Icma.az
close
up
RU
FHNin Beynəlxalq AxtarışXilasetmə Dəstəsi taktikixüsusi təlim keçirib

FHNin Beynəlxalq AxtarışXilasetmə Dəstəsi taktikixüsusi təlim keçirib

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin (MUSAR AZE-01) iştirakı ilə Hövsan qəsəbəsində genişmiqyaslı taktiki-xüsusi təlim keçirilib.

"Report" xəbər verir ki, təlimdə nazirliyin axtarış-xilasetmə qüvvələri ilə yanaşı, Tibb Xidmətinin və Aviasiya Dəstəsinin texnika və qüvvələri, fövqəladə hallar könülləri də iştirak ediblər.

Təlim zamanı əsas səylər beynəlxalq idarəetmə sistemlərinin və müasir axtarış-xilasetmə üsullarının tətbiqinə, eləcə də aviasiya nəqliyyatı vasitələri tətbiq olunmaqla mürəkkəb tapşırıqların icrasına yönəldilib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən uğurla keçən Dəstənin peşəkar hazırlığının daha da artırılması, idarəetmə, koordinasiya, logistika, tibb və axtarış-xilasetmə bölmələrinin beynəlxalq humanitar əməliyyatlara hazırlığını və bu sahədə fəaliyyət planlarının təkmilləşdirilməsi, o cümlədən baş verə biləcək fəlakətlər zamanı cavabvermə reaksiyasının davamlılığını təmin etmək təlimin əsas məqsədini təşkil edib.

İki mərhələdə keçirilən təlimin birinci mərhələsində Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin qüvvələrinin beynəlxalq humanitar əməliyyatlarda iştirakı barədə qərarın qəbul edilməsi, bu məqsədlə bölmələrin hazır vəziyyətə gətirilməsi, logistika, gömrük və sərhədkeçmə prosedurlarının icrası, “fəlakət bölgə”sinə yürüşün həyata keçirilməsi, ikinci mərhələdə isə “fəlakət bölgəsi”ndə əməliyyat bazasının yaradılması, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından və hündürlükdən xilasetmə, zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi, aviasiya nəqliyyatı tətbiq olunmaqla zərərçəkənin təxliyəsi üzrə tapşırıqlar icra edilib. Təlim zamanı müasir cihaz və avadanlıqların tətbiqi, təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə tədbirlərin icrası da diqqət mərkəzində saxlanılıb.

Təlimə şərti olaraq “fəlakət” baş verməsi haqqında məlumatı əldə etdikdən sonra Dəstənin şəxsi heyətinə həyəcan siqnalı elan olunduqdan sonra əvvəlcədən təyin olunmuş toplanma məntəqəsində qısa zaman ərzində toplanması ilə start verilib. “Fəlakət baş verən ölkə”yə yola düşməzdən əvvəl Dəstənin şəxsi heyətinin tibbi yoxlanışdan keçməsi, eləcə də fəlakət bölgəsinə çıxış və logistik məsələlərin müzakirə olunması məsələləri humanitar əməliyyata hazırlıq prosesində öz əksini tapıb.

Dəstə “fəlakət bölgəsi”ndə “Əməliyyatlar bazası (BoO)”, “Qəbuletmə-yolasalma məntəqəsi (RDC)” və “Şəhər koordinasiya mərkəzi”nin (UCC) fəaliyyətini təmin edərək fəlakətdən zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə işlərini həyata keçirib.

Bundan başqa, “zərərçəkənlər”ə ilkin tibbi yardımın və ixtisaslaşmış yardımın göstərilməsi məqsədilə ərazidə mobil-səhra hospitalı açılıb. Mobil-səhra hospitalı beş funksional bölmədən: qəbul-çeşidləmə, laboratoriya, reanimasiya, sarğı və iki əməliyyat blokundan ibarət olmaqla yaralı və xəstələrin müayinəsi, müxtəlif əməliyyatların icrası və müalicəsi işlərinin həyata keçirilməsi imkanlarına malik olub.

Təlim zamanı “Təlimə nəzarət heyəti"nin (EXCON) fəaliyyəti də geniş şəkildə təşkil edilərək əməliyyatların idarə olunması və təlimin hər bir mərhələsində nəzarətin təmin olunmasında mühüm rol oynayıb.

Təşkil olunan taktiki-xüsusi təlim vasitəsilə Dəstənin yüksək təchizat və peşəkarlığı, o cümlədən helikopter vasitəsilə zərərçəkmişlərin xilas edilməsi, dağıntılar altında qalan yaralılara ilkin tibbi yardımın və cərrahi müdaxilənin tətbiq edilməsi ilə beynəlxalq humanitar əməliyyatlar zaman insan həyatını xilasetmə və effektiv müda­xilələrə hazırlıq nümayiş etdirilib.

FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini, polkovnik Ələsgər Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, təlimdə nazirliyin 110 nəfər şəxsi heyəti və 15 texnikası cəlb edilib:

"Təlimin birinci hissəsində nazirliyin bölmələrinin aztarış-xilasetməyə cəlb olunması ilə bağlı qərar qəbul edilib. Bu məqsədlə idarəetmə və qarşılıqlı fəaliyyət təşkil edilib. Eyni zamanda ikinci hissədə dağıntılar altında axtarış-xilasetmənin həyata keçirilməsi, o cümlədən zərərçəkənin aviasiya qüvvələri tədbiq edilərək ərazidən təxliyə edilməsi tapşırıqları yerinə yetirilib".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi sentyabrın 25-də BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) beynəlxalq dərəcəli ekspertlərin iştirakı ilə keçirilən sinifləndirilməsindən uğurla keçərək beynəlxalq sertifikata (MUSAR AZE-01) layiq görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://report.az
archiveBu xəbər 09 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri