Icma.az
close
up
RU
525ci qəzet Gənclik şəxsiyyətin formalaşması və inkişafında həlledici dövr

525ci qəzet Gənclik şəxsiyyətin formalaşması və inkişafında həlledici dövr

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zakir BAYRAMLI
​​​​​​​Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Milyonlarla il yaşı olan dünyamızda elm və peşə sahələri üzrə çox şəxsiyyətlər yetişib. Onlar müəyyən dövrdə yaşayıb-yaradıblar, öz peşə sahələrində uğurlar qazanıblar. Vaxt-vədə yetişəndə həmin şəxsiyyətlər dünyalarını dəyişsələr belə, tarixdə silinməz izlər qoyub gediblər. Azərbaycan da dünyaya bəxş etdiyi, bu məkanda doğulan, yüksələn və tarixdə iz qoyub gedən şəxsiyyətləri ilə seçilir. Bugünkü gənclərin arasında da gələcəkdə imzasını və ölkəsini dünyada tanıdacaq, Azərbaycanın daha yüksək sosial-iqtisadi inkişafını təmin etməyi bacaracaq şəxsiyyətlər yetişməsinə böyük ümidlər bəslənir. Şükürlər olsun ki, xalqımızın indiki və bundan sonrakı dövrün gənclərinə əsl nümunə olan parlaq şəxsiyyətləri vardır.

Ümummilli liderimiz Heydər Əliyev dahi şəxsiyyət idi. Onun mənalı həyat və fəaliyyət yolu unudulmaz tarixi hadisələrlə doludur. Ulu öndər dünyada ölkəmizin nüfuzunu artırmaq üçün böyük qüvvə sərf edib. Uzaqgörən, zamanı qabaqlayan, müasir dövrün fövqündə dayanan o dahi şəxsiyyət 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələrək Azərbaycanı xaosdan, parçalanıb yad əllərə düşməkdən qorudu. Ölkəmizi azadlıq, müstəqillik, tərəqqi yoluna çıxardı. Xalqımıza gələcək güclü iqtisadi-sosial inkişafın, firavanlığın yolunu göstərdi. Milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, əxlaqımızın, adət-ənənələrimizin qorunmasını təmin etdi. Dünyanın ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyev vətənini və xalqını hədsiz dərəcədə sevməklə də gəncliyə misilsiz nümunə göstərdi.

20 ildən artıqdır ki, Ulu öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli və sadiq davamçısı, bütün dünyada zəmanəmizin ən görkəmli şəxsiyyətlərindən biri kimi qəbul edilən Prezident İlham Əliyev Azərbaycana uğurla başçılıq edir. Müdrik, tədbirli dövlət rəhbəri, uzaqgörən şəxsiyyət olan cənab İlham Əliyev dünyanın böhran içərisində yaşadığı bir vaxtda ölkəmizin sosial-iqtisadi inkişafını uğurla davam etdirir. Onun rəhbərliyi ilə dövlətçilik tariximizdə ilk dəfə Azərbaycan dünyanın ən güclü dövlətləri sırasında yer alıb. Respublikamızın milli inkişaf modelini yaradan ölkə iqtisadiyyatının dayanıqlığını təmin edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük qətiyyət göstərən Müzəffər Ali Baş Komandan iqtidar, ordu və xalqın sarsılmaz birliyini yaradaraq torpaqlarımızı işğaldan qurtardı. Vətənimizin ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan xalqının qürurunu, şərəfini və ləyaqətini özünə qaytardı. Bununla da Azərbaycan və dünya tarixinin xilaskar şəxsiyyətləri sırasında ali mövqeyə yüksəldi.

Müasir gənclər Azərbaycanın yaxın və uzaq tarixinə nəzər yetirərək özü üçün bir çox tanınmış şəxsiyyəti örnək seçə, onları yada salaraq qürur hissi keçirə bilər. Təkcə elə 19-20-ci əsrlərə baxsaq, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi, türk dünyasının fəxri olan vətənpərvər ziyalılar Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu, görkəmli hərb xadimləri Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski, böyük xeyriyyəçi, Azərbaycanda dünyəvi təhsilin də inkişafına xüsusi töhfələr vermiş Hacı Zeynalabdin Tağıyev, general Həzi Aslanov, kimyaçı alimlər Yusif Məmmədəliyev və Xudu Məmmədov, cərrah Mustafa Topçubaşov və başqa bu kimi onlarca şəxsiyyətin adını çəkmək olar.

Tarixən şəxsiyyət anlayışı həmişə aktuallıq kəsb edib və elm adamları tərəfindən müxtəlif formalarda izah olunub. Gənclərin şəxsiyyət kimi formalaşmasında irsiyyət amilinin xüsusi yeri vardır. Bundan əlavə, formalaşma və inkişaf həm də təbiət və cəmiyyət hadisələri ilə bağlıdır. Gənc nəslin fəallığı, onun həyatda böyük uğurlara, tərəqqiyə nail ola bilməsi, xüsusi yaradıcılıq imkanlarının olması da bu prosesə mühüm təkan verir. Bunun üçün insan həm də zəruri zehni və psixoloji keyfiyyətlərə malik olmalıdır. Bu mərhələdə hər bir gənc üçün idrak prosesi, diqqət, duyğu, nitq, təfəkkür, hafizə, iradə kimi amillər mühüm rol oynayır. 

Şəxsiyyət ümumi cəhətlərindən başqa, özünün sosial davranışı, mənəvi keyfiyyətləri ilə digərlərindən seçilir. O, ümumi və xüsusi əlamətləri ilə yanaşı, özünün nadir və unikal cəhətləri ilə də fərqlənir. Şəxsiyyət ictimai-tarixi dövrdə yaşayan və yaradıcı fəaliyyət göstərən, yaşadığı mühiti özünə münasib formada dəyişməyə qadir olan, olduqca şüurlu bir varlıqdır. Psixoloqların fikrincə, insan fərd kimi doğulur, ailədə, məktəbdə və cəmiyyətdə hərtərəfli sosial keyfiyyətlərə yiyələnərək şəxsiyyətə çevrilir. Psixoloji xüsusiyyətinə görə şəxsiyyəti təkrarı mümkün olmayan bir fərdiyyət hesab etmək olar. Ailə daxilində, məktəbdə, sosial qruplar arasında dürüst ünsiyyət və normal münasibətlər şəxsiyyətin formalaşmasına və inkişafına həlledici təsir göstərir. Müasir şəxsiyyət dedikdə savadlı, hazırcavab, fitri istedada, iti yaddaşa, xüsusi bilik və bacarıqlara malik insan göz önünə gəlir. Gəncliyin məhz belə şəxsiyyət kimi formalaşmasına ehtiyac var. Onun müxtəlif xarakterli peşə sahibləri ilə əla ünsiyyət qurmaq qabiliyyəti olur. Düzgün danışıq mədəniyyətinə, zəngin söz xəzinəsinə, dolğun nitq qabiliyyətinə malik, haqq-ədaləti və qanunları sevir, insanlara qarşı hörmətcil, diqqətli və qayğıkeş insan kimi tanınır.

Şəxsiyyət kimi formalaşmağa çalışan gəncin hərtərəfli inkişaf yolu keçməsi vacibdir. Qeyd etdiyimiz kimi, hansısa gəncin şəxsiyyət olaraq formalaşmasına və inkişafına təsir edən amillər çoxdur. Buraya əsasən insanın şəxsi istək və arzusu, əqidəsi, dünyagörüşü, bilik və bacarığı, qabiliyyəti, fitri istedadı, peşə fəaliyyəti daxildir.

Şəxsiyyətin formalaşmasında cəmiyyətin də rolunu inkar etmək olmaz. Cəmiyyətin etimadını qazanan, qayğıkeş olan zəhmətsevər gənclər iradə, əzm nümayiş etdirərək şəxsiyyət mövqeyinə yüksələ bilər.

Şəxsiyyət daim özünü təkmilləşdirməyə meyillidir. Sağlam həyat tərzi keçirmək, səmərəli işləmək üçün bütün həyat boyu özünütərbiyə, özünənəzarət və sair şərtlərə riayət etmək tələb edilir. Dahi ingilis dramaturqu Vilyam Şekspir şəxsiyyət haqqında fikir yürüdərkən onu belə dəyərləndirib: "Şəxsiyyət bizim bağımızdır, iradə isə onun bağbanıdır".

Əslində şəxsiyyətin formalaşması zamanı tələb olunan xüsusi şərtlərdən biri də ailədə uşağın böyüklərin himayəsi və nəzarəti altında təlim-tərbiyə almasıdır. Çünki bu halda  təhsil və tərbiyə alan şəxsin gələcəkdə yetkin şəxsiyyət kimi formalaşması mümkün olur.

Şəxsi istək və arzu olmasa, öz qabiliyyət və bacarığını artırmaq üçün maksimum fayda verəcək yollar axtarmasa, həmin gəncdən kamil şəxsiyyət ola bilməz. Pedaqoqlar belə bir fikir söyləyirlər ki, uşağın ailədəki təhsilinə 4 yaşa qədər başlandıqda görülən işin faydası uşaq yetkinlik yaşına çatanda daha yüksək nəticə verir. Ata və ana birinci növbədə uşaqlarının fiziki və psixoloji sağlamlığına ciddi diqqət yetirməli, heç vaxt ailədə özlərini uşaqlarından, xüsusilə gənc övladlarından yüksəkdə tutmamalıdır. Qəbul etməliyik ki, şəxsiyyətin formalaşması insanın hələ körpə yaşlarından başlayır və onun ömrünün sonuna kimi davam edir. Formalaşma prosesinin ən çətin dövrü gənclik çağına təsadüf edir. Gəncdə cəsarət, mərdlik, işgüzarlıq, müstəqillik, qətiyyətlilik, təkidlilik, soyuqqanlılıq, təşəbbüskarlıq, mütəşəkkillik kimi keyfiyyətlər olarsa, onun şəxsiyyət kimi formalaşması xeyli asan başa gələr. Dözümlülük, intizamlılıq, inadkarlıq, məsuliyyətlilik, prinsipallıq, özünəinam, özünüidarə kimi cəhətlər olmasa, hansısa gəncin şəxsiyyətə çevrilməsinə ümid etmək çətindir.

Şəxsiyyətin formalaşması sosial zəmin tələb edir. Bu formalaşmanın və inkişafın bir tərəfini də ailə və iş kollektivinin üzvləri arasında yaradılan mehriban, səmimi və işgüzar münasibətlər təşkil edir. Cəmiyyətin özəyi sayılan ailənin bu sahədə çox böyük rolu vardır. Şəxsiyyətin formalaşdığı çətin yolla irəli getmək istəyən hər bir insan üçün ailə uyğun şəraiti yaradan isti ocaqdır. Ailə ilə yanaşı, iş kollektivlərinin də şəxsiyyətin yetişməsində və kamilləşməsində əməyi böyükdür. Lakin bəzi hallarda pis vərdişlərə aludəçilik, tamah və acgözlük, əsəbləri cilovlaya bilməmək, kobud rəftar, özünənəzarəti tamam itirib emosiyaları idarə edə bilməmək kimi mənfi hallar üzə çıxır. Belə cəhətlər şəxsiyyətin hörmət və nüfuzunu zəiflədir. Onu ailədə, işdə və cəmiyyətdə gözdən salır. Bütün bu mənfi əlamətlər təcili aradan qaldırılmalıdır ki, xasiyyətə, xarakterə çevrilməsin, gəncin şəxsiyyət olmasına əngəl törətməsin.

Əlbəttə ki, güclü özünəinam olmadan heç bir gənc şəxsiyyət kimi yetişə, hər hansı sahədə lazımi qədər irəliləyişə və uğura nail ola bilməz. Şəxsiyyətin formalaşması dövrü insanın həyatının böyük bir dövrlərini əhatə etsə də, əsas gərgin vaxt gənclik illərinə təsadüf edir. Çünki bu məqamda gənclər hələ həyatda çoxlu təcrübəyə malik olmadıqları üçün xətalara yol verə bilərlər. Ağıllı və ehtiyatlı olmaq öz yerində, amma həyatda risk etmədən yüksəlmək çox çətindir. Bu isə hər bir gəncdən cəsarət tələb edir. Deməli, şəxsiyyət həm də cəsarətli olmalıdır.

Şəxsiyyət bütün ömrü boyu oxumalı, öyrənməli və öyrətməlidir. Vətənini, torpağını və xalqını ürəkdən sevməli, onlara sadiq olmalıdır. Dövlətə və dövlətçiliyə, dövlət rəmzlərinə, qanunlara hörmət etməlidir. Şəxsiyyət həmçinin öz ailəsini və özünü də sevməlidir.

Dövlətimiz gənclərimizin kamil şəxsiyyət kimi yetişməsi üçün əlindən gələn köməyi əsirgəmir. Azərbaycan gənclərinin fiziki sağlamlığına, təlim-tərbiyəsinə, peşə hazırlığına, təhsil kreditləri ilə təmin olunmasına, xaricdə təhsil alanlar üçün dövlət dəstəyi verilməsinə, gənclərin işlə təmin olunmasına, onların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn qərarlar dövlətin bu sahədəki düzgün siyasətindən xəbər verir. Bütün bunlar ölkə gəncliyinin əsl şəxsiyyət kimi yetişməsi üçün atılan zəruri addımlardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri