Icma.az
close
up
RU
525ci qəzet Gözəllik ondur, indiki... sondur?! Günel Musa yazır

525ci qəzet Gözəllik ondur, indiki... sondur?! Günel Musa yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Günel MUSA

Qədim dövrlərdən üzü bu yana gözəllik fəlsəfədən sənətə, sosiologiyadan psixologiyaya qədər bir çox fərqli sahənin əsas mövzularından olub. Bu səbəbdəndir ki, gözəlliyin tərifi zaman-zaman mütəfəkkirlər, yazıçılar, şairlər və alimlər tərəfindən fərqli perspektivlərdən dəyərləndirilib. Platona görə, gözəllik ideyadır. Onun fikrincə, gözəllik insandan-insana, yaşdan-yaşa dəyişməyən dəyərdir. Kanta görə, gözəllik heç bir qarşılıq güdmədən aldığın həzdir. Şillerin fikrincə, gözəllik ağıl və hisslərin formalaşdırılmasıdır. Hegelin nəzərincə, gözəllik cisimlərdə ruhun halıdır. Tolstoy gözəlliyin təbəssümdə gizli olduğuna inanıb. Mövlanaya görə isə, gözəllik dilin altında gizlənir.

Bəzən bir insanın üzündə, bəzən yediyimiz yeməyin dadında, bəzən gördüyümüz bir tablonun içimizdə oyandırdığı hissdə, bəzən bir musiqinin qəlbimizi titrədən həzin notunda, xoş bir qoxuda, bir kəpənəyin qanadlarındakı naxışda, bir çiçəyin rəngində, bir körpənin məsumiyyətindədir gözəllik.  Cibran Xəlilin sözləri ilə desək: "Gözəllik bütün həyatımız boyu axtardığımız itkimizdir". 

Günümüzdə isə insanların gözəllik axtarışı getdikcə artan ciddi problemə, hətta sosial qayğıya çevrilib. Elmi araşdırmalara görə, insanların dəqiq gözəlliyi dərk etmələrində "qızıl nisbət"in əhəmiyyətli dərəcədə təsiri var. "Qızıl nisbət" iki seçilmiş nöqtə arasındakı ideal məsafə nisbətidir. Üz, heyvan, çiçək, heykəl kimi dəqiq olan hər şeydə 1,618 nisbəti varsa, insan gözünə gözəl görünür. Dünyanın yarısından çoxunu bürüyən plastik əməliyyat çılğınlığı ilə 21-ci ərsdə insanlar "qızıl nisbəti" tamamilə itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.

Araşdırmalar göstərir ki, Çində hər il 1 milyona qədər insan bıçaq altına düşür. Rəsmi məlumatlara görə, çinlilər plastik əməliyyatlara ildə 3 milyard dollar xərcləyirlər. Amerikada da plastik əməliyyatlara maraq aramsız artır. Statistika ABŞ-də estetik müdaxilələrin sayının 2003-cü ilə nisbətən dəfələrlə artdığını göstərir. Bu ölkədə estetik əməliyyatlardan ən çox yayılanı liposaksiyadır. İkinci pillədə isə süd vəzlərinin büyüdülməsi, yaxud da kiçildilməsi üçün keçirilən əməliyyatlar dayanır. Estetik müdaxilələr arasında siyahıya "botoks" liderlik edir.

Azərbaycanda çox yayılan plastik əməliyyat rinoplastikadır. Hətta heç bir qüsur olmadığı halda burnunu kəsdirən qadınlar var. Kənardan nisbətən təhlükəsiz əməliyyat kimi görünsə də, rinoplastika bu günə qədər xeyli qadının həyatını itirməsinə səbəb olub. Halbuki İkinci Dünya müharibəsi illərində rinoplastikanın həyat qurtarmaq kimi bir missiyası var idi. Müasir üz plastik cərrahiyyəsinin atası olaraq tarixə düşən alman həkim Jak Jozef almanların tanımaması üçün əməliyyat vasitəsilə bir çox yəhudinin burnuna "əl gəzdirərək" onları ölümdən xilas etmişdi.

Bu gün ətrafımız gözəllik anlayışını tamamilə itirən, heç bir fiziki qüsuru olmadığı halda özündə daima qüsur axtaran insanlarla doludur. Həmişə burnunun uzun və ya əyri olması, saçlarının çox seyrək, döşlərinin böyük, ya da kiçik olması kimi "qüsurlarla" mübarizə aparan bu insanlar vəsvəsələrinə məğlub olurlar. Psixiatriyada "bədənin dismorfik pozğunluğu" adlandırılan bu vəziyyətin uşaqlıq travmalarından qaynaqlandığı təsbit edilib. Sözügedən sindrom, adətən, vasvası, daim öz bədənlərini yoxlayan, özünə arxayın olmayan, pessimist və müxtəlif psixoloji qayğılı insanlarda daha çoxmüşahidə olunur.

Tarix boyu müxtəlif mədəniyyətlərdə xüsusilə qadınlar gözəl olmağa məcbur ediliblər. Məsələn, Çində qadınların ayaqlarının böyüməsinin qarşısı alınır, Afrikada boyunları daha uzun olsun deyə qadınların boyunlarına ağır halqalar keçirilir, Avropada ideal incəlikdə belə sahib olmaq üçün dar korsetlərə məhkum edilirdi. 14-16-cı əsrlərdə ağ dərili kök qadınlar gözəl sayılırdısa, 19-cu əsrdə bu anlayış qısa saç və kiçik sinə ilə əvəz olundu. 1960-cı illərdə incəbellilik dəb oldu və qadınlar gözəl görünmək üçün arıqlamağa başladılar. Bu yolda hətta sağlamlıqlarını təhlükəyə ataraq qorxunc arıqlama üsullarına əl atdılar. 2000-ci illərdə arıqlıq tənqid olunsa da, yenə gözəllik əlaməti kimi qəbul edilirdi. 

Amma tarixin heç bir dövründə "gözəllik" istəyi indiki kimi amansız bir forma almayıb. Artıq "İnstaqram siması" deyilən  və dünya miqyasında standartlaşmış bir gözəllik anlayışına sahibik. Qüsursuz dərinin, dolğun almacıq sümüklərinin əsas olduğu, şişkin dodaqlı, ucu dik yumru burunlu sanki alqoritmlə yaradılan bir sifət düzəldilir. Əlbəttə, bu cür üzə sahib olmaq, xüsusilə bəlli bir yaşdan sonra, mümkünsüzdür. Elə bu səbəblə də hələ 2010-cu ildə "Qızıl Kürə" mükafatlarının təqdimetmə mərasimində aparıcılıq edən aktyor Riki Gervais üzünü zala tutub: "Bu gün burda əyləşən bütün möhtəşəm üzlərə baxmaq mənə bu il plastik cərrahlar tərəfindən həyata keçirilən möhtəşəm işləri xatırladır" deyərək ironiya atəşinə tutmuşdu məşhur simaları.

Günümüzdə sosial şəbəkələrlə nəfəs alan və oradakı gözəllik bazarının təzyiqi altında qalan, bəyənilməmək qayğısı ilə çırpınan, imicindən başqa heç şeyə əhəmiyyət verməyən bir nəsil çıxıb ortaya. Son illərdə estetik əməliyyat və prosedurların qiymətlərindəki ucuzlaşma bu imkanları daha da əlçatan edib. Bir növ bazar demokratikləşib və insanlar artıq ekranlarda, sosial şəbəkələrdə gördükləri ulduzlar kimi bir sıra əməliyyatlardan keçə bilirlər. Burnunu kəsdirən bir neçə ay sonra dodaq dolğusuna ehtiyac hiss edir. Ondan sonra digər prosedurları təcrübədən keçirmək istəyir və nəticədə sonu olmadığı üçün bunun iqtisadi və psixoloji yöndən davam etdirilməsi çətinləşir.

Bir vaxtlar incə dodaqlar qadının zərifliyinin ən estetik vurğusu sayılırdı. İndi "Qoşa badam sığmayan dar ağızlı" qızlar qeybə çəkilib. Əlinə üç-beş manat düşən kimi gedib dodaqlarını mənşəyi məlum olmayan dolğularla şişirdir və beləliklə də, gözəl göründüklərinə inadırırlar özlərini. Xüsusilə kişilərin belə irihəcmli dodaqlı qadınları cazibədar hesab etdiklərinə dair yanlış fikirə də düşürlər. Halbuki "Cazibədar qadın hansıdır?" mövzusunda kişilər arasında aparılan sorğuya görə, kişilər heç də eşşək arısının pətəyindən öpmüş kimi görünən dodaqlardan xoşlanmadıqlarını açıqlayıblar.

Artıq küçələrdə saçlarından, geyimlərindən çox, burunları, qaşları, dodaqları ilə bir-birinə bənzəyən qadınların sayı yoxdur. 90-60-90 vücuda sahib olma yarışındakı qadınlar buna görə bıçaq altına düşməkdən də çəkinmirlər. Bu "cəsarətli addımlar" bəzən faciə ilə də nəticələnir. Bu yaxınlarda liposaksiya əməliyyatından sağ çıxmayan iki uşaq anasını xatırlayaq. Ən pisi isə budur ki, plastik əməliyyata meyl edənlərin yaş həddi hər gün bir az da kiçilir. Gəncliyinə hələ yeni addım atan qızların da estetik əməliyyatlara tələbatı yüksəkdir. Plastik əməliyyatlara tələbatın yüksək olduğunu görmək üçün rəqəmlərə ehtiyac yoxdur. Küçələrdə qarşımıza çıxan sarıqlı, bandajlı üzlər bunun sübutudur.

Dünyaya gəldiyimiz bədənlə barışmaq, zəmanə axımlarına qapılmadan yaşamaq çox əhəmiyyətlidir. Əlbəttə, üzümüzə düşən qırışlar yaş irəlilədikcə əhvalımızı pozur. Amma bəzi xəfif estetik toxunuşlarla (əməliyyatsız) bunu azaltmaq, qocalmanı bir qədər ləngitmək də mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri