Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

525ci qəzet Ermənistan 2025ci ilə təxribatla başladı

525ci qəzet Ermənistan 2025ci ilə təxribatla başladı

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

2025-ci il başlayan kimi Ermənistan silaha əl atdı. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yanvarın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Eyni hal bir gün sonra, yanvarın 6-da da təkrarlanıb. Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Göründüyü kimi, sülhdən danışan, ötən il yarımçıq sülh sazişi imzalamağa can atan Ermənistan tərəfi təxribat cəhdlərindən qalmır. Əslində İrəvanın Fransa başda olmaqla bir sıra dövlətlər tərəfindən kütləvi silahlandırılmasının məqsədi də məhz budur. Əvvəlcə hərbi təxribatlara təhrik etmək, daha sonra miqyasın genişlənərək hərbi əməliyyatlara çevrilməsi ilə Cənubi Qafqazda münaqişə ocağını alovlandırmaq.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ötən ilin son günündə xalqa etdiyi müraciətində Ermənistanın genişmiqyaslı silahlanma kampaniyasını bölgə üçün təhdid mənbəyi adlandırdı: "Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək".

Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycanla bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər.

Prezident bildirdi ki, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq: "Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil".

Hərbi ekspert Elxan Şıxəliyev mövzu ilə bağlı "525"ə deyib ki, uzun müddət idi sərhəddə atəşkəs pozuntusu qeydə alınmırdı: "Həm Azərbaycan, həm də Ermənistan cəmiyyəti sülh sazişi gözləntisində olsalar da, görünən odur ki, Ermənistan sadəcə sözdə sülh sazişinin imzalanmasına və müzakirələrə hazır olduğunu nümayiş etdirir, arxa planda isə vaxt qazanaraq sürətli silahlanma ilə məşğuldur. İrəvan tərəfi bu kimi təxribatların törədilməsi ilə Azərbaycan tərəfini adekvat addım atmağa təhrik edir. Söhbət ondan gedir ki, bizim coğrafiyamızda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, sülh sazişinin imzalanmasında maraqlı olmayan, İrəvanı dəstəkləyən və sürətli şəkildə silahlandıran dövlətlərin də əsas məqsədlərindən biri Ermənistanı nə sülh, nə də müharibə şəraitində saxlamaqdır. Çünki atəşkəs halı elə bir vəziyyətdir ki, atəşkəs sülh sazişinə də çevrilə bilər, müharibəyə də çevrilə bilər. Ermənistan, onu dəstəkləyən qüvvələr, xüsusən də Fransa və onun moderatorluğu ilə Hindistan, Yunanıstan, ABŞ tərəfindən kütləvi silahlandırması nəticəsində özünü inandırıb ki, artıq güclü bir vəziyyətə gəlib və Azərbaycanla istər şərti sərhəddə, istərsə də informasiya cəbhəsində istədiyi kimi davrana bilər. Ermənistanı cəsarətləndirən qüvvələr də buna onu təhrik edirlər".

Hərbi ekspert əlavə edib ki, 2025-ci il demək olar ki, atəşkəsin pozulması ilə başladı, bununla biz Ermənistanın təhriki ilə gərginliyin artacağı bir mərhələyə keçmiş oluruq: "Əgər atəşkəs pozulursa, demək ki, burda maraqlı qüvvələr var və həmin maraqlı qüvvələr də Ermənistan ərazisində bir çox ölkənin, xüsusən də fərqli cəbhələrdə olan ölkələrin qüvvələridir. Belə ki, Rusiya silahlı qüvvələri, ən azından 102-ci hərbi baza ordadır. Rusiya Federal Sərhəd Xidmətinin nümayəndələri Ermənistan ərazisindədir. Fransadan, ABŞ-dan olan müşahidəçilər, məsləhətçilər də həmçinin. Onlar Ermənistan Müdafiə Nazirliyində ən yüksək səviyyədə təmsil olunurlar. VOMA, "Yerparak" kimi dəstələr daha çox şərti sərhəddə təxribatın törədilməsində maraqlıdırlar, deyirlər ki, Ermənistan hökuməti onlara görə cavabdehlik daşımır və yaxud olar hökumətin tabeçiliyində deyillər. Bu səbəbdən bir çox fərqli güclərin Ermənistan ərazisində Azərbaycana qarşı təxribat törətmək niyyətləri var".

E.Şıxəliyev əlavə edib ki, Rusiya-Ermənistan münasibətləri kəskin bir fazaya keçib. Buna görə də süh sazişinin imzalanması ən yaxşı variant olduğu halda, Ermənistan bunu yaxın zamanlarda edəcəyinə dair mesajlar vermir. Ekspertə görə, təxribatlar onu göstərir ki, Ermənistan və yaxud onu dəstəkləyən qüvvələr Cənubi Qafqazı yenidən münaqişə mənbəyinə çevirmək istəyirlər: "Təbii ki, indi Azərbaycan Prezidentinin ilin sonunda Ermənistan tərəfinə verdiyi mesajlar, bu il üçün hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artıraraq 8,4 milyard manata çatdırılmasına səbəb Ermənistanın bu yanaşmasıdır. Onu da xüsusi vurğulamaq lazımdır ki, indi silahlanma yarışında Ermənistanın nə Azərbaycanla rəqabət aparması, nə də silahlı qüvvələrini Azərbaycanla üçüncü müharibənin aparılması vəziyyətinə gətirmək imkanları var. Mesajlar açıq və konkretdir, Ermənistan nəyi seçəcəksə, sahədə də ona hazır olmalıdır".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli isə "525"ə deyib ki, Ermənistanın Laçın istiqamətindəki təxribatı ilə bağlı müəyyən ehtimallar irəli sürmək olar: "Hesab edirəm ki, təxribatın törədilməsində Ermənistan daxilində də müəyyən dairələr maraqlı ola bilər. Eyni zamanda, kənar təsirlər də mümkündür. Nəzərə almaq lazımdır ki, Ermənistan sözün bütün mənalarında müstəqil dövlət deyil və bu səbəbdən də düşünürəm ki, hər halda Ermənistanın bu təxribatında kənar təsirlərin olması mümkündür".

Təxribatların geniş xaraker ala bilməsi ehtimalına gəlincə, ekspert bunu istisna etməyib: "Ümumiyyətlə, iki ölkə arasında münasibətlər normallaşmayıbsa, sülh sazişi imzalanmayıbsa, istər fraqmental, lokal xaraketli olsun, istərsə də genişmiqyaslı hərbi əməliyyatların münaqişəyə çevrilmə ehtimalı mümkündür. Nəzərə almaq lazımdır ki, münaqişə bitsə də, hər halda iki ölkə arasında kifayət qədər ciddi problemlər qalmaqdadır. Və o problemlər həllini gözləyir. Qeyd etdiyim kimi, iki ölkə arasında sülh yoxdursa, onda münaqişə ehtimalını da hər zaman nəzərə almalıyıq".

Prezidentin il sonundakı xəbərdarlığına toxunan M.Məmmədli bildirib ki, dövlət başçısının bu məsələyə xüsusi toxunması səbəbsiz deyil: "Son illərdə Ermənistan intensiv olaraq silahlanır və bu, bizi Azərbaycan dövləti olaraq müəyyən mənada narahat edir. Çünki Ermənistan vaxtilə təcavüzkar siyasət həyata keçirib, daha dəqiq desək, qonşu ölkənin, yəni bizim ərazilərimizi işğal edən, 30 il bu işğalı davam etdirən bir ölkədir və vurğuladığım kimi, sülh sazişi hələ imzalanmayıb. Onu da yada salmaq lazımdır ki, bu ölkə daxili qanunvericlik sənədlərində Azərbaycana qarşı hələ də ərazi iddialarını davam etdirir və revanşizm meyllərinin güclü olduğu bir cəmiyyətdir, ölkədir. Belə bir ölkənin silahlanması əlbəttə ki, Azərbaycan tərəfindən təhdid kimi qəbul olunur və bu təhdidə də Azərbaycan təbii ki, laqeyd qala bilməz. Hesab edirəm ki, Ermənistan tərəfi də bu məqamı nəzərə almalıdır ki, Azərbaycan uzun müddət prosesə laqeyd yanaşmayacaq, yəni Ermənistanı silahlandıran ölkələr də Azərbaycanın mövqeyini nəzərə almalıdırlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Yanvar 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri