Icma.az
close
up
RU
525ci qəzet Naxışım gətirmədi ki, gətirmədi...

525ci qəzet Naxışım gətirmədi ki, gətirmədi...

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müsahibimiz Əməkdar artist, aktyor Pərviz Bağırovdur.

- Bir müddət öncə səhhətinizdə ciddi problemlər yaranmışdı. İndi necəsiniz?

- Hə, əvvəlcə infarkt keçirdim, sonra insult. Xeyli vaxt xəstəxanada yatdım. Hazırda ev şəraitində müalicə olunuram.

- Yəqin ki, bu günlərdə səhnə üçün lap çox darıxırsınız.

- Əlbəttə. Sudan qıraqda balıq necədirsə, biz aktyorlar da səhnədən uzaq düşəndə elə oluruq.

- Pərviz müəllim, belə dönəmlərin bir yaxşı tərəfi də var ki, insan özü ilə baş-başa qalıb keçmişi yaxşıca götür-qoy edə bilir. Məsələn, bu gün dönüb dünənə baxanda "kaş oynayardım" dediyiniz hansısa rol varmı?

- Qızım, insan nəyisə arzulayanda sahib olduğu imkanları da nəzərə almalıdır. İstər yaradıcılıq, istərsə də fiziki baxımından. Mən indi durub desəm ki, kaş "Maqbet"i oynayardım, gülməli olar. Elə rollar var ki, onu sadəcə arzulayırsan, ancaq bilirsən ki, oynasan, yaxşı olmaz, camaatı özünə güldürərsən. Çünki sənin xörəyin deyil. Bu mənada ürəyimdə qalan rol arzusu olmayıb. Həmişə gücümə görə rollar veriblər, mən də oynamışam. Ancaq sizə deyim ki, sənətdəki amplua məsələsi məndə olmayıb. Bu gün komediya oynayırdım, sabahı gün faciə.

- İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmisiniz. Həm də kinomuzun, teatrımızın qızıl dövründə. Necə xatırlayırsınız o illəri?

- Elədir. Mən Rza Təhmasibin kursuna qəbul olmuşdum. Gör mənimlə kimlər oxuyub: Yaşar Nuri, Zərnigar Atakişiyeva, Qabil Quliyev... O dövr tamam başqa idi (düşünür). Yaşar Nuri, Fuad Poladov, mən - məhlə uşaqları idik, Sovetskidə bir yerdə böyümüşdük. Uşaqlığımız bir-birimizin evində keçib. Həyətimizdə 161 nömrəli məktəb vardı, Fuadın atası orada müdir idi, anası da müəllimə idi. Atam teatrda işlədiyinə görə bizi teatra tapşırmışdı, tez-tez məhlədəki uşaqlarla yığışıb tamaşaya baxırdıq. Biz teatrın içində böyümüşdük.

- Yəqin ki, uşaqlıq dostlarınızla maraqlı xatirələriniz də çoxdur. Ən azından Yaşar Nurinin incə yumoru, məzəli söhbətləri hamımıza məlumdur.

- Onlar elə xatirələrdir ki, danışılası deyil, qızım. Allah hər ikisinə rəhmət eləsin. Sizə deyim ki, Fuad həyatda Yaşardan da pozitiv adam idi. Onun bir incə yumoru vardı ki. Hər ikisi həm yaxşı sənətkar, həm də yaxşı dost idilər.

- O dövrdə güclü sənətkarlar sanki dalğa kimi gəlmişdi. Sizcə, bu gəlişi şərtləndirən amillər hansılar idi?

- Həmin illər teatrın pik vaxtı idi. Mirzağa Əliyev, Əjdər Sultanov, Mövsüm Sənanı, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Ağadadaş Qurbanov kimi sənətkarların dövründən söhbət gedir. Camaat onlar üçün əldən-ayaqdan gedirdi. Biz də o vaxt uşaq idik, bunları görürdük.

- Yəqin ki, atanızın sənətə gəlişinizdə böyük rolu olub. Çünki Sadıq Bağırov da dövrünün tanınmış aktyorlarından idi.

- Əksinə, o, mənim sənətə gəlməyimi istəmirdi. Ailədə beş uşaqdan təkcə mən aktyor oldum.

- Atanız niyə istəmirdi?

- Ümumiyyətlə, bir çox sənət adamları deyir ki, övladım incəsənətə gəlməsin. Çünki bu sənətdə o qədər haqsızlıqlar var ki... Oqtay Eloğlunun monoluqundakı kimi, "Biz zəhmətinə qarşı hər kəsdən təhqir görən zavallı aktyorlarıq". Həqiqətən də nə qədər əziyyət çəkirsən, ac-susuz səhərdən-axşama səhnənin tozunu udursan, əvəzində isə bir dəqiqə alqış, vəssalam. Bilirsiniz, nəinki aktyorluqda, elə digər sahələrdə də hər şey bəxtə bağlıdır. Fərqi yoxdur, hambal oldun, çəkməçi oldun, ya sənətkar. Kiminin bəxti gətirir, evini də alır, fəxri adını da, mükafatını da. Eləsi də var ki, 50-60 il atlanıb-düşür, ancaq bəxti gətirmir.

- Siz bəxti gətirənlərdənsiniz?

- Deməzdim.

- Harda gətirmədi şansınız?

- Əlli ildən çoxdur sənətdəyəm. Bu dövrdə əksər tamaşalarda ya birinci, ya da ikinci dərəcəli rollar oynamışam. Desəm ki, rol verməyiblər, yalan olar. Ancaq nəsə naxışım gətirmədi ki, gətirmədi.

- Sizcə, niyə?

- Mən hardan bilim axı. Bunu mənim adımı təltif siyahılarından silənlər bilir.

- Kim sildirirdi?

- Mənə deyirdilər ki, adın siyahıda var. Gözləyirdim, axırda adlar açıqlananda məlum olurdu ki, yox imiş. Belə. Mən bilmirəm kim neyniyirdi. Allah hamının etdiyi pisliyin əvəzini versin. Necə ki, o vaxt mənə etdilər.

- Atanız yəqin bunları nəzərdə tuturmuş.

- Hə. Atam "Əməkdar artist" adını gec almışdı. Biri var ki, fəxri adı cavan vaxtı alırsan, bu, aktyora stimul olur. Biri də var ki, gözləyirlər, əlli yaşına gəlir, onda verirlər. Gərək aktyoru gənc vaxtı qiymətləndirəsən. Adı aktyora ölənə yaxın vermək lazım deyil. Atam mənə bunların hamısından danışmışdı. Deyirdi ki, mən gözünün qabağındayam, çəkdiyim əziyyətləri görürsən. Atam da orta səviyyədə yaşayıb, borc-xərclə ailəsini saxlayırdı. Əgər çəkdiyin əziyyəti qiymətləndirməsələr, bu, sənin bütün ömrünü puç edir.

- Pərviz müəllim, sizin bioqrafiyanızda bir nüans diqqətimi çəkir. "Dədə Qorqud"da Turalın, "Babək"də Buğdayın, "Bizim Cəbiş müəllim"də Namiqin və digər yaddaqalan obrazların dublyajı sizə məxsusdur. Ancaq nəzərə alsaq ki, siz həm də aktyor idiniz, təkcə səsləndirə yox, həm də filmlərə daha çox çəkilə bilərdiniz.

- Bilirsiniz, o vaxt dublyaj maddi cəhətdən bizi qane edirdi. Yaxşı pul alırdıq, səhərdən-axşama kimi də işləyirdik deyə, çəkilməyə vaxt qalmırdı. Elə olurdu ki, gecə on birdə tamaşadan çıxıb dublyaja gedirdik. Xüsusilə də, hind filmlərinin nümayişi sərfəli olduğu üçün bizi məcbur edirdilər ki, səhərə qədər səsi yazıb bitirək. Çünki rayon kassalarında hind filmlərinə bilet çox yaxşı satılırdı. Təsəvvür elə, belə ağır rejimdə işləyən bir adam insult ola. Əlli ilim belə keçib. Televiziyada da həmçinin. "Səhər görüş"lərindən tutmuş, "Kitablar aləm"i verilişinə kimi dəvət edirdilər. Yaşar Nuri bir dəfə zarafatla dedi ki, evdə televizoru hansı kanala çevirirsən Pərvizin səsi, soyuducunu açırsan Pərvizin səsi... Hara baxırsan Pərvizdir. Bir sözlə, bütün gün qaçaqaçda olurdum deyə filmə çəkilməyə vaxt qalmırdı. Ancaq sizə deyim ki, bir-iki dəfə sınaq çəkilişlərinə getsəm də, filmə düşə bilməmişəm.

- Məsələn?

- Məsələn, "Qərib cinlər diyarında" filminin sınağına getmişdim, ancaq məni yox, Bəxtiyar Xanızadəni seçdilər. Sonradan isə gəlib mənə dedilər ki, səsini sən yazarsan.

- Bu sizdə qısqanclıq yaratmadı ki?

- Bu nə sözdür? Qısqanclıq nədir? Sadəcə təəssüf, vəssalam. Çünki adam istər-istəməz düşünür ki, əgər mən bu obrazın səsini oxuya bilirəmsə, deməli, oynaya da bilərdim. Çünki rolun alınmağında səsin böyük əhəmiyyəti var. Səs daxildən gəldiyi üçün obraza dair bir çox xüsusiyyətləri tamaşaçıya çatdıra bilir. Sizə bir nümunə deyim. "İstintaq" filmində Səməndər Rzayev Aleksandr Kalyagindən artıq səsi ilə o rolu göylərə qalıdırıb. Düzdür, Kalyagin zəif aktyor deyil, ancaq Səməndərin səsi bu rola çox şey qatıb. Bayaq dediyiniz qısqanclıq məsələsinə gəldikdə isə... O deyirlər e, yaxşı mənada paxıllıq etmək. Bax, mən bunu qətiyyən qəbul etmirəm. Qısqanclıq necə yaxşı mənada ola bilər? Rəqabət başqadır, qısqanclıq başqa. Necə ki, xəyanətin yaxşısı yoxdur, paxıllığın da yaxşısı ola bilməz.

- Pərviz müəllim, olar müsahibə üçün bir şəkil çəkdirək.

- Yox. İndi müalicə olunuram deyə bərbərə getmək, özümü səliqəyə salmaq uzun haqq-hesabdır. İstəmirəm tamaşaçılarım məni bu cür görsünlər, qoy həmişə səhnədəki Pərviz Bağırovu xatırlasınlar. Köhnə şəkillərimdən birini verərsiniz.

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri