525ci qəzet İspaniyada blogger partlayıcı maddələri təbliğ etdiyinə görə həbs olundu
Icma.az, 525.az saytına istinadən bildirir.
İspaniya polisi Kantabriya əyalətinin Kastro-Urdiales şəhərində "YouTube"da partlayıcı və yanğın törədici maddələrin hazırlanması, onların təbliği ilə məşğul olan bloggeri həbs edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında xəbər yerləşdirilib.
"YouTube"da milyondan çox izləyicisi olan adı çəkilməyən blogger şəxsi kanalında 60-dan çox videorolik yerləşdirib. Hətta çəkilişlərin birində hazırladığı "termit" vasitəsilə avtomobili necə yandırdığı əks olunub.
Qeyd edək ki, axtarış zamanı polis bloggerin yaşadığı yerdən partlayıcıların hazırlanmasında istifadə olunan 20 kq-dan çox kimyəvi maddəni dəlil-sübut kimi götürüb.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:Azərbaycan multikulturalizmi İspaniyada təbliğ olunub
16 Noyabr 2024 18:25
Baxış sayı:88
Bu xəbər 28 Dekabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















