Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

525ci qəzet FHNin Beynəlxalq AxtarışXilasetmə Dəstəsi taktikixüsusi təlim keçirib

525ci qəzet FHNin Beynəlxalq AxtarışXilasetmə Dəstəsi taktikixüsusi təlim keçirib

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin (MUSAR AZE-01) iştirakı ilə bu gün Hövsan qəsəbəsində genişmiqyaslı taktiki-xüsusi təlim keçirilib.

Təlimdə Nazirliyin axtarış-xilasetmə qüvvələri ilə yanaşı, Tibb Xidmətinin və Aviasiya Dəstəsinin texnika və qüvvələri, həmçinin fövqəladə hallar könüllüləri də iştirak edib.

Təlim zamanı əsas səylər beynəlxalq idarəetmə sistemlərinin və müasir axtarış-xilasetmə üsullarının tətbiqinə, eləcə də aviasiya nəqliyyatı vasitələri tətbiq olunmaqla mürəkkəb tapşırıqların icrasına yönəldilib.

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən uğurla keçən Dəstənin peşəkar hazırlığının daha da artırılması, idarəetmə, koordinasiya, logistika, tibb və axtarış-xilasetmə bölmələrinin beynəlxalq humanitar əməliyyatlara hazırlığını və bu sahədə fəaliyyət planlarının təkmilləşdirilməsi, o cümlədən, baş verə biləcək fəlakətlər zamanı cavabvermə reaksiyasının davamlılığını təmin etmək təlimin əsas məqsədini təşkil edib.

İki mərhələdə keçirilən təlimin I mərhələsində Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin qüvvələrinin beynəlxalq humanitar əməliyyatlarda iştirakı barədə qərarın qəbul edilməsi, bu məqsədlə bölmələrin hazır vəziyyətə gətirilməsi, logistika, gömrük və sərhədkeçmə prosedurlarının icrası, “fəlakət bölgə”sinə yürüşün həyata keçirilməsi, II mərhələdə isə “fəlakət bölgəsi”ndə əməliyyat bazasının yaradılması, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından və hündürlükdən xilasetmə, zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi, aviasiya nəqliyyatı tətbiq olunmaqla zərərçəkənin təxliyəsi üzrə tapşırıqlar icra edilib. Təlim zamanı müasir cihaz və avadanlıqların tətbiqi, təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə tədbirlərin icrası da diqqət mərkəzində saxlanılıb.

Təlimə şərti olaraq “fəlakət” baş verməsi haqqında məlumatı əldə etdikdən sonra Dəstənin şəxsi heyətinə həyəcan siqnalı elan olunduqdan sonra əvvəlcədən təyin olunmuş toplanma məntəqəsində qısa zaman ərzində toplanması ilə start verilib. “Fəlakət baş verən ölkə”yə yola düşməzdən əvvəl Dəstənin şəxsi heyətinin tibbi yoxlanışdan keçməsi, eləcə də, fəlakət bölgəsinə çıxış və logistik məsələlərin müzakirə olunması məsələləri humanitar əməliyyata hazırlıq prosesində öz əksini tapıb.

Dəstə “fəlakət bölgəsi”ndə “Əməliyyatlar bazası (BoO)”, “Qəbuletmə-yolasalma məntəqəsi (RDC)” və “Şəhər koordinasiya mərkəzi (UCC)”nin fəaliyyətini təmin edərək fəlakətdən zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə işlərini həyata keçirib.

Bundan başqa, “zərərçəkənlər”ə ilkin tibbi yardımın və ixtisaslaşmış yardımın göstərilməsi məqsədilə ərazidə mobil-səhra hospitalı açılıb. Mobil-səhra hospitalı 5 funksional bölmədən: qəbul-çeşidləmə, laboratoriya, reanimasiya, sarğı və 2 əməliyyat blokundan ibarət olmaqla yaralı və xəstələrin müayinəsi, müxtəlif əməliyyatların icrası və müalicəsi işlərinin həyata keçirilməsi imkanlarına malik olub.

Təlim zamanı “Təlimə nəzarət heyəti (EXCON)”nin fəaliyyəti də geniş şəkildə təşkil edilərək, əməliyyatların idarə olunması və təlimin hər bir mərhələsində nəzarətin təmin olunmasında mühüm rol oynayıb.

Təşkil olunan taktiki-xüsusi təlim vasitəsilə Dəstənin yüksək təchizat və peşəkarlığı, o cümlədən, helikopter vasitəsilə zərərçəkmişlərin xilas edilməsi, dağıntılar altında qalan yaralılara ilkin tibbi yardımın və cərrahi müdaxilənin tətbiq edilməsi ilə beynəlxalq humanitar əməliyyatlar zaman insan həyatını xilasetmə və effektiv müda­xilələrə hazırlıq nümayiş etdirilib.

FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini, polkovnik Ələsgər Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, təlimə nazirliyin 110 nəfər şəxsi heyəti və 15 texnikası cəlb edilib:

"Təlimin birinci hissəsində nazirliyin bölmələrinin aztarış-xilasetməyə cəlb olunası ilə bağlı qərar qəbul edilib. Bu məqsədlə idarəetmə və qarşılıqlı fəaliyyət təşkil edilib. İkinci hissədə dağıntılar altında axtarış-xilasetmənin həyata keçirilməsi, o cümlədən zərərçəkənin aviasiya qüvvələri ilə ərazidən təxliyə edilməsi tapşırıqları yerinə yetirilib".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi sentyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) beynəlxalq dərəcəli ekspertlərin iştirakı ilə keçirilən sinifləndirilməsindən uğurla keçərək beynəlxalq sertifikata (MUSAR AZE-01) layiq görülüb. (APA )

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri