Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Yol nəqliyyat hadisələrin sayı

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

525ci qəzet Müasir gəncliyə milli qürur hissinin aşılanması mühüm zərurətə çevrilib

525ci qəzet Müasir gəncliyə milli qürur hissinin aşılanması mühüm zərurətə çevrilib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zakir BAYRAMLI
​​​​​​​Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Milli qürur və milli mənlik duyğusu insan mənəviyyatının tərkib hissəsi olmaqla, onun ən vacib cəhətlərindən biri hesab edilir. Azərbaycan xalqını təmsil edən hər bir şəxsin milli təəssübkeşliyi olmalı, xalqın milli qüruruna, milli adət və ənənələrinə hörmət və ehtiramla yanaşmalıdır. Hər bir Azərbaycan ailəsinin, hər bir məktəbin vəzifəsi təlim-tərbiyə prosesində iştirak edən bütün təhsilalanlarda, xüsusilə gənclərdə milli qürur hissini düzgün formalaşdırmaqdır. Bu formalaşma ailə və məktəbin birgə fəaliyyəti ilə həyata keçirildikdə daha effektli və uğurlu olur. Azərbaycanın dövlət müstəqilliyini təcəssüm etdirən dövlət rəmzlərinin öyrənilməsi, dövlətin bayrağına, gerbinə və himninə hörmət edilməsi hər bir Azərbaycan vətəndaşının borcudur.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra  Dövlət Bayrağımız milli suverenliyimizin simvoluna çevrildi. Üçrəngli Bayrağımız xalqımızın şərəf və qürur abidəsi oldu. O, minlərlə vətən övladının qanı və canı bahasına çətin və şanlı mübarizədə yüksələrək yenidən bugünkü nəslin qürur rəmzinə çevrildi.

Ailədə uşaqlar hələ körpə yaşlarında milli ruhda tərbiyə almalı, milli-mənəvi adət və ənənələrimizi sevməli, dövlət atributları ilə fəxr etməlidir. Onlar Azərbaycan vətəndaşı olmaları ilə qürur hissi duymalıdır. Məktəbdə  hər müəllim şagirdlərə milli qürur, vüqar, iftixar hisslərinin düzgün aşılanmasına ciddi fikir verməlidir. Bu məqsədlə müəllimlər ayrı-ayrı ailələrlə birlikdə lazımi pedaqoji maariflənmə işi aparmalıdır.

Milli ruhun təbliği naminə işlərin yüksək məharətlə və peşəkarlıqla təblğ edilməsi gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında, onların əsl Azərbaycan vətəndaşı kimi yetişməsində mühüm rol oynayır.

Azərbaycan xalqının yaratdığı ilk nəhəng milli-mənəvi abidə olan "Kitabi-Dədə Qorqud" dastanında milli mənlik şüuru və milli qürur Vətənə, torpağa, adət və ənənələrimizə sevgi və sədaqət hissi başlıca yer tutur. Bu gün və sabahın fəal qurucuları olan Azərbaycan gəncləri müqəddəs babalarımızın indiki nəslə əmanət etdiyi "Dədə Qorqud" dastanındakı  torpaq sevgisini, onu düşməndən göz-bəbəyi kimi qoruyub saxlamaq ənənələrinə sadiq qalmalıdırlar. O dövrdə uşaq anadan olanda tələm-tələsik ona ad qoyulmazdı. Yalnız uzun dövr sınaq və çətin imtahan mərhələsindən keçdikdən sonra uşağın qeyrətinə, qüruruna, mənliyinə, hünərinə, şücaətinə, göstərdiyi igidliyə, qəhrəmanlığa və başqa cəhətlərə münasib olaraq Oğuz elinin ağsaqqalı Dədə Qorqud tərəfindən onlara ad qoyulardı. Hikmət, qeyrət və qürur rəmzi olan bu qədim Oğuz eposunun obrazlar dünyasında mühüm yer tutan döyüş səhnələri neçə yüzilliklər keçsə belə, bu gün də öz aktuallığını itirməyib. Qazan xan, Qazılıq Qoca və başqa yaşlı nəslə  məxsus qəhrəmanlarla yanaşı, gənc nəslin nümayəndələri olan Beyrək, Uruz, Basat, Yeynək və başqa qəhrəmanların göstərdiyi hünər və rəşadət bu gün Azərbaycan xalqı, o cümlədən, gənclər üçün ən dəyərli nümunədir.

Ümummilli liderimiz, müasir Azərbaycançılıq ideologiyasının banisi olan Heydər Əliyev daim Azərbaycan xalqının övladı olmaqdan milli qürur və iftixar hissi duyub. Bu hisslərini böyük məhəbbətlə dilə gətirib. Bu gün sürətlə inkişaf edən, daha da güclənən və qüdrətlənən Azərbaycan, eləcə də milli qürur hissilə böyüyən yeni nəsil Heydər Əliyevin ölməz ideyalarının məhsulu və bizə göstərdiyi doğru yolun nəticələridir. Ulu öndər H.Əliyev çıxışlarından birində deyirdi: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında birləşməlidir". Torpaqlarımızın tezliklə işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyümüzün təmin olunması, qaçqın düşmüş soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması xalqımızın qürurunun qorunması və yüksəldilməsi üçün ümdə şərt olmaqla bərabər, Ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusu idi. Bu barədə Ulu öndər inamla və qətiyyətlə deyirdi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik".

2003-cü ildə Azərbaycan xalqının həyatında mühüm siyasi hadisə baş verdi. Azərbaycanda Prezident seçkiləri zamanı xalqın böyük hissəsinin səsini qazanmış cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Yeni seçilmiş Prezident andiçmə mərasimində Azərbaycanın siyasi, mədəni-iqtisdi və hərbi cəhətdən daha güclü və qüdrətli dövlətə çevrilməsindən ötrü Ümummilli liderimiz Heydər Əliyev siyasətini uğurla davam etdirəcəyinə and içdi. Və çıxışında: "...Milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam" - deyə xalqa müraciət etdi.

Ötən 21 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikaya rəhbərliyi sayəsində ölkəmizin siyasi, iqtisadi və sosial tərəqqisi ilə yanaşı, hərbi qüdrətinin daha da artırılmasını və düşmən tapdağı altında olan torpağlarımızın azad olunmasını qarşıya əsas məqsəd kimi qoydu. Bu məsələnin həlli çox çətin və mürəkkəb vəzifə olsa da, ölkə və xalq üçün çox önəmli idi. Prezident torpaqlarımızın işğalı ilə heç cür barışa bilmirdi. Çünki torpaqlarımızın uzun müddət düşmən işğalı altında qalması dövlətimizin beynəlxalq nüfuzuna, imicinə, xalqın mənliyinə və qüruruna, ordumuzun adına, güc-qüdrətinə, şərəfinə, onun döyüş qabiliyyətinə xələl gətirirdi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Şanlı Ordumuz düşmən ordusunun bütün istehkamlarını və silah-sursat bazalarını, canlı və texniki qüvvəsini yerli-dibli məhv edərək işğal altında olan torpağlarımızı azad etdi və tarixi Zəfərə imza atıldı. 8 noyabr tarixə Zəfər Günü, cəsarət və ədalət bayramı Azərbaycan hərb tarixinə milli qürur və iftixar günü, şərəf və qəhrəmanlıq tarixi kimi həkk olundu. Bütün Azərbaycan xalqı, hər bir gənc üçün bu tarixi zəfər qürur mənbəyidir.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 sentyabr Anım Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib: "...44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu. 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı... Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq!.."

2023-cü ilin 19-20 senyabr tarixdə Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbayan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistan və Fransa dövləti istisna olmaqla bütün dünya birliyi  tərəfindən ədalətli hesab olundu və  layiqincə müsbət qiymətləndirildi. Həmin bölgədə düşmən tör-töküntülərinə qarşı qısa müddətdə keçirilən bu təmizləmə əməliyyatı Müzəffər Azərbaycan Ordusunun və qəhrəman xalqımızın mənliyini, vüqarını və qürurunu biryolluq özünə qaytardı. 30 il ərzində itirilmiş torpaqlar düşməndən tam təmizləndi və ərazi bütövlüyümüzün, eləcə də işğalla zədələnmiş milli qürurumuzun bərpası təmin olundu.

Müasir dövrdə qloballaşmanın və dünyəvi, məhəlli və regional münaqişələrin tuğyan etdiyi belə çətin və mürəkkəb bir vaxtda müstəqillik əldə etmiş və ərazi bütövlüyünü qazanmış Azərbaycanda indi dövlət maraqlarının və xalqın yüksək milli qürur hissinin qorunması olduqca vacibdir. Bir sıra xarici dövlətlər və onların yaxından dəstəklədiyi təşkilatlar öz gücündən və maliyyə vəsaitlərindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Onların əsas məqsədi respublikamızda qarışıqlıq yaratmaq  və öz məkrli siyasətlərini həyata keçirməkdir. Həmin dövlətlər və onların çirkin və murdar niyyətlərini həyata keçirən təşkilatlar "demokratiya, söz azadlığı, insan hüquqları" və sair şüarlar altında dinc insanları dövlətə qarşı qaldırmaq istəyirlər. Dünyada və regionda müstəqil siyasət yürüdən dövlətimiz və qürurlu xalqımız bu cür haqq-ədalətə və insanlığa sığmayan məkrli  siyasətləri ifşa etməklə öz milli qürurunu, milli birliyini və milli maraqlarını daim qoruyub saxlamağı bacaracaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see217

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see205

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see184

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see177

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see174

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see158

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see150

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see150

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see147

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see142

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see136

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see135

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see134

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see132

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri