmək daha səmərəli olar.

Ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz kimi, Fransanın bir sıra Afrika ölkələri ilə münasibətləri pisləşib və artıq qitədən çıxarılır. Bu sırada Çad da var. Fransız əsgərləri Çadla əməkdaşlıq müqaviləsi bitdikdən sonra Abeçe şəhərindəki hərbi bazanı tərk ediblər. Fransızların Afrikadakı mövcudluğunun azaldılması tendensiyasının davam edəcəyi istisna deyil. Bu, Fransanın Afrika ilə əlaqələr strategiyasında böhranın dərinliyini nümayiş etdirir. Vaxtilə hərbi çevrilişlərdən sonra fransız qoşunlarının öz ərazilərindən çıxarılmasını tələb edən ilk ölkələr Mali, Niger və Burkina Faso olub. Amma indi görünən budur ki, Parisin hələ də Afrikadakı dayaqları hesab etdiyi digər ölkələr də öz ərazilərindən xarici qoşunların çıxarılmasını tələb etməyə başlayıblar. Bu, Afrika ölkələrinin artıq hansısa güzəştlər, digər məqamların heç biri ilə maraqlanmadığını, yalnız Fransanın öz ərazilərindən tamamilə çıxarılmasını istədiklərini göstərir.

Rusiyalı siyasi ekspert Aleksey Çixaçev hesab edir ki, Fransanın iştirakçılığına tələbin azalması ilə Afrika ölkələri getdikcə müdafiə sahəsində alternativ tərəfdaşlara üz tuturlar. Bu ilin əvvəlində Fransa prezidenti Emmanuel Makron deyib ki, Afrika ölkələri qitədə terrorizmə qarşı mübarizədə fransız qoşunlarının iştirakına görə “təşəkkür etməyi unutdular”, lakin zaman keçdikcə Fransa yenə də minnətdarlıq alacaq. O bildirib ki, Fransa hərbi əməliyyatı olmasaydı, Sahel ölkələri öz suverenliyini tamamilə itirə bilərdi. Makronun bu sözləri artıq Afrika ölkələrinin hökumətləri tərəfindən şərh edilib. Çad Xarici İşlər Nazirliyi bəyan edib ki, Makronun fikirləri  afrikalılara hörmətsizlikdir, Seneqalın Baş naziri isə Parisi qitədə sabitliyi pozmaqda ittiham edib.

“Fransanın Saheldə həyata keçirdiyi “Barxan” hərbi əməliyyatı 2022-ci ildə uğursuzluqla başa çatdıqdan sonra, son illərdə Afrikanın sabitliyi məsələlərində Fransanın legitimliyi ciddi şəkildə zədələnib. Fransanın Afrikada təhlükəsizlik təminatçısı kimi reputasiyası zədələndiyi üçün Afrikada təhlükəsizliyin təmin edilməsində Parisin iştirakı və buna tələbat faktiki olaraq mövcud deyil. Alternativ oyunçuların, o cümlədən, Rusiya, Türkiyə və bir sıra digər dövlətlərin meydana çıxmasına tələbat var ki, onlar da öz növbəsində Afrika ölkələrinə daha hörmətlə, praqmatik yanaşır, onların maraqlarını hələ də nəzərə almaq lazım olduğunu başa düşür və eyni zamanda, heç bir siyasi mühazirə oxumurlar”, - ekspert bildirib.

Afrikaşünas qeyd edib ki, Fransanın reputasiyasının pisləşməsi onun Afrikadakı hərbi mövcudluğunun hüquqi əsaslarının dağılmasına səbəb olub. Qitə ölkələri onları 1960-cı illərdən Parisə bağlayan müdafiə müqavilələrini bir-bir pozur və regionda terrorizm və ekstremizmlə mübarizə aparmaq üçün yeni etibarlı tərəfdaşlar axtarır.

Ekspert vurğulayıb ki, keçmiş metropol terrorizmlə mübarizə bəhanəsi ilə neokolonial mövcudluğunu və resurslara çıxışını qoruyub saxlamağa çalışdığı üçün bölgədə antifransız əhval-ruhiyyəsi artmaqda davam edir: “Belə bir şəraitdə Fransanın hələ də terrorçulara qarşı hansısa hərbi əməliyyat keçirməyə cəhd edəcəyini təsəvvür etmək çətindir. Paris bəzi qalıq hərbi mövcudluğunu saxlamağa, onu yenidən formatlamağa çalışdı, lakin gördüyümüz kimi, Seneqal, Çad və digər ölkələr buna hazır deyillər. Onlar istəyirlər ki, Fransa öz ölkələrini tamamilə tərk etsin. Fransa yəqin ki, özünü digər təsir alətlərinə yönləndirməyə çalışacaq: informasiya, mədəni və linqvistik, iqtisadi və diasporlarla iş və sair”.

Ekspertə görə, hətta əvvəllər Fransaya üz tutan və ya hakimiyyət uğrunda mübarizə zamanı ondan dəstək alan prezidentlər də keçmiş metropolisə qarşı müxalifətə keçiblər. Hər kəs Fransanın Afrikada varlığına qarşıdır. Bu, həm də Fransa strategiyasındakı böhranın dərinliyini göstərir.

Beləliklə, Fransa nə etsə də, bundan sonra Afrikada qala bilməyəcək. İllərlə sərvətlərini mənimsəyib, xalqlarını səfil vəziyyətə saldığı, qətliamlar törətməsinə görə nə vaxtsa mütləq cavab verməli olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri