Icma.az
close
up
RU
Fransaya Əlcəzairdən əks zərbə RAKURS

Fransaya Əlcəzairdən əks zərbə RAKURS

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün dünyada müstəmləkə siyasəti yeni formada tətbiq edilməkdədir. Müəlliflər də dəyişməyib, orta əsrlərdə hansı dövlətlər insanlığa qarşı ən vəhşi davranışlar sərgiləyirdilərsə, bu gün daha incə, daha dərin, daha amansız bir formada öz əməllərini davam etdirirlər. Heç bir şərq, yaxud Afrika, ya da Cənubi Amerika ölkəsi müstəmləkəçi statusunu daşımır, bu ənənə yalnız bir qrup dövlət tərədindən davam etdirilir, yaşadılır. “Qoca qitə” adlanan Avropadakı dövlətlər – Fransa, Niderland (Hollandiya), İngiltərə, İspaniya, Danimarka, İrlandiya, Portuqaliyanın yadda qalan ləkəli tarixi, qaranlıq keçmişi bir çox xalqın soyqırımına, hətta yox olmasına səbəb olub. Tasmanların Avstraliya “avropalılar”ı tərəfindən son nəfərinə qədər məhv edilməsi bir barbarlıq nümunəsi, bəşəriyyətə qarşı əsl nifrət hissidir. Bəli, bunu törədənlər bu gün başqalarına humanizm dərsi keçməyə çalışan avropalılardır.Avropa dövlətlərindən Afrikaya, Cənubi və Mərkəzi Amerikaya, Yaxın Şərqə, Cənub-Şərqi Asiyaya yürüş edən emissarların gücü yalnız yarıçılpaq, silahsız insanlara çatıb. Onlara qarşı ən vəhşi üsullardan istifadə etməklə həm onlara məxsus olanları mənimsəyib, həm də yerli xalqların daha sağlam olanlarından işçi qüvvəsi, daha doğrusu qul kimi istifadə ediblər. Quldar avropalılar ələ keçirdikləri torpaqlarda koloniyalar yaradaraq insanlığı məhv ediblər. Fransa dünyanın müxtəlif qitələrində onlarla ölkə ələ keçiriblər, yüzlərlə kolonyalar yaradıblar, minlərlə yaşayış yerlərini yaşanmaz hala gətiriblər, milyonlarla insanın ölümünə səbəb olublar. Bu ölkələrdən biri də Əlcəzair və əlcəzairlilərdir. Əlcəzair bu gün Avropanın, xüsusən də Fransanın qazla təminatında xüsusi rol oynayır. İki ölkə arasında tarixlə bağlı dərin yaralar var, Əlcəzair 100 ildən çox Fransanın müstəmləkəsi olub. Milyonlarla əlcəzairli fransız müstəmləkəçiləri tərəfindən qətlə yetirilib. Məhz bu amil son illərdə Fransa-Əlcəzair münasibətlərinə ciddi təsir edir.

Gərginləşən münasibət və yeni növ hücum
Fransanı “taun və qıtlıq”la hədələyən, Əlcəzair prezidentinin əleyhdarlarına qarşı repressiyalara və fransız cəmiyyətinə hücumlara çağıran əlcəzairli bloggerlər Fransanın bir sıra şəhərlərində saxlanılıblar. Müşahidəçilər bunun Əlcəzair hakimiyyət orqanları tərəfindən planlaşdırılmış kampaniya olduğunu və Fransa hakimiyyətinin müvafiq qətiyyətlə cavab verməyə çalışır. Son zamanlar sosial şəbəkələrdə fransız və ərəb dillərində “müstəmləkəçi Fransaya”, Əlcəzair müxalifətinə, İsrailə, Mərakeşə və yəhudilərə qarşı təhdid və lənətlərin əks olunduğu videolar yayılır. Fransa polisi yüz minlərlə baxış toplayan bu nümayişlərə fəal reaksiya verməyə başlayıb.Yanvarın 3-də TikTok-da Zazou Youssef ləqəbi ilə tanınan və bir neçə yüz min abunəçisi olan əlcəzairli qeyri-qanuni mühacir Youssef A. Fransanın Brest şəhərində həbs edilib. O, həm Fransada, həm də Əlcəzairdə müxalifət xadimlərini və "Əlcəzair prezidentinin düşmənlərini" öldürməklə hədələyib. Həmin gün İmad Tintin təxəllüsü ilə internetdə yayımlanan və “fransızları diri-diri yandırmağa, öldürməyə və təcavüz etməyə” çağırış edən 31 yaşlı İmad Ould Brahim Qrenobl bölgəsində həbs edilib. TikTok-da da məşhur olan fransa-əlcəzairli Sofia Benlemmane “qətllə hədələmə, nifrət və ictimai təhqirlərə təhrik etmə” ittihamı ilə həbs edilib. Eyni ittihamlar bloqqerlər Abdesslam Bazuka və Laksas06-ya qarşı da irəli sürülüb. Birincisi Əlcəzairə qaçıb, ikincisi axtarılır.Ən böyük rezonansa səbəb olan hekayə, Doualemn və ya Boualem Dz kimi tanınan 59 yaşlı Əlcəzairli TikToker Naaman Boualem haqqında idi. Bu Montpellier sakini dəfələrlə Əlcəzair prezidenti Əbdülməcid Tebbunə dəstək aksiyaları təşkil edib. Fransa hakimiyyətinin dediyinə görə, videolarından birində "Əlcəzair rejiminin əleyhdarlarına işgəncə çağırışları"nın yer aldığından sonra o, tez bir zamanda yaşayış icazəsindən məhrum edilib. Prefektura ona ölkəni tərk etmək əmri verib, baxmayaraq ki, onun Fransa vətəndaşlığı olan uşaqları olduğu üçün Fransada qalmaq qanuni hüququ var. Məhkəməni gözləyərkən Boualem əvvəlcə müvəqqəti saxlanma düşərgəsinə göndərilib, sonra isə yanvarın 10-da hətta məhkəmədən əvvəl təcili olaraq Əlcəzairə deportasiya edilib. Lakin, Əlcəzair rəsmiləri Boualemin etibarlı Əlcəzair pasportunun olmasına baxmayaraq onu qəbul etməkdən imtina ediblər. Naaman Bualemin təyyarəni tərk etməsinə icazə verilməyib. O, eyni təyyarə ilə Fransaya qaytarılıb və Paris yaxınlığındakı inzibati həbsxanaya yerləşdirilib.Qovulmanı təşkil edən daxili işlər naziri Bruno Retaillo “Əlcəzair Fransanı aşağılamağa çalışır” deyib. Xarici işlər naziri Jean-Noel Barrot xəbərdarlıq edib ki, eskalasiya davam edərsə Fransa Əlcəzairə cavab verməli olacaq. Əleyhinə fəal kampaniya başlayan əlcəzairli bloggerlər ilk olaraq Fransadakı Əlcəzair diasporuna üz tuturlar. Milli Statistika və İqtisadiyyat İnstitutunun məlumatına görə, 2023-cü ildə onun sayı 891,7 min nəfər olub - bu, immiqrantlar, əcnəbilər və ikili vətəndaşlıq sahibləri arasında ən böyük qrupdur. Bununla belə, əlcəzairlilərin ərəb və fransız dillərindəki videolarına təkcə Əlcəzair icmasının üzvləri deyil, həm də digər izləyicilər: immiqrantlar və fransızlar, mühacirlərin nəslindən olanlar baxır. Hakimiyyət bu cür videoların təsirini və siyasi vəziyyəti gərginləşdirə bilməsini ciddi təhlükə hesab edir.
Əlcəzair niyə öz səfirini Parisdən geri çağırıb?
Fransa ilə Əlcəzair arasında münasibətlər Emmanuel Makron Mərakeşin Qərbi Saxaranın mübahisəli əraziləri üzərində suverenliyini tanıdıqdan sonra pisləşib. Qəzəblənmiş Əlcəzair Parisdən səfirini geri çağırıb. Qarşılıqlı ittihamların başqa bir mövzusu nisbətən yaxınlarda ortaya çıxıb. Noyabrın 16-da Əlcəzair hakimiyyəti “milli maraqlara xəyanətdə”, islamçılığa dözümsüzlükdə və 2019-cu ildən hakimiyyətdə olan və yenidən prezident seçilən Əbdülməcid Tebbun rejimini demokratikləşdirməyə çağırışlarda ittiham olunan fransız-əlcəzair yazıçısı Boualem Sansal həbs edilib.Əlcəzair hakimiyyətinin hücumlarından qıcıqlanan Fransa siyasətçiləri getdikcə əlcəzairlilərə əhəmiyyətli imtiyazlar verən 1968-ci ildə müstəmləkəçilikdən sonrakı sazişlərə yenidən baxılmasını tələb edirlər. Müzakirələrə Əlcəzair vətəndaşlarına verilən vizaların verilməsinə və sayının azaldılmasına daha sərt yanaşma, onların Fransada yaşaması üçün sadələşdirilmiş girişin ləğvi, eləcə də Əlcəzairə ildə təxminən 110-130 milyon avro məbləğində maliyyə yardımının dayandırılması daxildir. Bu günlərdə parlamentdə Makronist fraksiyasının rəhbəri və keçmiş baş nazir Qabriel Attal belə bir təkliflə çıxış edib.

Bu arada...
Fransa Afrikadan addım-addım sıxışdırılır
Fransa Afrikanın müxtəlif ölkələrinin “tələbləri ilə” bölgəni tərk edir. Fransız əsgərləri bu dəfə Çadla əməkdaşlıq müqaviləsi bitdikdən sonra Abeçe şəhərindəki hərbi bazanı tərk ediblər. Çadın Abeçe şəhərində təhvil-təslim mərasimi keçirilib. Abeche Hərbi Bazasında keçirilən mərasimə bir çox Fransa və Çad rəsmiləri qatılıb. Abeche qubernatoru Bachar Ali Souleymane mərasimdə "Bu tarixi qərar Çadın müdafiə və təhlükəsizlik qüvvələrinə olan etimadımızın nümayişidir" deyib. Mərasimin ardından tərəflər Fransa əsgərlərinin yerləşdiyi Abeche Hərbi Bazasının Çad ordusuna təhvil verilməsi müqaviləsini imzalayıblar.Bazada olan 120 fransız əsgərindən 90-ı ölkəni tərk etdiyi halda, qalan əsgərlərin yanvarın 31-nə kimi ölkəni tərk etməsi planlaşdırılır. Çad hökuməti Fransa ilə 28 noyabr 2024-cü ildə imzalanan və müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb. Daha sonra Fransanın döyüş təyyarələri və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib. Fransız əsgərlərinin yerləşdiyi Faya hərbi bazası dekabrın 26-da Çad ordusuna təhvil verilib. Paytaxt Enceminedəki Adji Kossei Bazasının yanvarın 31-də Çad ordusuna təhvil verilməsi və bununla da Fransanın Çaddakı hərbi varlığına tamamilə son qoyulması planlaşdırılır.Beləliklə, Fransa tarixi başdan-başa müstəmləkəçilik siyasəti ilə zəngindir. Vəziyyət o həddə çatıb ki, yeni müstəqillik qazanmış ölkələrdə belə vandal fransız izlərini görmək mümkündür. Bəzi dövlətlərin bayraqlarında, bəzilərinin adlarında, bəzilərinin isə dillərində kolonialist Fransa damğası açıq-aydın sezilir. Hətta Fransa hökuməti istər keçmişdə, istərsə də indi tabeliyindən çıxan ərazilərdəki dövlətləri milyonlarla dollar həcmində təzminat ödəməyə məcbur edir. Müasir dövrdə dünyaya sülh mesajları verən, özünü ən ali dəyərlərin daşıyıcısı kimi göstərən fransızlar tarix boyu saysız-hesabsız qətliamlarla yaddaşlarda qalıblar.

V.VƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Yanvar 2025 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri