525ci qəzet Magistrantlarla müasir təhsil və elmi idarəetmə məsələləri barədə müzakirə aparılıb
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Milli Məclisin deputatı Mehriban Vəliyeva ilə görüş və açıq dərs keçirilib.
ADPU-dan 525.az-a bildirilib ki, görüş “Müasir təhsil və elmi idarəetmə məsələləri” mövzusuna həsr edilib. Tədbirdə ADPU-nun təhsilin təşkili və idarə edilməsi (MBA) və təhsil üzrə marketinqin təşkili və idarə olunması (MBA) ixtisaslaşması üzrə təhsil alan magistrantları iştirak ediblər.
Görüşdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov magistrantların nəzəri biliklərə yiyələnmələri ilə yanaşı, idarəetmə, elm və təhsil sahəsində geniş təcrübəyə malik şəxslərin praktik təcrübələrindən faydalanmalarının təmin edilməsi üçün mütəmadi olaraq bu cür görüşlər təşkil edildiyini qeyd edib.
Milli Məclisin deputatı Mehriban Vəliyeva müasir təhsilin elmi idarə edilməsi yolları, idarəetmədə tərəflər arasında məsuliyyətin bölüşdürülməsi, zamanın idarə edilməsi, düzgün məqsəd, normativ sənədlər və fəaliyyətin uzlaşdırılması, maddi-texniki bazanın, insan resurslarının və nəticənin idarə edilməsi, monitorinq sisteminin qurulması və idarə edilməsi, risklərin idarə edilməsi və kommunikasiya bacarıqları mövzuları ətrafında fikirlərini bölüşüb, magistrantlarla təhsilin və təhsil müəssisələrinin idarə edilməsi sahəsində vacib olan amillər haqqında müzakirələr aparıb.
Müzakirələrdə ADPU-nun Təhsil menecmenti kafedrasının əməkdaşları - Cəsarət Valehov və Ramiz Əliyev də iştirak ediblər.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















