Icma.az
close
up
RU
525ci qəzet Maqsud Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

525ci qəzet Maqsud Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərəfindən görkəmli fizik alim, Əməkdar elm xadimi, akademik Maqsud Əliyevin 100 illiyinə həsr olunmuş “Fizikanın aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

525.az xəbər verir ki, nüfuzlu elmi tədbirə Azərbaycanvə MDB ölkələrinin elmi tədqiqat və ali təhsil ocaqlarını təmsil edən fizik alimlər qatılıblar.  

Konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, onun önünə güllər qoymaqla, müasir Azərbaycan dövlətinin qurucusunun xatrəsinə bir daha ehtiram bildiriblər.

Sonra konfransın keçirildiyi  AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunun önündə görkəmli alimin həyatı, onun Azərbaycan və dünya elminə göstərdiyi xidmətlərdən bəhs edən  sərgiyə baxış keçirilib.

Konfransın başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən  Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıların diqqətinə akademik Maqsud Əliyevin həyat və fəaliyyəti haqda bioqrafik videoçarx təqdim olunub.

Azərbaycan Fizika-riyaziyyat tədqiqatlarının əməli və nəzəri məktəbinin  patriarxlarından sayılan akademik Maqsud Əliyev (1924-2016) elmimizi dünyada şöhrətləndirən şəxsiyyətlərimizdəndir. 

Maqsud İsfəndiyar oglu Əliyev 1924-cü il avqustun 27-də Tbilisi şəhərində anadan olub. O, 1941-ci ildə Tbilisi Dövlət Universitetinin Fizika-riyaziyyat fakultəsinə daxil olmuş, 1943-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirakı ilə əlaqədar təhsilini yarımçıq saxlamış və müharibədən sonra 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Akademik Həsən Abdullayevin rəhbərliyi ilə Fizika institutunda yarımkeçiricilər üzrə tədqiqatlqrq başlamış, 1950-ci ildən respublikanın bir çox ali məktəblərində assistent, baş müəllim, dosent və professor vəzifələrində işləyərək pedaqoji fəaliyyət də göstərmişdir.1957-ci ildə fizika üzrə elmlər namizədi,  1966-cı ildə elmlər doktoru elmi dərəcəsini, 1967-ci ildə professor elmi adını almışdır. 1969-cu ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.

Alim yarımkeçiricilər fizikası sahəsindəki tədqiqatlar və elmi kadrlar hazırlanmasındakı böyük xidmətlərə görə 1969-cu ildə Azərbaycan Respublikası EA-nı müxbir üzvü, 1980-cı ildə isə həqiqi üzvü seçilmişdir.

Maqsud Əliyev 400-dən artıq məqalənin, 20 ixtiranın müəllifi olub. Onun "Yarımkeçiricilərin istilikkeçirməsi" adlı kitabı böyük  şöhrət qazanmışdır.Maqsud Əliyevin  rəhbərliyi ilə 35 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirilmişdir.

Akademik Maqsud Əliyev ənənəvi elmi istiqamətilə bərabər, məşhur alim Lütfi Zadənin əsasını qoyduğu qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq sahəsində də tədqiqatlar aparıb. O,  "Fizika problemləri və qeyri-səlis məntiq" üzrə elmi problemlərin araşdırılması ilə məşğul olub, bir neçə beynəlxalq konfranslarda  məruzələrlə çıxış edib.

Akademik Maqsud Əliyev “Şöhrət” ordeni (2004), “Almaniya üzərində Qələbə” medalı (1946), “Vətən müharibəsi” ordeni (1985), “Xalqlar dostluğu” ordeni (1986), akademik Y.Məmmədəliyev adına mükafat və medal (1994), “Sülhün səfiri” beynəlxalq diplomu (2003) ilə təltif olunmuşdur. 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimidir adı almışdır.

Akademik Maqsud Əliyev 24 dekabr 2016-cı ildə 92 yaşında, Bakıda vəfat edib.

Beynəlxalq elmi konfransı giriş sözü il açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik  Fuad Əliyev iştirakçıları salamlayıb. Akademik Fuad Əliyev bu alimlərn bu mötəbər görüşünün  Ümummili LiderHeydər Əliyevin əziz xatirəsinin anıldığı əlamətdar tarixlə səsləşdiyini qeyd edərək,  Ulu ÖndərinAzərbaycan elminin inkişafına, alimlərin fəaliyyəti və rifahına daim xüsusi diqqət va qayğı göstərdiyini, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevinölkənin gələcəyinin təminatı naminə vacib olan bu sahənin müasir tələblər baxımından yüksəlişi strategiyasının uğurla həyata keçirildiyini vurğulayıb.

Akademik Fuad Əliyev konfransın iştirakçıları arasında görkəmli alim Maqsud Əliyevin yaratdığı Azərbaycan yarımkeçiricilər elmi məktəbinin ardıcıllarının olduğundan məmnunluq duyduğunu qeyd edib. O, akademik Masud Əliyevin  adı və əziz xatirəsinin Gəncənin elmi mühiti, bu şəhərdə çalışan alimlər tərəfindən xüsusi rəğbətlə yad edildiyini vurğulayaraq, qeyd edib ki,  Respublikamızın ikinci şəhərində çoxşaxəli elmi  mərkəzin yaranması, burada aparlacaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, hətta onun üçün böyük binanın seçilməsi məsələlərinin reallaşmasında Maqsud müəllimin də həlledici rolu olub, 43 il əvvəl Kirovabad Elm Mərkəzi kimi yaranan, sonra Regional Elmi Mərkəz olan, hazırda isə AMEA-nın Gəncə Bölməsi kimi fəaliyyət göstərən bu elm ocağında Akademik Maqsud Əliyevin 100 illiyinə həsr olunmuş nüfuzlu Beynəlxalq Elmi Konfransın keçirilməsi də  bu böyük alimin xatirəsinə minnətdarlığın təzahürüdür.

Beynəlxalq konfransı idarə edən, ARETN-nin Fizika İnstitutunun baş direktoru,AMEA-nın akademik-katibi, akademik Arif Həşimovöz çıxışındakonfrans iştirakçılarının, hər bir yaxşı işin başlanğıcında olduğu kimi, dövlətçiliyimizin banisi, Azərbaycanın siyasi, iqtisadi, ictimai, eləcə də elmi  tərəqqisi strategiyasının əsaslarını müəyyən etmiş Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılmış abidəsini ziyarət etdiklərini bu böyük şəxsiyyətin adı və əməllərinə minnətdarlıq hissi ilə bağlı olduğunun vurğulayıb. O, Ümummilli Liderin dövlətçilik və tərəqqi xəttininmüasir dövrün xüsusiyyətləri şəraitində tam bərqərar olmasınıncənab Prezident İlham Əliyevin dəqiq və düşünülmüş daxili və xarici siyasəti ilə gerçəkləşdirildiyini qeyd edib və bu tərəqqiyə alimlərimizi daim öz tədqiqatları ilə xidmət etməyə çağırıb.

Akademik Arif Həşimov Azərbaycan fizika elminin nəhəng simalarından olan Maqsud Əliyevin 100 illiyinə həsr olunan konfransda bu böyük alimin elmimizə və cəmiyyətimizə verdiyi sanballı töhfələrin xarakterinə və miqyasına uyğun gələn aktual  tədqiqat istiqamətlərinin müzakirə predmeti olacağına inandığını bildirib. O, həmçinin Maqsud Əliyevin AMEA-nın Fizika institutunun müasir əsaslarla formalaşmasında və  inkişafında böyük rol oynadığını qeyd edib.

Akademik Arif Həşimov həmçinin akademik Maqsud Əliyevin AMEA-nın rəyasət heyətinin üzvü kimi respublikamız üçün böyük sınaqlar dövrü olan 90-cı illərdəki fəal mövqeyi, o cümlədən Ulu Öndərin dövlətçiliyimizin formalaşdırılması naminə yorulmaz səylərinə öz dəstəklərini nümayiş etdimiş ziyalı-alimlərimiz sırasında olduğunu vurğulayıb. Bu xüsusda akademik Arif Həşimov AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ölkə mətbuatında dərc edilmiş “Heydər Əliyevin akademik heyətlə tarixi görüşü və Akademiyanın statusu məsələsi” adlı geniş məqaləsi haqda danışıb. O, həmin məqalədə də şərh edilən, akademik Maqsud Əliyevin də iştirak etdiyi, AMEA-nın 7 fevral 1997-ci il tarixində keçirilmiş ümumi yığıncağının protokollarının surətlərini AMEA-nın Gəncə Bölməsinə hədiyyə edib.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında Gəncədə son dövrdə müxtəlif sahələr üzrə keçirilən elmi konfrans və digər tədbirlərin artdığını və bunun şəhərdə elmi mühitin inkişafının göstəricisi olduğunu qeyd edib.O, Akademik Maqsud Əliyevin 100 illiyi ilə bağlı bu beynəlxalq konfransa Gənə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təbriklərini və uğur arzularını çatdırıb.

ARETN-nin  Fizika İnstitutunun Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü müxbir üzvü Səlimə Mehdiyeva çıxışında akademik Maqsud Əliyevin tədqiqatlarının elmimiz üçün əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Maqsud Əliyev klassik yarımkeçiricilər  və onlar əsasında bərk məhlullarda, evtektikalarda köçürmə hadisələrinin tədqiqi ilə məşğul olmuş, onun rəhbərliyi ilə yarımkeçiricilərdə elektron və fonon prosesləri, zolaq quruluşu öyrənilmiş, bəzi yarımkeçirici-metal evtektikalarında ifrat-keçirmə və Cozefson effekti tədqiq olunub, bu tədqiqat işləri sayəsində onun elmi məktəbi yaranmış və hazırda həmin məktəbin nümayəndələri Azərbaycanın və xarici ölkələrin elm və təhsil ocaqlarında çalışırlar.

Konfransda Gəncə şəhərində yerləşən ali təhsil ocaqlarının rəhbərləri də çıxış ediblər.

Azərbaycan Dövlər Aqrar Universitetinin rektoru, texnika elmləri namizədi, dosent Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru, biologiya elmləri namizədi, dosent Yaşar Ömərov,  Gəncə Dövlət Universitetinin prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Şahin Xurşudov çıxışlarında elmi tədqiat və ali təhsil ocaqlarının əməkdaşlıq məsələləri haqda fikirlər səsləndirib, bu məsələdə tanınmış alimlərimizin məktəbinin nümayəndələrinin rolunun əhəmiyyətli olduğunu qeyd edərək,  fizika elmimizin aparıcı alimlərindən olmuş akademik Maqsud Əliyevinn yetirmələrinin Bakı ilə yanaşı Gəncədəki ali təhsil və tədqiqat ocaqlarında çalışdıqlarını diqqətə çatdırıblar.

Alimin yetimələrindən fizika-riyaziyyat elmləri doktoru, professor  Məntiq Cəfərov və fizika elmləri doktoru, professor Adilə Abbasova, fizika-riyaziyyat elmləri doktoru, professor Dürdanə Araslı  çıxış ediblər. Onlar  Maqsud Əliyevi elm ilə nəcabətin vəhdətinin təcəssümü kimi xarakterizə ediblər.

Akademik Maqsud Əliyevin yaxın qohumu Xanlar Məmmədov alimin elmi, ictimai fəaliyyətinə və onun şəxsiyyətinə böyük həssalıq nümayiş etdirərək, bu mötəbər  elmi forumun təşkilinə görə AMEA-ya, ARETN Fizika İnstitutuna, AMEA-nın Gəncə Bölməsinə, bu qurumların rəhbərliyinə  alimin ailəsi adından minnətddarlıq bildirib.

Üç günlük beynəlxalq konfrans bölmə iclasları ilə davam etdirilib.

Zakir Muradov, Gəncə

Maqsud Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Maqsud Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Maqsud Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Maqsud Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Maqsud Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Maqsud Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Maqsud Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Şəkil sayı: 7

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see275

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see122

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri