Icma.az
close
up
RU
525ci qəzet Məktəblərdəki Kiçik Akademiyalar: gərəkli ideyalar, maraqlı nəticələr

525ci qəzet Məktəblərdəki Kiçik Akademiyalar: gərəkli ideyalar, maraqlı nəticələr

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu yaxınlarda Yasamal rayonu ümumi təhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların hesabat konfransı keçirilib. Konfransda  yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlər öz elmi-tədqiqat işlərini təqdim ediblər. Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin şagirdi də öz proyektini konfrans iştirakçılarına təqdim edib. Şagirdin proyekti konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Demək olar ki, hər il məktəbin şagirdləri sözügedən konfransda öz layihələrini təqdim edirlər.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzə çıxarılması, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, elmi yaradıcılığa maraq yaratmaq, məktəblilərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş apara bilmək məqsədilə paytaxtın ümumi təhsil məktəblərində "Kiçik Akademiya"lar yaradılıb və fəaliyyət göstərir.

Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəb "Kiçik Akademiya"sı kifayət qədər aktiv olan məktəblər sırasındadır. Təhsil müəssisəsində Akademiyanın fəaliyyəti üçün məktəbin direktoru Yasəmən Əliyeva tərəfindən bütün lazımi şərait yaradılıb. Şagirdlərin Akademiya vasitəsilə bacarıq və potensiallarının üzə çıxarılması istiqamində müvafiq işlər görülür.

Yasəmən Əliyeva bildirib ki, bu gün Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsi daim Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət verilir. Təhsilin maddi-texniki bazası möhkəmlənir, keyfiyyəti yaxşılaşır, bu sahəyə investisiyalar qoyulur. Azərbaycan Prezidentinin elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun, Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusi vurğulanmalıdır: "Ölkəmizdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir".

Direktorun sözlərinə görə, yüksək elmi zirvələrə gedən yol məktəbdən keçir. Məhz orta  məktəbdə qazanılan biliklər elm yolunu seçənlərin, eləcə də ölkənin gələcəyi üçün töhfələr verməyə hazır olanların gələcək uğur salnaməsini müəyyən edir. Son illər məktəblilər arasında elmi tədqiqatçılığın təşviq olunması yolunda Elm və Təhsil Nazirliyi tərəfindən görülən məqsədyönlü tədbirlər nəticəsində öz düşüncələrini, zəkalarının məhsulunu ortaya qoyan yeni istedadlı nəsil formalaşmaqdadır. Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən "Kiçik Akademiya"ların, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu var.

Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" bütün mövcud imkanlardan istifadə edərək, şagirdləri yüksək səviyyədə maariflənməyə və təhsil almağa çağırır. "Kiçik Akademiya"ya üzv olan şagirdlərə elmi konfranslara,  olimpiadalara və digər tədbirlərə qatılmaq, şagirdlər arasında elmi bilikləri təbliğ etmək üçün bütün imkanlar yaradılır. Akademiyaya üzvlük könüllü olaraq qəbul edilir. Marağı və istedadı olan bütün şagirdlər məktəbdə fəaliyyət göstərən Akademiyaya üzv ola bilərlər və bunun üçün şagirdlərə bütün lazımi imkanlar yaradılır.

2019-cu ildən məktəbdəki "Kiçik Akademiya"ya Könül Abbasova rəhbərlik edir. Könül Abbasova deyir ki, "Kiçik Akademiya"ya üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və "Kiçik Akademiya"nın digər tədbirlərində iştirak etmək, şagirdlər arasında elmi bilikləri təbliğ etmək və s. kimi vəzifələri var. Eyni zamanda, seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini artırır və ünsiyyət və davranış qaydalarına riayət etməklə, digər şagirdlərə bir nümunə göstərirlər. "Kiçik Akademiya" üzvü olan şagirdlər yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərir, tədqiqat sahəsində potensial imkanları ilə fərqlənir, əldə etdikləri nəticələri sərbəst şəkildə təqdim edirlər. Orta məktəblərdə bu sahədə aparılan bütün işlər hərtərəfli inkişaf etmiş şagirdlərin yetişdirilməsində və onların əsl vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət daşıyır".

Könül Abbasovanın dediyinə görə, mütəmadi olaraq Akademiyanın iclasları keçirilir. Görülən işlər, həyata keçiriləcək təbdirlər barədə müzakirələr aparılır: "Məlumat üçün bildirim ki, bugünədək "Kiçik Akademiya"ya üzv olan şagirdlərimiz Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müxtəlif olimpiada və müsabiqələrdə iştirak edib bürünc, gümüş və qızıl medaıl qazanıblar: "Şagirdlərimiz "Betonun kimyəvi xüsusiyyətlərinin tullantı plastiklə dəyişdirilməsi", "Qarabağ genofondunda nəsil dərəcəsinin təyini", "Suni dəri", "Polimer hidrogellər dərman maddələrinin daşıyıcısı kimi", "Görmə əngəlli insanlar ucun ağıllı geyim" adlı proyektlər hazırlanıb və təqdimatları keçirilib. Sözügedən proyektlər hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Hazırda da şagirdlərlə bir neçə yeni proyektlər üzərində çalışırıq.  Demək olar ki, hər həftə Akademiyanın iclasları keçirilir. Planlar, hədəflər müzakirə olunur, onların icrası istiqamətində görüləcək işlər barədə danışılır".

Akademiya rəhbəri bildirib ki, "Kiçik Akademiya" üzvü olan şagirdlər yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərir. Onlar fikirlərini bizimlə bölüşür, layihələr, proyektlər hazırlayır və onları sərbəst şəkildə təqdim edirlər.

Könül Abbasovanın sözlərinə əsasın, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq və onun yaradıcılıq potensialını nəzərə alınmaqla onları gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdə "Kiçik Akademiya" ların çox böyük rolu var: "Biz apardığımız iş və araşdırma sayəsində məktəbimizdə təhsil alan neçə-neçə şagirdin istedadını aşkar etmişik. Onlar çox maraqlı layihələr, proyektlər hazırlayıb təqdim ediblər. İstedadlı şagirdlərin təlim müvəffəqiyyəti və istedadının inkişafı ilk növbədə onun istiqamətinin düzgün müəyyənləşdirilməsindən asılıdır. İstedadlı şagirdlərin yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınması və istiqamətləndirilməsi onun dinamik inkişafını təmin edir. İstedadlı şagirdlərin yaşıdları ilə qarşılıqlı münasibətləri spesifik xüsusiyyət daşıdığından bu münasibətlər düzgün qurulduqda onlarınm təlim müvəffəqiyyəti də yüksəlir. İstedadlı şagirdlərlə təlim-tərbiyə sahəsində ailə və məktəbin əlbir işi istedadın inkişafına yönəldikdə, onun şəxsiyyəti düzgün formalaşır. Biz də Akademiya olaraq işimizi sadalanan prinsiplər əsasında qururuq. "Kiçik Akademiya"ya cəlb olunan şagirdlərlə digər kontrol sinif şagirdlərinin qabiliyyətləri müqayisə edilir. Məlum olur ki, "Kiçik Akademiya" üzvlərinin istedadı, bilik və bacarıqları daha qabarıq şəkildə özünü büruzə verir. Alınan nəticələr təlim prosesinin düzgün qurulduğunu və səmərəli təşkil edildiyini sübut edir. İlkin və son nəticələrin müqayisəli təhlili eksperimentə cəlb etdiyimiz siniflərdə şagirdlərin ümumi səviyyələrinin xeyli yüksəlməsini sübut edir. İstedadın vaxtında müəyyənləşdirilməməsi və istedada müvafiq işin səmərəli şəkildə qurulmaması senzitivlik dövrünün itirilməsi deməkdir. Sonralar itirilmiş vaxt inkişafın ləngiməsi ilə nəticələnir, bir sıra keyfiyyətləri kompensasiya etmək mümkün olmur. Əlverişli şərait, düzgün təşkil edilmiş iş istedadlar yetişdirməsə də, qabiliyyətlərin yüksək inkişafını təmin edir. Bunu tədqiqatın gedişində apardığımız müşahidələr, nümunə kimi göstərdiyimiz məktəblərdə şagirdlərin müvəffəqiyyət faizi də bir daha təsdiq edir".

Akademiya rəhbəri vurğulayıb ki, bu gün əsas məsələlərdən biri istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının üzə çıxarılması, inkişaf etdirilməsidir. Belə uşaqların vaxtında aşkarlanması və onlarla düzgün işin qurulması, onların dəstəklənməsi və inkişaflarının təmin edilməsi prioritet məsələlərindən biridir.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Yanvar 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see142

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see113

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see109

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see109

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri