Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

525ci qəzet Ermənistan sülhü yox, müharibəni seçir

525ci qəzet Ermənistan sülhü yox, müharibəni seçir

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistan öz havadarları ilə birlikdə regionda mövcud sabitliyə, onsuz da kövrək olan sülhə təhdid və risklər yaratmağa davam edir. Baxmayaraq ki, bu il ərzində iki ölkə arasında sülh sazişinin imzalanması üçün əlverişli fürsətlər yaranmışdı, İrəvan Fransa başda olmaqla Qərbdəki bəzi pozucu dairələrin təhriki ilə sülh prosesinin inkişafına əngəl olan addımları atır. Başqa sözlə, Ermənistan sürətlə və kütləvi şəkildə silahlanır ki, bu da onun təxtibat və müharibə planlarından xəbər verir. Əlbəttə ki, Ermənistan təcavüzkar dövlətdir və heç vaxt sülh yolu ilə hansısa məsələnin həllinə səy göstərməyb. Hətta İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətindən sonra da sülhə deyil, yeni gərginlik yaratmağa, hərbi təxribatlara can atır. Üstəgəl, bu ölkə daxilində revanşimz meylləri də artmaqdadır. Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Görünən odur ki, burada rəsmi İrəvanla Qərbin maraqları üst-üstə düşür. Ermənistanı həm Fransa, həm Hindistan, Yunanıstan və digər ölkələr silahlandırır. Bu silahlanma təbii ki, təzavüzkar dövləti yeni eskalasiyaya, təxribatlara, müharibəyə təşviq edir. Qərbin istədiyi də elə budur. Ukrayna cəbhəsində istədiklərinə nail ola bilməyən bu qüvvələr Ermənistanın əli ilə regionda yeni gərginlik ocağı yaratmağa can atırlar.

Mövzunu "525"ə şərh edən hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Cənubi Qafqaz qlobal güclərin müharibə arealına çevrilə biləcək riskli bölgələrdən biri sayıla bilər. Çünki burda iki qlobal gücün Azərbaycan, Gürcüstan və Ermənistan üzərindən siyasi və hərbi strateji maraqları toqquşur. Bunlar Avropa İttifaqı, Rusiya və onu dəstəkləyən qüvvələrdir.

Ekspertə görə, siyasi münasibətləri kəskin fazaya keçənlər üçüncü ölkələrdə böhran yaradırlar və bu daha sonra müharibə səbəbinə çevrilir: "Bunun nümunələri də var. Əslində Cənubi Qafqaza gəlməzdən əvvəl presidentlər artıq var idi. Gürcüstan, Moldovadakı hadisələr, indi də Ukrayna. Üç ildir ki, Ukrayna müharibədən çıxa bilmir. Dördüncü coğrafiya olaraq Ermənistan ərazisi bu plana uyğun görünür. Ermənistanla indi bu planın həyata keçirilməsi Azərbaycan-Ermənistan münasibətləri baxımından daha uyğun görünür. Bu səbəbdən Ermənistanın silahlanması da təsadüfi deyil. Yəni bu silahlanma böyük planın bir hissəsidir".

E.Şıxəliyev deyib ki, silahlanmanın əsas moderatoru Avropa İttifaqı və NATO adına Fransadır: "Ermənistana Fransadan, Hindistandan, Yunanıstandan, İrandan, Rusiyadan, çox fərqli istiqamətlərdən fərqli silahlar tədarük edilir. Xüsusən də nə qədər bunu özünün müdafiə silahları adlandırsa da, biz görürük ki, ən azından Fransadan aldığı "Sezar" özüyeriyən artilleriya sistemi 28 km dərinliyində zərbə endirə biləcək silahdır. Hindistandan alınan ATAGS-an isə yedəkdə daşınan haubitsalardır və 30 km-ə yaxın məsafədə zərbələr endirə bilir. İndi bunun içində Hindistanın "Akaş" hava hücumundan müdafiə raket sistemləri də var. Pinaka reaktiv yaylım atəş sistemləri də eyni dərinliyə qədər zərbələr endirə bilən artileriya və raket sistemləridir. Bundan başqa,  Hindistandan Ermənistana "Pralay" raket sistemləri də tədarük olunacaq. Bu raket sistemlərinin zərbə endirmək gücü 500 km-dir. Eyni zamanda, Yunanıstandan S-300 hava hücumundan müdafiə komplekslərinin silahlanmaya daxil edilməsi müzakirə olunur. Ümumiyyətlə, son illər Ermənistan öz hərbi büdcəsini də artırıb. İki il ərzində bu ölkə hərbi büdcəsini 46 faiz artıraraq, silahlanmaya 2 milyard dollara yaxın vəsait xərcləyib. 2025-ci ildə də bu tempin daha da aktiv fazaya keçəcəyini demək olar".

Ekspert hesab edir ki, Ermənistanı və onu dəstəkləyən qüvvələrin planları sırf İrəvanı silahlandırmaq və sonradan bu və ya digər formada sülh sazişinin bağlanmamasına təhrik etməklə, günün birində şərti sərhəddə hər hansı bir münaqişə yaratmaq, onu böyük çaplı əməliyyatlara çevirməkdir: "Fransa sülh sazişinin imzalanmamasında daha çox maraqlı görünür. Çünki sülh sazişi imzalananda bütün qeyd edilən ehtimallar sıfırlanacaq, sülh sazişi olmayanda atəşkəsin müharibə formasına keçməsi asanlaşır. Hazırda həmin qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin üzərindən cəbhə açmaqla yanaşı, Rusiya ilə Ermənistanı qarşı-qarşıya gətirib ikinci cəbhə açmaq planları da var. İndi Ermənistan Rusiyanın təhlükəsizlik çətiri altından çıxıb, NATO-nun təhlükəsizlik çətiri altına keçmək uğrunda mübarizə aparır, Rusiya isə bunu özünün qırmızı cizgisi hesab edir. Ermənistanın ərazisində Rusiyanın 102-ci hərbi bazası mövcuddur. Bir yandan Türkiyə ilə sərhəddə Federal Sərhəd Xidmətinin hərbçiləri var, digər tərəfdən tərkibində NATO-ya daxil olan ölkələrin hərbçiləri də olan Avropa İttifaqının "mülki missiyası" Ermənistan ərazisindədir. Onların arasında Fransadan, Kanadadan hərbçilər var. Bu qədər fərqli cəbhələrdə olan iki qütbün hərbçilərini, mütəxəssislərini ərazisinə cəlb edən Ermənistanın təbii ki, bunun içərisindən müharibəsiz, münaqişəsiz çıxması çətin olacaq".

Politoloq Tofiq Abbasov isə deyib ki, istənilən məqamda bölgəmizdə yenidən gərginlik yarana bilər. Çünki Ermənistan Azərbaycanla sərhəddə artıq güc toplayır, silah-sursat alır, öz əzələlərini möhkəmləndirir. Ancaq bu, Ermənistandan daha çox onun arxasında duran qüvvələrə lazımdır: "Qərb çalışır ki, Ermənistandan istifadə edərək Cənubi Qafqazda möhkəmlənsin. Biz dəfələrlə demişik ki, burada lazımsız missiya ilə gəlmiş Avropa İttifaqının müşahidəçi missiyasının dəst-xəttini görürük. Onlar əsasən casusluqla məşğuldurlar. Azərbaycanın, İranın, Rusiyanın mövqelərinin arxasınca baxırlar və çalışırlar ki, zəif nöqtələrin axtarışında özləri üçün qənaət çıxarsınlar. Bu baxımdan da istisna etmirəm ki, bəlkə də, onların bölgəmizə xaricdən hərbi kontingent gətirməsi kimi planı da var. Çünki əgər Azərbaycanla Ermənistan arasında yeni bir toqquşma, lokal müharibə başlayarsa, onda onlar bəhanə edəcəklər ki, burada günahkar Azərbaycandır. Azərbaycan Ermənistana hücum edir. Bu təbliğatı biz dəfələrlə eşitmişik. Ona görə də, Qərb həqiqətən də, Rusiya və İranın da mövqelərini zəiflətmək üçün də Cənubi Qafqaza gözünü dikib. Əgər əlverişli şərait yarana bilərsə, istifadə edəcəklər ki, burada möhkəmlənsinlər".

Onun sözlərinə görə, Nikol Paşinyan çalışır ki, vəziyyətdən istifadə edərək göstərsin ki, guya, Qərbdə ən sevilən, seçilən, arzu olunan liderdir: "Özünün şəxsi reytinqlərinin aşağı düşməsi fonunda çalışır ki, yenidən özünü toparlasın ki, guya vəziyyətə hakim ola bilib, idarəetmə ondadır. Ancaq bu, inandırıcı görünmür. Hər halda o gözəl bilir ki, reytinqlərin aşağı düşməsi gələcək seçkilərdə yaxşı nəsə vəd etmir. Ona görə ölkə daxilindəki problemlərin üstünü xaricdən, Qərbdə olan üstünlükləri ilə ört-basdır etmək istəyir. İlk növbədə camaatın güzəranı, sosial vəziyyəti göstərir ki, Ermənistan son dərəcə problemli məmləkətdir. Sosial proqramı, iqtisadi islahatlar proqramı yoxdur, investisiyaları cəlb edə bilmir. Belə olduğu halda insanlar özlərinin gələcəyini sadəcə Ermənistanda görmürlər. Onlar çalışırlar ki, Amerikaya, Qərbə getsinlər ki, orada erməni icmalarının mövqeləri güclüdür, orada özlərini sınasınlar, inteqrasiya olunub yaşayış tərzlərini qursunlar. Bu məsələlərin hamısını hökumət mənsubları bilməyə bilməz. Onlar yaxşı anlayırlar. Amma mənə elə gəlir ki, insanların ölkədən çıxmasını bəlkə də arzu edirlər. Əgər insanlar çıxırsa, tələbkarlıq da azalacaq, gözləntilər də olmayacaq. Odur ki, müharibə ruhunun yaranması bir yandan, ictimai-sosial problemlərin mövcudluğu ikinci tərəfdən, bir tərəfdən də Qərb ölkələrinin müdaxilə etməsi Ermənistanı son məqamda çox ağır duruma salacaq. Ona görə ki, bu problemlərin həlli ilə bağlı ilk növbədə gərək Ermənistan hökuməti məşğul olsun. Ancaq bunu ya etmək istəmir, ya da edə bilmir. Çünki ixtiyarı əlindən verib, Fransa, Yunanıstan, Amerika, kim gəldi orada sükanı əlinə keçirir ki, Ermənistanın, guya gələcəyini müəyyən etsin. Ancaq bu missiya yerli hökumətin üzərindədir. İnsanlar bir daha yada salırlar ki, Paşinyan, sənə səs vermişik ki, sən ölkəyə rəhbərlik edəsən. Bir yandan deyir ki, real Ermənistan formalaşdırmalıyıq, digər tərəfdən isə ixtiyarı əldən verir, Qərb dairələri burada meydan sulayırlar. Vəziyyət bundan ibarətdir. Odur ki, Ermənistanın vəziyyəti əvvəlki kimi problemlidir, bu problem də getdikcə dərinləşir. Belə olduğu halda hökumət rəhbəri heç vaxt inana bilməz ki, o, növbəti seçkilərdə qələbə əldə edə bilər. Əksinə, ola bilsin ki, onun seçkilərə qədər nüfuzu o dərəcədə aşağı düşsün ki, rəqiblərinə məğlub olsun. Bu ehtimalı da rədd etmək olmaz".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri