525ci qəzet Gürcü deputat Qərb tərəfdaşlarını ikili standartlarda ittiham edib
Bəzi beynəlxalq tərəfdaşlar ikili standartlarla fəaliyyət göstərir, Gürcüstandakı etirazları “dinc” adlandırır, etirazçıların polisə qarşı zorakılığına göz yumur.
525.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputat Eka Sepaşvili deyib.
Onun sözlərinə görə, ikili standartlar özünü onda göstərir ki, həmin dairələr Almaniyadakı etirazları “zorakılıq”, Gürcüstandakı zorakı etirazları isə “dinc” adlandırırlar.
Deputat hesab edir ki, belə münasibət inam və ədalətə xələl gətirir: “Etirazçıların polisə fişəng, molotov kokteyli, daş atması, parlament binasına basqın etməsi vəziyyətində Gürcüstandakı durum necə “dinc nümayiş” adlandırıla bilər?”.
Pərvanə Sultanova
Baxış sayı:96
Mənbə:https://525.az