Icma.az
close
up
RU
Soydaşımız Seul şəhərinin fəxri vətəndaşı adına layiq görülüb

Soydaşımız Seul şəhərinin fəxri vətəndaşı adına layiq görülüb

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreyada uzun illər yaşayan və təhsil alan fəlsəfə doktoru Leyla Məsimli iki ölkə arasında mədəni və akademik əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Seul şəhərinin fəxri vətəndaşı adına layiq görülüb. SİA xəbər verir ki, Leyla Məsimli 2025-ci ildə bu ada layiq görülən 17 nəfərdən biridir. Mükafatın Leyla Məsimliyə verilməsi Koreyada Azərbaycan mədəniyyətinin tanıdılması, elmi əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında mədəni körpü yaradılması istiqamətində görülən işlərin yüksək qiymətləndirildiyini göstərir. Həmvətənimiz həm magistratura, həm də doktorantura təhsilini Koreyada aldıqdan sonra Seulda akademik fəaliyyətlə məşğuldur. O, Avrasiya–Türk Araşdırmaları İnstitutunda tədqiqatçı kimi çalışıb, Koreya–Azərbaycan elmi seminar və konfranslarının təşkilinə rəhbərlik edib, türk xalqları haqqında ensiklopediyanın hazırlanmasında mövzu seçimi və tərcümə işlərində iştirak edib, Azərbaycanın multikulturalizm ənənələri ilə bağlı elmi tədqiqatlar təqdim edib. Hazırda İnha Universitetində Azərbaycan multikulturalizmi fənnini tədris edir.L.Məsimli paralel olaraq, Seulun orta məktəblərində və uşaq bağçalarında, habelə ictimai təhsil layihələrində Azərbaycan mədəniyyətini tanıdan mühazirələrlə çıxış edib. O, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə yazıçı Yu Su-jin ilə birlikdə ötən il Azərbaycan xalq nağıllarından 7 hekayəni Koreya dilinə tərcümə edib. Bu il isə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunu yazıçı Yu Su-jin ilə birlikdə Koreya dilinə çevirib. Nəşrin təqdimatı noyabrda baş tutub. O, hazırda Koreya xalq nağıllarından 20 hekayəni Azərbaycan dilinə tərcümə edir. Kitabın 2026-cı ildə nəşri planlaşdırılır. Leyla Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edərək Koreyada Azərbaycan günləri, mədəniyyət festivalları, elmi mühazirələr və təqdimatlar təşkil etməklə Azərbaycan mədəniyyətinin tanıdılmasında yaxından iştirak edir.Qeyd edək ki, “Seul fəxri vətəndaşı” titulu şəhərin inkişafına və yerli əhalinin həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verən xarici vətəndaşlara təqdim olunur. Sertifikat Seul merinin rəsmi imzası ilə verilir və sosial rifah, mədəniyyət, iqtisadiyyat, təhsil və ekoloji inkişaf kimi sahələrdə xüsusi nailiyyət göstərmiş şəxsləri əhatə edir. 1958-ci ildən tətbiq olunan bu fəxri ada indiyədək 100 ölkədən 968 nəfər layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri