Icma.az
close
up
RU
FHNin Beynəlxalq AxtarışXilasetmə Dəstəsi taktikixüsusi təlim keçirib Xəbər saytı Son xəbərlər və Hadisələr

FHNin Beynəlxalq AxtarışXilasetmə Dəstəsi taktikixüsusi təlim keçirib Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin (MUSAR AZE-01) iştirakı ilə Hövsan qəsəbəsində genişmiqyaslı taktiki-xüsusi təlim keçirilib.

BAKU.WS xəbər verir ki, təlimdə nazirliyin axtarış-xilasetmə qüvvələri ilə yanaşı, Tibb Xidmətinin və Aviasiya Dəstəsinin texnika və qüvvələri, fövqəladə hallar könülləri də iştirak ediblər.

Təlim zamanı əsas səylər beynəlxalq idarəetmə sistemlərinin və müasir axtarış-xilasetmə üsullarının tətbiqinə, eləcə də aviasiya nəqliyyatı vasitələri tətbiq olunmaqla mürəkkəb tapşırıqların icrasına yönəldilib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən uğurla keçən Dəstənin peşəkar hazırlığının daha da artırılması, idarəetmə, koordinasiya, logistika, tibb və axtarış-xilasetmə bölmələrinin beynəlxalq humanitar əməliyyatlara hazırlığını və bu sahədə fəaliyyət planlarının təkmilləşdirilməsi, o cümlədən baş verə biləcək fəlakətlər zamanı cavabvermə reaksiyasının davamlılığını təmin etmək təlimin əsas məqsədini təşkil edib.

İki mərhələdə keçirilən təlimin birinci mərhələsində Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin qüvvələrinin beynəlxalq humanitar əməliyyatlarda iştirakı barədə qərarın qəbul edilməsi, bu məqsədlə bölmələrin hazır vəziyyətə gətirilməsi, logistika, gömrük və sərhədkeçmə prosedurlarının icrası, "fəlakət bölgə"sinə yürüşün həyata keçirilməsi, ikinci mərhələdə isə "fəlakət bölgəsi"ndə əməliyyat bazasının yaradılması, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından və hündürlükdən xilasetmə, zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi, aviasiya nəqliyyatı tətbiq olunmaqla zərərçəkənin təxliyəsi üzrə tapşırıqlar icra edilib. Təlim zamanı müasir cihaz və avadanlıqların tətbiqi, təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə tədbirlərin icrası da diqqət mərkəzində saxlanılıb.

Təlimə şərti olaraq "fəlakət" baş verməsi haqqında məlumatı əldə etdikdən sonra Dəstənin şəxsi heyətinə həyəcan siqnalı elan olunduqdan sonra əvvəlcədən təyin olunmuş toplanma məntəqəsində qısa zaman ərzində toplanması ilə start verilib. "Fəlakət baş verən ölkə"yə yola düşməzdən əvvəl Dəstənin şəxsi heyətinin tibbi yoxlanışdan keçməsi, eləcə də fəlakət bölgəsinə çıxış və logistik məsələlərin müzakirə olunması məsələləri humanitar əməliyyata hazırlıq prosesində öz əksini tapıb.

Dəstə "fəlakət bölgəsi"ndə "Əməliyyatlar bazası (BoO)", "Qəbuletmə-yolasalma məntəqəsi (RDC)" və "Şəhər koordinasiya mərkəzi"nin (UCC) fəaliyyətini təmin edərək fəlakətdən zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə işlərini həyata keçirib.

Bundan başqa, "zərərçəkənlər"ə ilkin tibbi yardımın və ixtisaslaşmış yardımın göstərilməsi məqsədilə ərazidə mobil-səhra hospitalı açılıb. Mobil-səhra hospitalı beş funksional bölmədən: qəbul-çeşidləmə, laboratoriya, reanimasiya, sarğı və iki əməliyyat blokundan ibarət olmaqla yaralı və xəstələrin müayinəsi, müxtəlif əməliyyatların icrası və müalicəsi işlərinin həyata keçirilməsi imkanlarına malik olub.

Təlim zamanı "Təlimə nəzarət heyəti"nin (EXCON) fəaliyyəti də geniş şəkildə təşkil edilərək əməliyyatların idarə olunması və təlimin hər bir mərhələsində nəzarətin təmin olunmasında mühüm rol oynayıb.

Təşkil olunan taktiki-xüsusi təlim vasitəsilə Dəstənin yüksək təchizat və peşəkarlığı, o cümlədən helikopter vasitəsilə zərərçəkmişlərin xilas edilməsi, dağıntılar altında qalan yaralılara ilkin tibbi yardımın və cərrahi müdaxilənin tətbiq edilməsi ilə beynəlxalq humanitar əməliyyatlar zaman insan həyatını xilasetmə və effektiv müda­xilələrə hazırlıq nümayiş etdirilib.

FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini, polkovnik Ələsgər Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, təlimdə nazirliyin 110 nəfər şəxsi heyəti və 15 texnikası cəlb edilib:

"Təlimin birinci hissəsində nazirliyin bölmələrinin aztarış-xilasetməyə cəlb olunması ilə bağlı qərar qəbul edilib. Bu məqsədlə idarəetmə və qarşılıqlı fəaliyyət təşkil edilib. Eyni zamanda ikinci hissədə dağıntılar altında axtarış-xilasetmənin həyata keçirilməsi, o cümlədən zərərçəkənin aviasiya qüvvələri tədbiq edilərək ərazidən təxliyə edilməsi tapşırıqları yerinə yetirilib".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi sentyabrın 25-də BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) beynəlxalq dərəcəli ekspertlərin iştirakı ilə keçirilən sinifləndirilməsindən uğurla keçərək beynəlxalq sertifikata (MUSAR AZE-01) layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Dekabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri