Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

525ci qəzet Canım turist, gözüm turist... Günel Musa yazır

525ci qəzet Canım turist, gözüm turist... Günel Musa yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Günel MUSA

Çox da uzaq olmayan keçmişdə işlə bağlı Ağdama ezam olunmuşdum. Planımızda Ağdamda baş tutan xeyriyyə konsertində iştirak etdikdən sonra Hindarxda Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşirin ev-muzeyini ziyarət etmək var idi. Yayın, necə deyərlər, oğlan çağı idi, gün adamın gözünü deşirdi. Ona görə də başıma panama qoyub, gözümə eynək taxmışdım. Saçlarımı da sarıya boyatdığım üçün uzaqdan rus turistə oxşayırdım. Həmkarım Səxavət Məmməd (hərbi jurnalist) taksilərdən birinə yaxınlaşdı ki, "Bizi Hindarxa neçəyə apararsan?" Sürücü mənə baxıb dedi: "30 manata sizi aparıb sağ-salamat çatdıraram ünvana". Özümü irəli atıb etiraz etdim. Kişinin ovqatı pisləşdi. Sən demə, elə bilib mən turistəm. Biləndə ki, yerliyəm, özü də ayığından, dedi: "Maşınımın yağı qurtarıb"...

Lap bu günlərdə də turistlərlə neqativ davranışa şahid oldum. Yanardağ Dövlət Tarix-Mədəniyyət Qoruğunda ikən turist bələdçisinin banqladeşli turistlə kobud rəftarı diqqətimi çəkdi. Bələdçi xanım, bağça uşaqlarını parka gətirən müəllimə kimi, arada bir "Don't cross the line" ("Xətti-hüdudu keçməyin") deyib sərtlik nümayiş etdirirdi. Turistlər isə tarixi abidə ilə bağlı maraqlı məlumat öyrənmək üçün ingilis dilində yerli ziyarətçilərdən kömək istəyirdilər...

Belə məqamlarda yetərincə anlaşılır ki, ölkəmizə gələn əksər turistlər nələr çəkirlər...

lll

Müasir dövrdə turistlər daha ayıq-sayıqdırlar. Son yarım əsr ərzində dünyada yaşanan iqtisadi, sosial və texnoloji inkişaf turizm konsepsiyasının qavranılmasında və praktikasında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İndi ənənəvi turist tipindən fərqli olaraq ortaya çıxan post-turist tipi daha təcrübəli, daha məlumatlı, gəzdiyi ölkələr barəsində daha seçicidir. Yəni indi səyahət edən turistlər getdikləri ölkələr, oradakı xalqlar haqqında əhatəli məlumat toplayırlar. Günümüzün sosial media kimi bir gerçəyi olduğunu da diqqətdən qaçırmamalıyıq.

Təbii ki, turizmin inkişaf etməsi tək dövlətin deyil, yerli camaatın da büdcəsinə gəlir gətirmək məqsədi daşıyır. Lakin bu vəziyyətin yerli əhali və bəzi özəl ticarət sektorları (restoran, mağaza, otel) tərəfindən kommersiya istismarına çevrilməsi dövlət və xalq adına xeyli məyusluq gətirən vəziyyətdir. Qardaş ölkə Türkiyədə müalicə olunduğum vaxt oralı həkimim bir dəfə yarıciddi-yarızarafat dedi: "Bir daha da sizin ülkeye seyahat etmeyi düşünmüyorum. Her şeyi anlarım da... Petrol ülkesinde taksiler neden öyle pahalı?" Məlum olanda ki, Bakıda taksi sürücüsü bu adamı "Sahil" metrosundan İçərişəhərə gətirmək üçün 35 manat alıb, çox xəcalət çəkdim.

Elə bu yaxınlarda sosial mediada bölgələrimizdən birində əcnəbi turisti yolda tutub "canıyananlıq" edən vətəndaşımızla bağlı bir video yayılmışdı. İşin şuluq tərəfi o idi ki, həmin videonu turist yaymışdı. Deməli, hadisə belə cərəyan edib: Kənd sakinlərindən biri yağışlı havada qalmağa yer axtaran turisti "gəl gedək qonağım ol, əmi sənə qulluq eləsin" deyərək evinə aparıb. Bir kasa piti yedirib, bir gecə də qonaq saxlayıb. Səhər turist "qonaq ol" sözünə rəğmən, adama 50 manat pul uzadıb. "Turist ovçusu" isə ondan ikiqat məbləğ tələb edib. Bir sözlə, turisti əməllicə "tərlətməmiş" evdən buraxmayıb.

lll

Cəmiyyətdəki insanlar bir-birindən sosial-mədəni cəhətdən fərqlidirlər. Bu baxımdan bölgədən-bölgəyə dəyişən turizm fəaliyyətlərində mühüm amillər var. Bunlara misal olaraq əsasən sosial quruluşu, həyat tərzini, mədəniyyətləri, davranışları, vərdişləri, maraqların toqquşmasını, ünsiyyətin olmamasını və yerli xalqın sərgilədiyi münasibəti göstərmək olar. Bu amillər bəzən  yerli əhali və turistlər arasında münaqişələrə səbəb olur. Belə hallar da, təbii ki, sektora mənfi təsir göstərir. Təhsil və mədəniyyət səviyyəsinə görə inkişaf etmiş bölgələrin əhalisi turistlərlə daha mədəni və rahat ünsiyyət yarada bilirlər. İnkişaf etməmiş bölgələrdə isə yerli əhali turistlərlə necə davranmaq lazım olduğunu bilmədikləri üçün həmin bölgələrdə heç vaxt turizm inkişaf etmir.

Başqa bir məsələ isə turistlərə qarşı davranış mədəniyyətimiz ilə bağlıdır. Məsələn ölkəmizdə səyahətdə olan afrikalılarla hələ də "Salam, şokolad", rus, ukraynalı qadın turistlərə "Privet, Nataşa" deyə şit, hətta təhqiramiz zarafatlar edən vətəndaşlarımızın olması üzücüdür. Ünvan soruşan turist qadını restorana aparmaq istəyən "qaqaşlar" da az deyil. Sərgilədiyimiz davranışlar ölkəyə gələn turistlərin yerli xalqla bağlı fikirlərində ümumi bir rəy yaratdığı üçün xüsusi diqqət etməli olduğumuz məqamlardır bunlar. Turistlərlə sağlam dostluq münasibətləri yaratmağa çalışmalıyıq. Bu vəziyyət turistlərlə yerli əhali arasında mədəni əlaqələri inkişaf etdirir. Yaranan bu dostluqlar qarşılıqlı hörmətin, diqqətin davamını gətirir. Bir turistin başqa bir ölkədə dostunun olması həmin turistin və dostlarının, yaxınlarının o ölkəyə ardıcıl səyahət etmə ehtimalını artırdığını da unutmayaq. Yəni turistlərin həm "vəlinemətimiz" - qazanc mənbəyimiz, həm də ölkəmizin təbliğatçıları olduğunu nəzərdən qaçırmayaq. Buna görə də müxtəlif ölkələrdən gələn turistlərlə davranışlarımızda xüsusi incəliklərə fikir verməliyik.

Çünki turistlərə yaxşı münasibət göstərsək, ölkələrində haqqımızda müsbət, pis davransaq, mənfi danışacaqlar. Təbii ki, ikinci hal ölkəyə gələn turist axınında azalmaya səbəb ola bilər. Turist azaldıqca gəlirdə də ciddi azalma müşahidə olunar. Ölkəmizə gələn turisti ən yaxşı oteldə qonaq etsək, ən yüksək xidməti göstərsək də, o turistin küçələrimizdə yaşayacağı ən xırda neqativ hal onun bütün ovqatını korlaya və ölkəmizdən mənfi təəssüratla ayrılmağına səbəb ola bilər.

lll

Azərbaycan çox zəngin turizm potensialı olan ölkələr siyahısındadır. Həm iqlim şəraiti, həm də zəngin təbii və tarixi sərvətlərinin olması bunu deməyə əsası verir. Qarabağ işğaldan azad olunduqdan sonra ölkə turizimində xeyli yüksəliş nəzərə çarpır. Təbii gözəllikləri ilə bütün bölgələrimizi tətil cənnəti adlandırmaq olar. Xüsusilə milli mədəniyyətimizin ayrılmaz hissəsi olan qonaqpərvərliyimiz turizm sahəsində əhəmiyyətli üstünlüyümüzdür. Ancaq təəssüf ki, bu üstünlüyümüzdən layiqincə bəhrələnə bilmirik. Turizm - müvafiq agentlikləri, mehmanxana xidmətini, bələdçiləri, mağaza sahiblərini, küçə satıcılarını, taksi sürücülərini, ofisiantları, muzey işçilərini əhatə edən xidmətlər zəncirindən ibarət böyük bir sektordur. Ona görə də bu xidmətlər zəncirinin hətta ən kiçik halqasında belə yol verilən səhv bütün sistemə mənfi təsir edə bilər.

Turistlərin heç də hamısı getdikləri ölkələrdə yerli əhalini yaxından tanımaq fürsəti əldə edə bilmirlər. Eləcə də ölkəmizə gələn bir turistin Hava Limanına endiyi andan etibarən tətil edəcəyi müddətdə tanış olduğu "yerli əhali" onu qarşılayan turist bələdçisi, oteldə resepşn, restoranda ofisiant və taksi sürücüləri ilə məhdudlaşmış olur. Bu şəxslərlə söhbətlər, onların davranışları Azərbaycan haqqında təəssüratlarına ciddi təsir göstərir. Bir nəfərin etdiyi yanlış hərəkət bəzən bütöv bir xalqı gözdən salmaq üçün kifayət edir. Belə hallarda xalq olaraq mükəmməl qonaqpərvərliyimiz dələduz taksi sürüclərinin, acgöz restoran rəhbərlərinin səhvlərinin kölgəsində qala bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see478

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see384

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see340

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see322

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see291

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see165

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see150

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri