Gündə 5 dəqiqə bu musiqiylə oynamaq ürək üçün faydalıdır FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Çində aparılan araşdırma musiqi ilə ürək sağlamlığı arasındakı əlaqə ilə bağlı diqqətəlayiq məsələ üzə çıxarıb.
Milli.Az xəbər verir ki, alimlər ABBA-nın dünyaca məşhur "Dancing Queen" mahnısına rəqs etməyin ürək sağlamlığına müsbət təsir göstərdiyini müəyyən ediblər.
Çinin Yan'an Universitetində aparılan araşdırmada 160 universitet tələbəsinə müxtəlif templərdə mahnılar ifa edilib. Onların ürək döyüntüləri ölçülüb ki, hansı musiqi növünün ürək sağlamlığına daha müsbət təsir etdiyi müəyyən edilsin.
Araşdırmalar nəticəsində məlum olub ki, İsveç musiqi qrupu ABBA- nın ən məşhur mahnılarından biri olan " Dancing Queen" mahnısına rəqs etmək ürək üçün faydalıdır.
Mütəxəssislər mahnının dəqiqədə təxminən 100 vuruş (100 bpm) ritminə malik olduğunu və bu tempin Maykl Ceksonun "Beat It" və Coldplay -in "Viva La Vida" kimi 140 bpm mahnıları ilə müqayisədə ürək üçün daha uyğun olduğunu vurğulayıblar.
Alimlər çox yavaş templi musiqinin ürək döyüntüsünü kifayət qədər artırmadığını, həddindən artıq sürətli ritmlərin isə məşqdən sonra infarkt riskini artıra biləcəyini bildiriblər. Buna görə də, orta tempi ilə Dancing Queen-in ürək sağlamlığı üçün ideal bir tarazlıq təklif etdiyi qeyd edilib.
Mütəxəssislər aşağı ürək döyüntüsünün infarkt riskini artıra biləcəyini qeyd edir və gündə cəmi 5 dəqiqə Dancing Queen mahnısına rəqs etməyin belə əhəmiyyətli faydalar verə biləcəyini izah edirlər.
Fidan
Milli.Az
Baxış sayı:97
Bu xəbər 20 Yanvar 2026 04:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















