Icma.az
close
up
RU
Səmimi minnətdarlıq haqqını qazanmaq

Səmimi minnətdarlıq haqqını qazanmaq

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ramil MƏRZİLİ
Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Mənim ali təhsil yolum mərhələli və çoxşaxəli şəkildə formalaşıb. İlk olaraq Azərbaycan Dövlət Aqrar Universitetində bakalavr pilləsi üzrə təhsil almış, daha sonra həmin istiqamət üzrə magistratura səviyyəsini uğurla başa vurmuşam. Bununla yanaşı, yaradıcılıq sahəsinə olan marağım məni bu istiqamət üzrə fəaliyyət göstərən ayrıca bir ali təhsil müəssisəsində təhsil almağa sövq etmiş və Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə təsis etdiyi Gənc Ədiblər Məktəbində, onunla paralel olaraq Bakı Slavyan Universitetində "Yaradıcılıq" fakültəsində təhsil almışam.

Akademik biliklərimi daha da zənginləşdirmək, idarəetmə sahəsində nəzəri və praktiki bacarıqlarımı inkişaf etdirmək məqsədilə hazırda Mingəçevir Dövlət Universitetində "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə təhsil alıram. Bu təhsil mərhələsi mənim üçün yalnız yeni biliklərin əldə edilməsi deyil, eyni zamanda analitik düşüncə, strateji yanaşma və ictimai idarəetmə sahəsində peşəkar formalaşma baxımından ciddi əhəmiyyət kəsb edir.

Universitet yalnız auditoriyalardan və imtahanlardan ibarət deyil. O, gənc nəslin düşüncəsinin formalaşdığı, şəxsiyyətin yetişdiyi və gələcəyin qurulduğu bir elm ocağıdır. Bu müqəddəs məkanın əsas dayaqları isə şübhəsiz ki, onun rəhbərliyi və müəllim heyətidir.

Universitetimizin rektoru Anar Eminov təhsil prosesinə yenilikçi baxışı, tələbələrə olan diqqət və qayğısı, eləcə də elmə verdiyi dəyər ilə seçilən bir rəhbərdir. Onun rəhbərliyi altında universitetimiz yalnız bilik verən deyil, eyni zamanda sağlam düşüncəli, məsuliyyətli və vətənpərvər gənclər yetişdirən bir təhsil müəssisəsinə çevrilib.

Mingəçevir Dövlət Universitetində təhsil prosesinin yüksək səviyyədə təşkili və səmərəli həyata keçirilməsi universitet rəhbərliyinin və müəllim heyətinin peşəkar fəaliyyətinin nəticəsidir. Bu baxımdan rektor Anar Eminovun ali təhsilin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi altında universitetdə müasir təhsil mühiti formalaşdırılıb, tələbəyönümlü yanaşma və keyfiyyətli tədris prinsipləri uğurla tətbiq edilib.

Eyni zamanda Ömür Boyu Təhsil Məktəbinin direktoru Vəfa Məhərrəmovanın təşkilatçılıq bacarığı və məsuliyyətli yanaşması təhsil proqramlarının effektiv icrasında mühüm rol oynayıb. Tədris prosesində tələbələrə daim dəstək göstərən, səmimi münasibəti və gülərüzlülüyü ilə seçilən tyutor Nuranə Əlizadənin də xidmətləri təqdirəlayiqdir.

Təhsil müddətində müxtəlif fənlərin yüksək səviyyədə tədrisini həyata keçirən müəllimlər də xüsusi təşəkkürə haqq qazanıblar. Hacıyev Azər "Mikroiqtisadiyyat" fənnini özünəməxsus və anlaşılan metodlarla tədris edib, Əliyeva Təranə "Karyera planlaması" fənninə maraq yaradıb, Quliyeva Şəlalə "Siyasi elmin əsasları"nı elmi əsaslarla öyrədib, Nurlana Hüseyn isə "İnsan resurslarının idarə olunması" fənnini mükəmməl şəkildə izah edib.

Adları qeyd olunan ziyalılar öz bilik və təcrübəsini əsirgəmədən bölüşərək tələbələrin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının formalaşmasına dəyərli töhfələr veriblər. Onların əməyi təhsil alanların gələcək peşəkar inkişafında mühüm rol oynayır.

Müəllimlərimiz bu böyük yolun səssiz, lakin əvəzsiz qəhrəmanlarıdır. Onların peşəkarlığı və tələbələrə fərdi yanaşması ilə, dərin elmi bilikləri və izahlı dərs metodu ilə, səmimiyyəti və motivasiyaedici münasibəti ilə yadda qalır. Çünki hər biri yalnız fənn tədris etmir, eyni zamanda tələbələrə həyat dərsi verirlər.

Bu müəllimlər öz bilik və təcrübələrini əsirgəmədən bölüşür, tələbələrin yalnız akademik deyil, mənəvi inkişafına da ürəkdən çalışırlar. Onların səyi nəticəsində tələbələr tənqidi düşünməyi, məsuliyyət daşımağı və özünə inanmağı öyrənir.

Bu münasibətlə Mingəçevir Dövlət Universitetinin rəhbərliyinə, müəllim heyətinə və tədris prosesində əməyi olan bütün şəxslərə dərin təşəkkür bildirilir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri