Icma.az
close
up
RU
525ci qəzet Ömür gödəldən gülüşlər Günel Musa yazır

525ci qəzet Ömür gödəldən gülüşlər Günel Musa yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Günel MUSA

Psixoloqlar yumoru "ağrını, kədəri ifadə etmə" şəkillərindən biri kimi də səciyyələndirirlər. Hətta inkişaf etmiş ölkələrdə psixologiya sahəsində "Yumor terapiyası" olduqca geniş yayılıb. Uzun sözün qısası, gülmək o qədər geniş və əhatəli bir anlayışdır ki, onun vasitəsilə hətta ən böyük kədəri, qəzəbi belə əks etdirmək mümkündür. Bitib-tükənmək bilməyən böhranlarla mübarizə aparan cəmiyyətimizdə insanın dəli olmaması üçün özünü yumor yolu ilə ifadə edə bilmə xüsusiyyəti, başqalarına hücum etməyə meyilli olan kütlənin davranışları ilə müqayisədə, daha yaxşı yoldur. Çarli Çaplin  də "Həqiqətən gülmək üçün dərdlərini başa düşməli və onlarla oynamağı bacarmalısan" deyirdi.

Yumor anlayışı mədəniyyətlərə görə formalaşır. Norma və dəyərlər bir cəmiyyətin nəyə güldüyünə ciddi təsir göstərir. Məsələn, Qərb yumorunda ironiya ön plandadır. Xüsusilə də, bildiyimə görə, ingilis komediyası daha çox sarkazm üzərində formalaşıb. "Dostlar" kimi kult Amerikan seriallarında insanlara daha çox situasiya yumoru çatdırılır. Şərq mədəniyyətində isə yumor əsasən dialoqlar arasında xüsusi incəliklə işlənilir. Yəni yumor daha çox sətirlər arasında gizlədilir (Türklərin Hacivat və Karagözü).

Bunlarla yanaşı, bir də universal yumor növləri var ki, nümunə olaraq "Mr. Bin" və "Simpsonlar"ı göstərmək olar. "Mr. Bin" də Ron Atkinson daim qəribə və gülməli vəziyyətlərə düşən uşaq xarakterli bir obrazı canlandırır. Daha çox üz ifadələri və davranışları ilə diqqət çəkən bu film yumoru hər kəs üçün anlaşılan edir. "Simpsonlar" isə sosial problemlər, siyasət, iş yerində məsuliyyətsizlik və ailə dinamikalarını tənqid edən, valideyn problemləri kimi universal problemləri ələ alan bir animasiya serialı olaraq bir çox ölkədə populyarlığını qoruyub saxlayır.

Sosial mediada qarşımıza çıxan və sürətlə yayılan yumoristik video və paylaşımları da universal yumora aid etmək olar. Onlar universaldır, amma... qalıcı deyil.

lll

Yaşadığımız dövrü nəzərə alsaq, indi insanları güldürmək daha çətindir. Həyatın hər tərəfindən dram boylanır. Bir də yumorun zamana görə dəyişkən olması faktı var. Qədim zamanlarda təlxəklərin kralları əyləndirməsindən günümüzün viral olan internet yumoristikasına qədər, yumor anlayışımız mədəniyyət, texnologiya və sosial normalarla birlikdə təkamül prosesi keçirdi.  Yumor inkişaf etmə xüsusiyyətinə malik olduğu üçün, təbii olaraq, keçmişdə güldüyümüz şeylər artıq bizə gülməli gəlməyə bilər. 20 il bundan əvvəl "Bu şəhərdə"nin səhnəcikləri hər kəsi güldürə bilirdisə, indi o səhnələr bir çoxumuza bayağı təsir bağışlayır. Əslində xeyli bayağılaşdığı da bir həqiqətdir. Artıq qadınların, bəzi əyalət adamı tiplərinin məsxərəyə qoyulması insanları güldürmür. "Bakılı oğlanlar"ın 90-cı illərdəki performanslarını çıraqla axtarırıq. Son illərdə verdikləri konsertləri isə bayağılığın dibi adlandırmaq olar.

Bir vaxtlar Arif Quliyevin konsertlərində iynə atsan, yerə düşməzdi. Qəhqəhələr zalı doldururdu. Amma sonrakı dövrlərdə Arif Quliyev insanları heç güldürə bilmirdi. Şıxəli Qurbanov İbiş, Mövlud Süleymanlı Miriş obrazlarını yazıb-yaratmasaydı, Arif Quliyev bu gün, yəqin ki, həmin yumoristik konsertləri ilə heç kimin yadında qalmayacaqdı.

Amma bu nümunələrlə yanaşı, komediya janrında klassikləşən filmlər, lətifələr, ədəbiyyat nümunələri var ki, onlar hələ də bizi güldürməyə davam edir. Məsələn, üstündən 45 ilə yaxın zaman keçməsinə baxmayaraq, bu gün də "Yol əhvalatı" filminə ürəkdən gülə bilirik.

Seyfəddin Dağlının, Seyran Səxavətin əsərlərini oxuyanda bu gün də dodağımız qaçır. Çünki bu yazıçıların əsərlərindəki yumor səthi deyil, insanı düşündürür. Təəssüf ki, müasir dövr Azərbaycan yazarlarının əksərində güclü yumorla qarşılaşmırıq. Həm ədəbiyyatımızda, həm teatrımızda, həm də kinomuzda çox ciddi yumor əskikliyi hiss olunur. Yaşadığımız dövrdə sosial həyatımızdakı nöqsanları yumoristik dildə oxucuya çatdıran qələm adamlarının nəsli tükənmək üzrədir. Yeni nəsil yazarlar problemləri daha çox dramatikləşdirib təqdim etməyə meyillidir. Yumor təkcə cəmiyyətin sevinc və xoşbəxtliyinin ifadəsi deyil, bəzən sosial həyatın mənfilərini yumoristik dil ilə izah edərək oxucunu düşünməyə vadar edə bilmək bacarığıdır. Təbii ki, problemləri yumor vasitəsilə diqqətə almaq və nöqsanların arada qaldırılmasına vəsilə olmaq üstün zəka, onu xalqa çatdırmaq isə sənətkarlıq tələb edir.

Azərbaycan ədəbiyyatı özündə çox dərin yumor elementləri ehtiva edir. Xüsusilə 19-20-ci əsr Azərbaycan poeziyasında, nəsrində, eləcə də mətbuatında yumor əsas xətt olaraq özünü göstərirdi. Ədəbiyyat tarixində xüsusi yeri olan yazıçı Seyfəddin Dağlının əsərlərində yumor aparıcı rol oynayırdı. O, "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" komediyaları ilə Sovet dövründə yaşanan qanunsuzluq, ədalətsizlik kimi ciddi nöqsanları tənqid etməklə onların aradan qaldırılmasına çalışmışdı.

lll

Fəlakətlərin, müharibələrin tüğyan etdiyi bir dünyada yaşayırıq və bütün bunlar bizim əhvalımızda dərin izlər buraxır. Necə deyərlər, yarpaq düşsə, ağlayacaq vəziyyətdiyik. Məhz elə buna görə indi insanları ağlatmaq güldürməkdən daha asandır. Düzdür, 3 yaşında uşağın belə gülməyəcəyi, söyüşlü, qurşaqdan aşağı zarafatlara qarnı atıla-atıla gülən bir kütləyə də sahibik. Lakin sənət anlayışını nəzərə alsaq, təəssüflə qeyd etməliyəm ki, günümüzdə yazılan hekayə və romanlarda, səhnəyə qoyulan tamaşalarda, lentə alınan komediya filmlərində güclü və məzmunlu yumor yoxdur. Üstəlik, son illər Azərbaycanda çox səviyyəsiz "komediya" filmləri çəkilir. Sanki "kim daha düşük komediya çəkəcək" yarışı var bu sektorda. Komediya janrı indi asan pul qazanmağın ən rahat yolu hesab olunsa da, yumor, komediya sırf üstün zəka tələb edən bir işdir. Tamaşaçını, oxucunu incitmədən doğru tarazlığı tapmaq üçün iti beyin lazımdır. Alimlərin araşdırmalarından da bu qənaətə gəlmək olur ki, güldürməyi bacaranlar həqiqətən də ağıllı insanlardır. Yumor yüksək səviyyəli emosional və koqnitiv intellektlə əlaqəli olduğu üçün komediyaçı da, yazar da düzgün kontekst tapmalıdır.

lll

Müasir dövrdə stand-up komediya janrı geniş yayılan və tələbat olan bir janra çevirilib. Dünyada bu janrın kifayət qədər uğurlu simaları var. Amma ölkəmizdə standap janrının haqqını verən parlaq sənətçi yoxdur. Bu yaxınlarda dəvət olunduğum yerli bir festivalda səhnəyə standapçı olaraq təqdim olunan bir gənc çıxdı. Təxminən 10 dəqiqə dinləməyə çalışdım, amma o gəncin nə etməyə çalışdığını nə mən anladım, nə də zalda əyləşən bir bəni-adəm. Mənə elə gəldi ki, heç oğlan özü də danışdığından baş açmırdı. Danışdıqca özü gülsə də, zalda adamı pərt edən bir sükut vardı. Sükutu pozmaq üçün elə: "Başa düşmürsüz nə deyirəm?" sualını vermişdi ki, zalın orta cərgəsindən çox hörmətli Xalq artistlərimizdən birinin: "Bəs sən özün nə danışdığını anlayırsanmı, oğlum?" cavabı bütün zalı gülüşə qərq etdi. Gördüm, mənəvi terrora məruz qalıram, zalı tezcə tərk etməyi qənimət bildim.

Standap hazırcavablıq, ağıl və kifayət qədər müşahidə qabiliyyəti tələb edir. Standap zamanı tamaşaçıya gülmək məcburiyyətində olduğu hissini yaşadırsansa, deməli, sən bu işdə bir aktyor olaraq uğursuzsan. Standap komediyası təkcə zarafat etməkdən də ibarət deyil. Gülməli bir fikrə sahib olsanız da, bu fikri tamaşaçılara effektiv şəkildə izah etmək üçün güclü hekayə üslubunuz da mütləq olmalıdır. Yerli standapçıların əsas problemi monoloqlarında, hekayələrində söz oyunu, metafora və bənzətmələrdən məharətlə istifadə etməkdə çətinlik çəkmələridir. Bunun da təməlində mütaliənin az olması faktoru dayanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:350
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri