Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistanın KTMT siyasəti: Həm boykot edir, həm də üzv qalır

Ermənistanın KTMT siyasəti: Həm boykot edir, həm də üzv qalır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarını boykot etməkdə davam edir. Artıq uzun müddətdir ki, İrəvan bu qurumdakı fəaliyyətini de-fakto dayandırıb. Bir neçə gün əvvəl Bişkekdə KTMT-nin sammiti keçirilib. Sammitdə Qırğızıstan prezidenti Sadır Japarov, Rusiya lideri Vladimir Putin, Belarus, Qazaxıstan, Tacikistan prezidentləri Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev və Emoməli Rahmon iştirak ediblər. İclasda əməliyyat və döyüş hazırlığı, böhrana qarşı sistemin təkmilləşdirilməsi, KTMT-nin informasiya və analitik fəaliyyəti sahəsində birgə tədbirləri müzakirə edilib. Ermənistan bu tədbirdə də iştirak etməyib. Yəni İrəvan rəsmi şəkildə təşkilatın üzvü olaraq qalır, amma özünü proseslərdən kənarda saxlayır.

Amma İrəvanın KTMT ilə bağlı mövqeyi tam aydın deyil. Bunu Bişkek görüşündən əvvəl iki rəsmi şəxsin açıqlaması da təsdiqləyir.  Məsələn, xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib ki, Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə edilmir. Onun sözlərinə görə, Ermənistanın KTMT-də iştirak formatı artıq müəyyənləşdirilib: "Ermənistan iştirak etmir, lakin qərar və sənədlərin qəbul edilməsinə də mane olmur. Bu mərhələdə siyasətimiz belədir".

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə ölkənin KTMT-dən de-fakto çıxdığını söyləyib: "Biz faktiki olaraq KTMT-dən çıxmışıq. Məgər KTMT-dən çıxmaq antirusiya əhval-ruhiyyəsindən xəbər verir?"

O, həmçinin təşkilatın öz öhdəliklərini yerinə yetirmədiyini söyləyib.

KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub, müzakirələrdə iştirak etmir, lakin sənədlərin məhdud formatda qəbul olunmasına mane olmur: "Bütün sənədlər Ermənistana göndərilib, biz onların etiraz etmədiklərini təsdiq edən sənəd aldıq".

Rusiya prezidenti Vladimir Putin də Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Ermənistanın KTMT-nin bütün qərarlarını dəstəklədiyini və təşkilatın üzvü olaraq qaldığını bildirir: "Ermənistan özünü KTMT üzvü hesab etdiyini, lakin indiki mərhələdə təşkilatın iclaslarında iştirakdan çəkindiyini bildirir. Bu, onların seçimidir, biz onlarla əlaqə saxlayırıq".

Simonyan KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyini söyləyərkən İkinci Qarabağ müharibəsində Ermənistana dəstək verilməməsini nəzərdə tutur. Əslində bunun mümkünsüz olduğunu İrəvanda yaxşı anlayırlar, sadəcə olaraq qeyd edilən məqamdan Rusiyadan uzaqlaşmaq üçün bəhanə kimi istifadə edirlər.

Xatırladaq ki, 2024-cü ilin fevral ayında Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin KTMT-də üzvlüyünü saxlasa da, oradakı iştirakını "dondurduğunu" açıqlayıb. Yada salaq ki, KTMT-nın nizamnaməsində ümumiyyətlə  "dondurmaq" anlayışı əksini tapmayıb, yəni ya iştirak edirsən, ya da çıxırsan. Görünən odur ki, Ermənistana fərqli bir yanaşma mövcuddur.

Ermənistan təşkilata maliyyə ayırmağı dayandırıb, əsas qərarlarla bağlı səsvermədə iştirak etmir və birgə hərbi təlimlərə qatılmır. Bu ilin mart ayında Ermənistan XİN yaydığı açıqlamada bəyan edib ki, ölkə KTMT Katibliyinə "KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərarı imzalamadığını və müvafiq olaraq bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini rəsmən bildirib. 2023-cü ilin yanvar ayında Ermənistan KTMT təlimlərini "uyğunsuz" hesab edərək öz ərazisində keçirməkdən imtina edib.

Ermənistan təşkilatda iştirakçılığını minimuma endirib. Belə olan halda İrəvan niyə KTMT-nı de-yure tərk etmir? Qərbə, Avropa strukturlarına  inteqrasiya kursu götürdüyünü elan edən Ermənistanın Rusiyanın dominant olduğu təşkilatlarda qalmasının əsas səbəbləri hansılardır?

Milli Məclsiin deputatı Arzuxan Əlizadə "525"ə şərhində deyib ki, Ermənistan öz anlamında balanslaşdırılmış siyasət aparır. Əslində isə həm Avropa İttifaqı ilə münasibətlərini normal məcrada yürütmək istəyir, eyni zamanda, KTMT üzvüdür, Avrasiya İqtisadi İttifaqında təmsil olunur, Avropa İttifaqı ilə münasibətlərini normallaşdırmaq siyasəti aparır: "Faktiki olaraq Rusiyaya bir şıltaqlıq nümayiş etdirməkdədir. Eyni zamanda, vaxtilə onu  hakimiyyətə gətirən Avropa və Qərb dairələri üzərinə Ermənistanı Rusiya təsirindən çıxartmaq öhdəliyini qoyub. Yəni Ermənistan bu istiqamətdə siyasət yürüdür. KTMT-dən birmənalı olaraq çıxmaq hələ ki, mümkün deyil. Ona görə də faktiki olaraq tədbirlərdə iştirak etməsə də, KTMT-nin üzvü olaraq qalmaqdadır. Görünür, Ermənistan əlverişli məqam axtarır ki, Rusiyaya arxa çevirib üzünü Qərbə doğru yönəltsin. Amma məsələ burasındadır ki, hələ də Rusiyadan asılılığı kifayət qədər yüksək səviyyədədir. Həm iqtisadiyyatı Rusiyadan asılıdır, eyni zamanda, Rusiyanın hərbi qüvvələri Ermənistan ərazisindədir. Məlum olduğu kimi, Rusiya ilə bununla bağlı 49 illik müqavilə var. Bütün bunlar Ermənistana tam olaraq KTMT-nın üzvlüyündən çıxmaq imkanlarını tanımır deyə, hələlik bu cür mövqe sərgilənir".

Deputat xatırladıb ki, Emənistanın guya Rusiyadan, KTMT-dən incikliyi olduğu üçün belə davranır: "Amma əslində bu qurumda qayda belədir ki, üzv ölkələrdən birinin ərazisinə təcavüz edilərsə, digər ölkələr bu prosesə qoşulmuş olurlar. Ermənistan öz ərazisində müharibə aparmırdı. Müharibə Azərbaycan ərazisində gedirdi. Azərbaycan Ermənistan ərazisinə təcavüz etməmişdi. Ermənistan bizim ərazilərimizi işğal etmişdi və Azərbaycan öz ərazisində müharibə apararaq erməni qoşunlarını çıxarıb, işğala son qoydu. Ona görə də KTMT üzvləri heç bir halda bu prosesə qoşula bilməzdilər. Əks halda, bu, artıq Azərbaycana qarşı müharibə olardı, ərazimizə təcavüz kimi qiymətləndirilərdi. Bu mənada Ermənistanın gətirdiyi bəhanə də əsassız idi. Sadəcə olaraq bir inciklik nümayiş etdirdi ki, 30 il əvvəl necə ki, Rusiyanın dəstəyi ilə torpaqlarımızı işğal etmişdi, indi də Rusiyadan kömək gözləyirdi. Təbii ki, bu, mümkün deyildi. Çünki əgər Rusiya və ya digər KTMT ölkəsi tərəfindən Azərbaycan ərazisinə hər hansı müdaxilə olacaqdısa, bu, ölkəmizə müharibə elan etmək demək idi və bunun acı nəticələrini KTMT ölkələri, ilk növbədə də Rusiya anlayrdı. Çünki Azərbaycanın arxasında eyni zamanda qardaş Türkiyə və digər dost dövlətlər var idi. Bu mənada regional müharibə ehtimalı mümkün idi. Həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə müdaxilə kimi qiymətləndirilə bilərdi. Ona görə də KTMT-nın bu prosesə qoşulması qeyri-mümkün idi".

Ermənistanın KTMT-də qeyri-müəyyən fəaliyyətinin nə qədər davam edə biləcəyinə gəlincə, deputat xatırladıb ki, Ermənistan hələ də Rusiyanın təsiri altındadır: "Qeyd etdiyim kimi, iqtisadiyyatı hələ də köklü sürətdə Rusiyadan asılı vəziyyətdədir. Hərbi qüvvələri bu ölkənin ərazisindədir. Yəni istənilən halda Ermənistana Rusiyanın təsir etmək imkanları kifayət qədər yüksəkdir. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıracağı, Zəngəzur dəhlizinin açılacağı və artıq fəaliyyətə başlayacağı təqdirdə bu asılılıqdan çox böyük ölçüdə qurtarmış olacaq. Görünür ki, o zamana qədər Ermənistanın hələ də ikili siyasət yürütməsi davam edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see202

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see168

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see141

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri