Icma.az
close
up
RU
525ci qəzet Mən, Lalə, bir də Şerlok Holmsla bitən həsrət Günel Musa yazır

525ci qəzet Mən, Lalə, bir də Şerlok Holmsla bitən həsrət Günel Musa yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Günel MUSA

Hamımız texnologiyanın yaratdığı problemlərdən şikayət edirik. Amma heç birimiz texnologiya olmadan da yaşamaq istəmirik. Elə bir dövrdəyik ki, uşaqlar texnologiya ilə hələ ana bətnindəykən tanış olurlar. Ona görə də müasir dövrün bu reallığından qaçmaq mümkünsüz görünür. Biz yalnız texnologiyanın imkanlarından doğru istifadə etməklə onun mənfi təsirlərindən həm özümüzü, həm də uşaqlarımızı qoruya bilərik. Bu məqamda uşağın nəyə baxdığı, nə dinlədiyi, nə oxuduğu xüsusilə əhəmiyyətlidir.

Son 20 ildə dünyaya gələn uşaqlar artıq nağıllara inanmır. Bizim həvəslə baxdığımız, səbirsizliklə yayımını gözlədiyimiz cizgi filmləri, yerli kino nümunələri ən yeni nəsilə maraqsız gəlir. Çünki onlar hər şeyin daha dinamik, rəngarəng və lakonik olduğu bir əsrdə yaşayırlar. Sürət və texnologiya çağında yaşayan nəsil ona təqdim ediləsi yerli alternativlər olmadığı üçün getdikcə milli baxışdan uzaqlaşır. Kifayət sayda televiziya kanalı olmasına baxmayaraq, ölkədə yalnız bir uşaq kanalının mövcudluğu vəziyyətin nə qədər ciddi olduğundan xəbər verir. Həmin kanalın isə yalnız 0-3 yaş qrupunda olan uşaqlara xidmət göstərməsi də ayrı bir dərddir. Günün çoxunu televizor və internet qarşısında keçirən bir cəmiyyətik və uşaqlarımız da bundan nəsibini alır. Böyüklər zövqlərini idarə edə bildiyi üçün özünə nəyin yaxşı, nəyin pis təsir göstərəcəyini az-çox bilirlər. Amma uşaqlar onlara təqdim olunanları seçim etmədən qəbul edir və mənimsəyirlər. 2000-ci illərə qədər uşaqlar üçün bir-birindən maraqlı layihələr, proqramlar, filmlər nümayiş olunsa da, bunu son 20 ilə şamil etmək çox çətindir. Televiziya kanalları 20 il ərzində sanki uşaqları unutdular. Bir sözlə, müasir dövrün uşaqları informasiya bolluğu içində bu sarıdan yoxluq yaşayırlar. Belə olduğu halda uşaqlar bu ehtiyaclarını heç bir nəzarətin olmadığı sosial media və internet oyunları vasitəsilə ödəməyə çalışırlar. Əcnəbi yutub kanallarında "uşaqlar üçün" hazırlanan zərərli vloqların abunəçilərinə çevrilirlər. Bu da uşaqlarımızın öz mədəniyyətlərindən uzaqlaşmasına səbəb olur və şəxsiyyətin formalaşmasına ciddi mənfi təsir göstərir. Bu gün hər 5 ailədən 3-ündə valideynlər uşaqlarının kitaba marağının olmamasından şikayətçidirlər. Məktəblərdə uşaqların oxuyub-anlama testlərindəki göstəriciləri aşağı səviyyədədir. 10 uşaqdan 5-i inşa yaza bilmir. Yeni nəsil uşaqlarda şifahi nitqin və yaradıcı təfəkkürün formalaşması və inkişafı çox ləng gedir. Kitabxanaların qapısını tanıyan uşaq yoxdur. Bütün bunların səbəbi təkcə valideyn və ətraf mühit ola bilməz. Burada həm də televiziya və media faktorunun ciddi rolu var. Lakin bu mövzu, artıq xeyli vaxtdır, heç bir televiziya kanalını maraqlandırmır. Hazırlanan layihələrin əksəriyyəti isə reytinqə hesablandığı üçün uşaqlara doğru istiqamət vermək kimi bir məsuliyyəti üzərinə götürmür. Nəhayət, son 3 həftədir, İctimai Televiziyanın efirində yayımlanan, Tural Sevdimalı və Vüqar Hüseynovun birgə yazdıqları, rejissor Rüfət Şahbazovun quruluş verdiyi "Mən, Lalə, bir də Şerlok Holms" serialı uşaqların dünyasına onların dili ilə boylanır. Serialın əsas qəhrəmanı 7-ci sinif şagirdi Muraddır. Zəngin fantaziyaya malik qəhrəmanımız macəra və detektiv romanlar oxumağı sevir. Oxuduğu kitablar onun müşahidə qabiliyyətini artırır. Murad oxuduğu kitabların qəhrəmanlarını xəyal dünyasında canlandıra bildiyi üçün onlarla söhbət edə bilir. Serialda diqqətimi çəkən və bəyəndiyim detallardan biri yaradıcı heyətin  Muradın hekayəsini real həyatdan qopmadan təqdim etməsidir. Məsələn, filmdə sehr, qeyri-adi varlıqların gücü kimi absurd, aldadıcı personaj və hadisələr yoxdur. Burada hər şey kitabın, mütaliənin gücünə bağlıdır. Yay tətilini kənddə baba və nənəsinin yanında keçirən Murad ilk bölümdə məşhur yazıçı Artur Konan Doylun detektiv personajı Şerlok Holmsun köməyi ilə qonşu qızı Lalənin itən keçisini tapır. Ssenarist tez-tez vurğulayır ki, çətin məqamlarda onun köməyinə gələn qüvvə əslində kitabdır. İkinci bölümdə babasının hesab kartından müəmmalı şəkildə yoxa çıxan pulları tapmaq üçün yola çıxan Murad bu dəfə uğursuzluq yaşayır və bir neçə dəfə yanılır. O, əvvəlcə Şerlok Holmsun deduksiya üsulundan istifadə edib oyun yoldaşı Camaldan şübhələnir, lakin səhvə yol verir. Daha sonra Murad qərara gəlir ki, başqa detektiv roman oxusun. O, Aqata Kristinin yaratdığı məşhur detektiv personaj Erkül Puaro ilə tanış olur. Lakin Puaronun da deduksiya üsulu ona istədiyi nəticəni vermir. Ssenarist və rejissor bununla da azyaşlı tamaşçılara Murad barədə fərqli düşünmək imkanı yaradır. Həmçinin göstərir ki, həyat həmişə uğur gətirmir, buna baxmayaraq, hədəfdən yayınmaq, ruhdan düşmək olmaz.

Serial vasitəsilə uşaqlara ötürülən mesajlar çox dəyərlidir və ən əsası, bəsit sosial çarx məzmunu daşımır. Filmin uğurlu alınması, bəlkə, bir az da buna bağlıdır. Düşünürəm ki, bu, real həyatda da belədir. İnsan məsləhət eşitməkdən çox da məmnun olan bir varlıq deyil. Filmlər və ədəbi nümunələr insanlara çıxış yolu göstərməlidir. Uşaqlar bu serialdan nə öyrənə bilər? Hədəfə çatmaq üçün çalışmağı, hər uğursuzluqda həvəsdən düşüb ümidini itirməməyi, səhvini anlayıb üzr istəməyi, böyüklərə hörməti, əmin olmadan kimisə ittiham etməməyi, ünsiyyət mədəniyyətini, qohumluq əlaqələrinə sahib çıxmağı və qonaqpərvərliyi. Alimlərin araşdırmasına görə, günün çox hissəsini televizor və planşet qarşısında keçirən uşaqlar ünsiyyət problemindən əziyyət çəkirlər. Bu hal böyüdükcə xroniki hala alır. Muradın kənddə həmyaşıdı Lalə və digər kənd uşaqları ilə tanış olub tez bir zamanda dostlaşmasının, məkana uyğunlaşmasının da onun sistemli mütaliəsi ilə əlaqəli olduğu diqqətə çatdırılır.

Filmdə təkcə əşyanın, yeməyi deyil, həm də informasiya və biliyi paylaşmağın vacibliyi incəliklə vurğulanır. Murad şəhərdən gətirdiyi cihazları və oxuduğu kitablardan öyrəndiyi maraqlı faktları Lalə ilə paylaşır. Laləni də kitab oxumağa həvəsləndirir. Serialda 44 günlük müharibədən bəhs olunması, "Şuşa Fatehi" ifadəsinin işlədilməsi, Lalənin qardaşının timsalında dövrümüzün real qəhrəmanlarının da olduğunun vurğulanması təqdirəlayiq detallardır. Filmin kiçik aktyorları da öz rollarının öhdəsindən məharətlə gəliblər.

Muradın şüurunda canlandırdığı Şerlok Holms və Erkül Puaronun mübahisəsi olduqca təbii və inandırıcı verilib. Ədəbi personajlar Muradı paylaşa bilmirlər. Çünki Murad onların hər ikisini paralel şəkildə oxuyur, çətinə düşdüyü üçün hər ikisi barədə eyni anda fikirləşir. Az-çox mütaliəsi olan insanlara bu mənzərələr, yəqin ki, yad deyil. Məsələn, mən uşaq vaxtı  Jül Vernin "Sirli ada" romanını oxuduqdan sonra düşdüyüm hər çətin məqamda Herberti xatırlayırdım.

Film uşaqlara kitablardakı qəhrəmanların, baxdıqları anormal cizgi film personajlarından daha doğma və real olduğunu aşılayır. Bütün bu keyfiyyətləri ilə "Mən, Lalə, bir də Şerlok Holms"u uşaqlar üçün hələlik bənzərsiz bir iş hesab etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Yanvar 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri