Icma.az
close
up
RU
525ci qəzet Mıkola Miroşnıçenkonun kitab toplusunun təqdimatı olub

525ci qəzet Mıkola Miroşnıçenkonun kitab toplusunun təqdimatı olub

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Səməd Vurğun adına Kiyev Xalq Kitabxanasında Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin, Ukrayna-Türk Mərkəzinin köməyi və Bakıdakı Ukrayna Mərkəzinin dəstəyi ilə görkəmli ukraynalı şair, palindrom rəssam, vizual şeirlər ustası, türk ədəbiyyatının, xüsusən Azərbaycan ədəbiyyatının tərcüməçisi Mıkola Miroşnıçenkonun (1947-2009) kitab toplusunun təqdimatı olub.

525.az xəbər verir ki, Ukraynanın xalq deputatı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Serhiy Naqorniak qonaqlar qarşısında çıxış edib. O, Mıkola Miroşnıçenkonun kitab toplusunun təqdimatını mühüm hadisə adlandıraraq tədbir iştirakçılarını bu münasibətlə təbrik edib, Ukrayna-Türkiyə ədəbi əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. “Miroşnıçenkonun yaradıcılığı Ukrayna ədəbi prosesinin mühüm səhifəsidir, çünki o, istedadlı palindrom rəssam, vizual poeziya ustası idi. Bununla yanaşı, Miroşnıçenko türk ədəbiyyatını bizə tanıtdı. Eləcə də Azərbaycan ədəbiyyatının ən görkəmli ukraynalı tərcüməçisi idi və türk dünyasında Ukrayna sözünün populyarlaşmasına öz töhfəsini verdi”, - deyə Serhiy Naqorniak vurğulayıb.

O, həmçinin Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Yuriy Husyevin təbrik sözlərini tədbir iştirakçılarına çatdırıb.

Daha sonra Bakıdakı Ukrayna Mərkəzinin rəhbəri Olqa Husyevanın təbrik məktubu oxunub və vurğulanıb ki, “Mıkola Miroşnıçenko təkcə Ukrayna poeziyasını təmsil edən ad deyil, o həm də mədəni dialoqun simvoludur. Onun tərcümələri ukraynalı oxuculara Azərbaycan, Krım-tatar və digər türk ədəbiyyatlarının zənginliyini açdı. Miroşnıçenko həm də söz, yaradıcılıq və mədəniyyətə dərin sevgi ilə müxtəlif xalqları birləşdirən körpü oldu”.

Olqa Husyevanın sözlərinə görə, Mıkola Miroşnıçenkonun kitab kolleksiyası təkcə Ukrayna üçün deyil, türk xalqları üçün də böyük əhəmiyyət kəsb edən nadir irsdir. Bu, sadəcə kitablar toplusu deyil, onun yaradıcılıq yolunun, dostluğunun və mədəniyyətləri birləşdirməyə yönəlmiş çoxillik əməyinin əksidir.

Ukraynanın Azərbaycandakı Səfirliyinin ikinci katibi Volodımır Vıslinski və Bakıdakı Ukrayna Mərkəzinin rəhbərinin müavini Xristina Şkula da onlayn şəkildə tədbirə qoşularaq qonaqlara müraciət ediblər.

Tədbirin moderatoru, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marına Qonçaruk bildirib ki, ilk dəfə olaraq görkəmli şair və tərcüməçinin adını daşıyacaq, onun ədəbi irsini sistemləşdirəcək mədəniyyət məkanı yaradılır. Onun sözlərinə görə, kitab kolleksiyasının yaradılması üçün Miroşnıçenkonun şəxsi kitabxanasının bir hissəsi alınıb, bir hissəsi isə əvvəllər satılıb. "Ancaq Mıkolanın kitab kolleksiyasının yaradılması haqqında məlumat əldə etdikdən sonra onun kitablarını alan dostları, yaxud şəxsi kitabxanasından nəsə almış oxucular artıq kitabları buraya köçürürlər", - Marına Qonçaruk bildirib.

O, həmçinin vurğulayıb ki, kitab toplusunun təqdimatı şairin doğum günü - dekabrın 16-sı ərəfəsində baş tutur.

Qeyd edək ki, Səməd Vurğun adına Kiyev kitabxanasında Mıkola Miroşnıçenkonun kitab kolleksiyası üçün ayrıca yer ayrılıb, burada təkcə onun kitabları və bəzi əlyazmaları deyil, həm də şəxsi əşyaları, xüsusən də yazı makinası nümayiş etdirilir. Onun həyatının maraqlı səhifələrini əks etdirən fotosərgi də var: Bakıda keçirilən beynəlxalq tədbirlərdə və ədəbi forumlarda iştirak, İstanbulda türk dili kurslarını bitirməsi haqqında sertifikatın təqdimatı, yaxın dostları ilə - Azərbaycan şairi, Ukrayna ədəbiyyatının tərcüməçisi Abbas Abdulla, Krım tatar şairi Yunus Qəndim, şair Raul Çilacava və digərləri ilə fotoşəkilləri var.

Daha sonra tədbirdə Miroşnıçenkonun yaxın dostu, şair, tərcüməçi, diplomat, Ukrayna Xarici Ədəbiyyat Müəllimləri Assosiasiyasının vitse-prezidenti Serhiy Borşevskiy, Mıkola ilə əməkdaşlıq etmiş tərcüməçi, filologiya elmləri namizədi, Oksford Universitetinin elmi işçisi Tudora Arnaut və filologiya elmləri namizədi Taras Şevçenko adına KNU-nun Türkologiya kafedrasının dosenti Volodımır Pidvoynıy çıxış ediblər.

Mıkola Miroşnıçenkonun kitab kolleksiyasının təqdimatına həsr olunmuş tədbirin bədii hissəsində Kiyev Uşaq Ukrayna Rəqsi “Barvinoçok” məktəbinin şagirdləri Azərbaycan rəqsi “Ağ Çiçək” və qazax rəqsi “Kamajay”ı ifa ediblər. Kiyev Akademik Bələdiyyə Nəfəs Orkestrinin solistləri isə Azərbaycan mahnısı “Sarı gəlin” və Ukrayna xalq mahnılarını ifa ediblər. Miroşnıçenkonun Azərbaycan şairi Məmməd Arazın şeirini oxumasının səs yazısı da tədbirdə səsləndirilib.

Azərbaycanın milli şirniyyatlarından ibarət çay süfrəsi ilə başa çatan tədbirdə, həmçinin “Mıkola Miroşnıçenkonun Türkiyəsi” və “Mıkola Miroşnıçenkonun Azərbaycanı” bədii kollajları yaradan “Marie Kler”in baş redaktoru İrına Tatarenko, Kiyev universitetlərinin türkologiya fakültələrinin tələbələri, şairlər və Mıkola Miroşnıçenkonun dostları iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri