Icma.az
close
up
RU
525ci qəzet Ermənistanın militarizasiya siyasəti bölgədə sülhə başlıca maneədir

525ci qəzet Ermənistanın militarizasiya siyasəti bölgədə sülhə başlıca maneədir

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistan sülh prosesinə destruktiv yanaşmasını davam etdirir. Məhz bunun nəticəsidir ki, 2024-cü il başa çatmaq üzrə olsa da, sülh sazişini yekunlaşdırmaq, onun imzalanması istiqamətində addım atmaq mümkün olmayıb. İrəvanın sürətlə silahlanması, silah coğrafiyasını genişləndirməsi işğalçı dövlətin başqa planlarından xəbər verir. Fransa və Hindistanın ardınca Yunanıstan da silah satışı marafonuna qoşulub.

Ermənistan təcavüzkar dövlətdir, uzun illər Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayıb, 30 il ərzində aparılan danışıqlarda sülh istiqamətində hər hansı addım atmayıb. Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazilərinin işğalına son qoydu. Müharibədən dərhal sonra da sülh sazişi təşəbbüsü ilə çıxış etdi. Bakı sülhün əldə olunması üçün öz səylərini davam etdirir. Ermənistanda isə revanşist əhval-ruhiyyə davam edir, hətta "itirdikləri torpaqları" geri alacaqlarına dair sərsəm fikirlər səsləndirirlər. Görünən odur ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır. Doğrudur, ordusu darmadağın olan bir ölkə hazırda Azərbaycan kimi güclü orduya malik ölkəyə qarşı müharibə apara bilməyəcəyini dərk edir. Amma Ermənistan tərəfindən yaxın dövr üçün qısamüddətli hərbi təxribatların törədilməsi istisna deyil. Birincisi, Fransanın təhriki ilə Ermənistanın bu addımı atacağı gözləniləndir. İkincisi, Baş nazir Nikol Paşinyanın reytinqi getdikcə aşağı düşür ki, bunun qarşısını almaq üçün onun yeniliyə ehtiyacı var. Ermənistan hakimiyyəti bu yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür.

Digər tərəfdən, Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı başa düşürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar.

Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür. Yuxarıda qeyd etdiyimiz kimi, Fransa və Ermənistandan sonra Yunanıstanın S-300 raket komplekslərini Ermənistana vermək planı açıqlanıb. Aİ-nin Ermənistandakı missiyasının da məqsədi sülh prosesinə mane olmaq, Azərbaycan Ordusu, hərbi hissələrin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməkdir. Əlbəttə ki, bütün sadalananlar Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına aparır. Amma Ermənistan və Qərb təxribatçı planlarının nələrə səbəb ola biləcəyini də gözə almalıdırlar. Çünki Azərbaycan hər hansı kiçik təxribata belə ən ağır formada cavab verəcəyini dəfələrlə bəyan edib.  

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşı Mətin Məmmədli mövzu ilə bağlı "525"ə deyib: "Biz Ermənistanın silahlanmasını bütövlükdə iki ölkə arasında danışıqlar prosesinə, bölgədə davamlı sülhün əldə olunmasına mane olan amillərdən biri kimi qəbul edirik. Eyni zamanda, bu silahlanma Ermənistanda revanşizm meyllərini xeyli gücləndirir. Ermənistanın silahlanması sülhə maneədir. Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, hələ də öz qanunvericiliyində dövlətimizə qarşı ərazi iddialarının yer aldığı bir ölkədir. Belə bir ölkənin silahlanması əlbəttə ki, Azərbaycan üçün müəyyən təhdidlər yaradır. Ermənistanın silahlanması  gələcəkdə Azərbaycana qarşı yeni işğalçı müharibəyə başlamağa təşviq edir, amma açığı, mən gözləmirəm ki, çox yaxın zamanda Ermənistan Azərbaycanla yenidən müharibəyə cəhd etsin. Ermənistan İkinci Qarabağ müharibəsində hərbi və siyasi baxımdan elə zərbə alıb ki, hərbi gücünü bərpa etmək üçün ona hələ çox vaxt lazımdır. İndi də iki ölkə arasında hərbi balans o dərəcədə onun ziyanınadır ki, hər halda mən güman etmirəm ki, Ermənistan Azərbaycana qarşı müharibəyə cürət etsin. Təbii ki, mən çox yaxın perspektivdən danışıram".

Ekspert əlavə edib ki, silahlanmanın bir məqsədi var: "Gələcəkdə onlar qeyd etdiyim kimi, yenidən ölkəmizə qarşı hərbi təxribatlara, müharibəyə əl ata bilərlər. Bu səbəbdən biz Ermənistanın militarizasiya siyasətini bölgədə sülhə başlıca maneələrdən biri kimi dəyərləndiririk".

M.Məmmədli söyləyib ki, Ermənistanın silahlanmasında digər dövlətlər də iştirak edir: "Xüsusilə, aparıcı Qərb dövlətləri Fransanın timsalında Ermənistanın silahlanmasında iştirak edirlər. Bu da bölgədə sülhə daha bir maneə yaradır".

Ukrayna cəbhəsində istədiklərinə nail ola bilməyib, Rusiyanın diqqətini başqa səmtə yönəltmək üçün yeni münaqişə ocağı yaratmaqla bağlı fikrə gəlincə, ekspert deyib ki, əslində Ukraynada heç bir tərəf öz məqsədinə çatmayıb: "Nə Qərb, nə Rusiya əsas məqsədinə çatıb. Deməkdə çətinlik çəkirəm ki, istər Rusiya olsun, istər Qərb olsun, yeni münaqişə ocağı açmağa çalışırlar. Hər halda daha çox Rusiya Ukrayna müharibəsinə fokuslanıblar, amma bütövlükdə mənzərə ondan xəbər verir ki, Fransanın və bəzi digər dövlətlərin Ermənistanı silahlandırması bütövlükdə regionda hərbi siyasi eskalasiyanı artıran amildir və belə də dəyərləndirilməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see261

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see154

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see131

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see130

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see124

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see123

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri