Icma.az
close
up
RU
Bizə lazımdır ki, bu ölkədə sabitlik olsun, müharibələr yaranmasın

Bizə lazımdır ki, bu ölkədə sabitlik olsun, müharibələr yaranmasın

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda baş verən hadisələrin ucu hər zaman birbaşa və ya dolayı yolla Azərbaycana toxunur. İran cəmiyyətində hər zaman sanki biz müharibə istəyirik və ya buna zəmin yaradırmışıq kimi ictimai fikir formalaşır. Son dövrlərdə də xarici qüvvələr İranın hücumlarında guya Azərbaycanın rolu varmış kimi qələmə verirdilər. Ceyhun Bayramovun da bəyanatı məhz regionda bəzi güclərə mesaj mənasında idi. 
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Demokrat.az-a bildirir ki, İran ətrafında proses kritik həddə çatıb:
"ABŞ müttəfiqləri ilə birlikdə İranı təcrid etmə siyasətini yüksək səviyyədə həyata keçirir. Digər tərəfdən, İran da bildirir ki, geri çəkilməyəcək. Onun strateji xətti və hədəfləri var və o, öz idealları uğrunda mübarizəni sonuna qədər aparacaq.
Azərbaycan bu proseslərdə əvvəlcə sülh tərəfdarı kimi çıxış edib və bildirib ki, müharibənin meydana gəlməsi çox təhlükəli prosesdir və demək olar ki, hər şeyi alt-üst edə bilər".
O bildirib ki, Azərbaycanın mövqeyi belədir ki, İran bizim birbaşa həmsərhəd ölkəmizdir və çoxsaylı əlaqələrimiz var. 
"Bizim tranzit daşımalarla bağlı ümumi planlarımız var, ticarət münasibətlərimiz ildən-ilə artır. İran həm də şimal-cənub strateji-kommunikasiya xətti üzrə ortaq fəaliyyət göstərdiyimiz ölkədir. Bizə lazımdır ki, bu ölkədə sabitlik olsun, müharibələr yaranmasın. Amma görünür ki, bizim istəklərimiz və bəzi ölkələrin istəkləri bir-birinə ziddir. Onlar İranı güc vasitəsi orbitinə cəlb etməyə çalışırlar və bu bizim üçün əlverişli deyil. Kehüm Baramamın yanaşması da bu prosesdə dünya nizamına uyğun deyil".
Politoloq deyib ki, bəzi  ölkələr və liderlər bildirirlər ki, artıq nizam yoxdur, amma bu belə deyil. 
"Son günlər BMT baş katibi Antoni Guterres də deyib ki, dünya nizamının qorunmasına tərəfdardır və bütün təhdid faktorlarını aradan qaldırmağa çalışacaq.
Azərbaycan da bu istiqamətdə hərəkət edir. Azərbaycanın niyyəti bölgədə sülhün qorunması və mübahisəli məsələlərin dialoq yolu ilə həll edilməsidir. Düzdür, bu dialoqun reallığına tam inam yoxdur, çünki ABŞ-nin İran üçün dörd tələbi var və İran onları qəbul etmir. Bu tələblər İranın təhlükəsizliyinə birbaşa təsir göstərir"- deyə o qeyd edib. 
Onun sözlərinə görə, ABŞ demək olar ki, anti-İran cəbhəsi formalaşdırır, İsrail də buna dəstək verir:
"Xüsusilə Almaniyanın kansleri Mertz kimi siyasətçilərin çıxışları müharibə niyyətini göstərir. Bu, qeyri-insani və riyakar yanaşmadır. Onlar müharibəni digər bölgələrə daşımaq, insanların bir-birini məhv etməsi və infrastrukturu dağıtmaq istəyirlər. Azərbaycan bu siyasətçilərə meydan verməməli, müharibə ehtimalını minimuma endirməlidir. İranın cavab vermək imkanları var və qonşuluqda müharibə başlamamalıdır. Azərbaycan dövlətinin yanaşması sağlam, praqmatik və məsuliyyətlidir".
Ekspert qeyd edib ki, Azərbaycanın məqsədi sülhün dayanıqlı şəkildə qorunması və mübahisəli məsələlər ətrafında dialoq atmosferinin formalaşdırılmasıdır:
"Son günlər İranın Xarici İşlər naziri Azərbaycana səfər edib, ardınca İsrail nümayəndəliyi gəlib. Bu, Azərbaycanın vasitəçilik rolunu göstərir. Məqsəd bölgədə, ölkə daxilində və ətrafımızda sülh və sabitliyi təmin etməkdir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2026 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri