Icma.az
close
up
RU
Yaddaşı oyadan kitablar müəllifi Aydın Tağıyev yazır

Yaddaşı oyadan kitablar müəllifi Aydın Tağıyev yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri

Təbabətdə "Alzheymer" adlanan bir xəstəlik var. Bu, beyin hüceyrələrinin vaxtından əvvəl ölməsidir ki, onun ucbatından yaddaş günbəgün zəifləyərək itirilir. Sonda isə xəstələr hətta öz doğmalarını belə unudurlar, nə danışa, nə də gəzə bilirlər. Dünya tibb alimlərinin fikrincə, mütaliəsizlik bu xəstəliyin inkişafına yol açan amillərdən biridir. Deyəsən, sözümə uzaqdan başladım, odur ki, mətləb üstünə gəlim. İndiki kitab bolluğunda təbərrik kimi çətin ələ düşən hansı mətnləri tapıb mütaliə etməli? Yaddaşımızı hansı kitablarla qoruyub saxlamalı? Bax, şəxsən bir oxucu kimi son illər mütaliə etdiyim, yaddaşımı təzələyən belə kitablardan ikisi tanınmış jurnalist, publisist Məzahir Əhmədovun "Uembli arayışı" və "Metamorfoz" kitabları oldu. Müəllifin imzası, əlbəttə, mənə tanış idi. Kitabları vərəqlədikcə nə qədər yaxın, doğma, tanış adlarla qarşılaşdım: çoxu da, heç demə, ümumi dostlarımız!

"Metamorfoz"dakı "Ön söz əvəzi"nin müəllifi yazıçı-publisist Loğman Rəsizadə oxucudan intellektual səviyyəli tələb edən bu ciddi kitabı oxuyub dərk etmək üçün açar yeri, ip ucu kimi "kod" verir.

"Yazıçının, jurnalistin böyüklüyü həyatda çoxlarının görüb sezə bilmədiklərini gözaltı etmək, ən sadə həyat hadisələrində qeyri-adilikləri, dünyanın mürəkkəb proseslərinin cizgilərini tapıb üzə çıxarmaqdır. Məzahirin əsərlərində biz bunun geniş spektiri ilə qarşılaşırıq. O, adilikdə qeyri-adilikləri görə bilir. Həm də çox məharətlə onu bədii publisistikanın predmetinə çevirə bilir".

Kitabdakı "May günü" essesini oxuyanda qəribə hisslər keçirdim. Bir vaxt təqvimlərdə 1 May qırmızı rəngdə idi: Dünya Zəhmətkeşlərinin Beynəlxalq Həmrəylik Günü... O tədbirdə tribunaların önündən şüarlar deyə-deyə keçən orta məktəbin biz yuxarı sinif şagirdləri də var idik. Sıralarla paraddan keçib bilirdik ki, əvvəlcədən "atışıb" topladığımız pullarla haraya, niyə yollanacağıq... "Xatirələrin doğurduğu sevinci, özləmi indi arxanca gələn nəslin yaşamında, ruhunda görməmək, duymamaq nə qədər acı, darıxdıcı bir şey! Çətindir bunları düşünmək və kimsələrə danışmaq" - Əlbəttə, nə qədər "acı" olsa da, Məzahir Əhmədoğlu nisgillə bunları qələmə alıb "May günü" essesində yadımıza salır.

Müəllifin hər iki kitabında toplanan, bir-birindən maraqlı, bəzən az qala sənədli hekayəyə çevrilən esselərində xatırladıqları kimsələrin bir çoxu indi haqq dünyasındadır. M.Əhmədoğlunun xatırlatmasında biz onları yenidən yada salıb rəğbətlə anırıq. Əli Kərimin doğulub-böyüdüyü şəhərdə dəfninin iştirakçısı olan o vaxt Göyçayda yaşayan yeniyetmə Məzahir Əhmədoğlu sonralar bunu "Tale oyunumu, yoxsa intihar?" adlı essesində elə yanğı ilə qələmə alıb ki, mərhum şairin portreti gözlərimiz önündə daha da nisgilli cizgilərlə canlanır. 

2011-ci ildə nəşr olunan "Uembli arayışı" kitabındakı esselərin hər biri yaddaşımı təzələdi, neçə-neçə əziz insanı təkrar xatırlatdı.

Məzahir Əhmədoğlu "...Və digər rəsmi şəxslər" adlı essesində maraqlı fikirlər irəli sürür: "Mən dünyanın böyük yazıçıları, şairləri, rəssamları bəstəkarları... haqqında bir şeylər fikirləşəndə mütləq Azərbaycanın keçmişində və indisində onların bənzəri və ya davamçılarını da axtarıram".

"Kamaz"ın kabinəsində ... redaksiya" essesi yadıma nələri salmadı? Ali məktəbdə seminar müəllimim, "Ulduz" jurnalında baş redaktor olarkən hekayələrimi gen-bol çap edən, aramızda tələbə-müəllim, baş redaktor-müəllif münasibətlərindən çox dost münasibəti olan Abbas Abdullanı, onun bacısı oğlu olan əziz dostum Arif Acalovu, Zaqatalada mühüm vəzifədə çalışan, məşhur Acalovlar nəslinin nümayəndələrindən biri, səmimi və dürüst insan kimi tanınan İsfəndiyar Acalovu bir daha ehtiramla, məhəbbətlə xatırladım.

Peşəkar bir rəssam öz fırçası ilə birisinin portretini kətan üzərində necə dəqiq yaradırsa, "Sözün şəkli" essesində Məzahir Əhmədoğlu da istər daxili, istər zahiri cəhətlərlə birgə çox dolğun, ifadəli insan portreti təqdim edir.

"Alın a, yana-yana qalın a..." - deyə-deyə düşmənlərinə acıq verib yandıran Vladimir Mayakovskinin tərənnüm etdiyi qırmızı sovet pasportu ilə bir vaxt ölkəmizin paytaxtı bildiyimiz Moskvada dəfələrlə olmuşam, hələ Ukraynanın, Gürcüstanın, Moldovanın, Türkmənistanın paytaxtları, neçə-neçə böyük şəhərlər...  Yaşıl rəngli öz milli xarici pasportumuzu almışdım. Arzum bu idi ki, ilk əvvəl Ərdəbili, Təbrizi, İstanbulu görüm. O yaşıl pasportumun müddəti keçdi, xərcini ödəyib yenisini aldım. Onun da müddətinin başa çatmasına az qalıb. Möhürsüz səhifələr...

Nə yaxşı ki, Məzahir Əhmədoğlu ilk növbədə İstanbulu görmək nisgilimi öz təsirli, yerbəyer detallı yazısı ilə xeyli ovundurdu.

"Lora" essesinin hər sətrini oxuya-oxuya kövrəlməmək, mütəəssir olmamaq mümkün deyil mənim nəzərimdə. Kimdir Lora? Müəllif yazır: "Rus məktəbində oxuyan bu sarışın, göygöz və dərs əlaçısı yaşıdının rus olması və rayonda yaşayan başqa ruslar kimi əsasən bizim dildə danışması təəccüb doğurmuşdu". Novella qədər maraqlı bir süjetə malik bu essenin məzmununu nəql etmək istəmirəm. Müəllifin dili ilə təkcə bunları deyim ki, "Lora hələ məktəbliykən rayonda gerçəkdən məşhurlaşmışdı, birinci olmuşdu. Əlaçı şagird, yaraşıqlı oğlan, qəşəng maşın! O dövlər üçün 16-17 yaşın əlçatmaz şöhrəti idi bunlar!" Və sonra da müəllifin nəql etdiklərindən belə məlum olur, ən qəribəsi və təsirlisi bu idi ki, Lora heç kimə yuxarıdan-aşağı baxmazdı, birinciliyini gözə soxmazdı. Özü də 17 yaşında...

"Bəs sonra? "Ancaq həmin Lora, o Lora ki, hər şeydə birinci idi, sanki yoxa çıxdı... Nə baş verdi? Hər kəsin yalnız özünə verə biləcəyi sualdır". Bu suala cavab vermək üçün də yaddaşımızı oyatmalıyıq!

"Uembli arayışı", "Metamorfoz" kimi, jurnalistikamızda, publisistikamızda, eləcə də nəsrimizdə orijinal, fərqli, maraqlı cəhətləri ilə seçilən kitabların müəllifi dostum Məzahirin, təəssüf ki, mən qarışıq, oxucuların səbirsizliklə, intizara gözlədiyi növbəti kitabı hələ işıq görməyib. Bir vaxtlar gündəlik çap edilən, az qala hər sayında yazıları dərc olunan "Ədalət" qəzetində də, yəqin ki, onun imzasını axtaran oxucuların gözləri səhifələrdə qalır. Müdriklərdən biri deyib ki, bəzən susanda da danışır insan... Amma sözsüz ki, oxucular Məzahir Əhmədoğlunun gur səsini eşitmək, əks-sədalı yazılarını oxumaq istəyirlər.

Həqiqətmi, rəvayətmi deyə bilmərəm. Ancaq tarix səhifəsində qalan bir məqamdır bu: afinalılarla döyüşdə məğlub olan Dara saray xidmətçilərinə əmr edir ki, hər gün ona bu cümləni desinlər: "Hökmdar, afinalıları unutmayın!" Yaddaşımızı nizama salan təkcə deyiləsi sözlər yox, həm də yazılanlar, kitaba çevrilən mətləblərdir. Məzahir Əhmədoğlunun kitablarında olduğu kimi!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyun 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri