Icma.az
close
up
RU
525ci qəzet Öz qanı ilə tarix yazmaq

525ci qəzet Öz qanı ilə tarix yazmaq

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yağı düşmənə qarşı 44 günlük haqq savaşımız başlananda qəlbi Vətən, torpaq sevdalı minlərlə igidimiz ölümün gözünə dik baxa-baxa özünü odun-alovun içinə atdı. Və öz qanları bahasına qəhrəmanlıq salnaməsi yazaraq xalqımıza şanlı qələbə yaşatdılar. Vətən səmasının əbədi günəşinə çevrilən o qəhrəman oğullardan biri də 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olan Azərbaycan Ordusunun baş giziri şəhid Elmir Məmmədovdur. Adı dillərdə qəhrəmanlıq dastanına dönən Cəlilabadin igid oğlu ölümündən sonra dövlətimiz tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü", Cəbrayılın və Füzulinin azadlığına görə medalları ilə təltif olunub.

Vətənpərvərlik ruhunda tərbiyə alan, Azərbaycanın hər qarşını canından əziz tutan Elmir Məmmədov Qarabağın işğalını öz vicdanına sığışdıra bilmirdi. Elə ordu sıralarına qatılmaqda da amalı Vətən torpaqlarını işğaldan azad etmək idi. Hərbi xidmətini cəbhə bölgəsində çəkmişdi. Nümunəvi xidməti ilə seçilirdi. Həqiqi hərbi xidmətini başa vurandan sonra yenidən bu geyimi daşımağa qərar verir. Çünki cənnətməkan yurd yerimiz Qarabağ hələ yağı tapdağında idi. Elmir gizir təhsili alıb Vətənin keşiyində durur.

Baş gizir Elmir Məmmədov 2016-cı ilin Aprel döyüşlərində düşmənə qarşı şərəflə döyüşür, böyük şücaət göstərir. İgid döyüşçü ölümə meydan oxuya-oxuya Lələtəpəyə üçrəngli bayrağımızı sancanlardan olur. Bu möhtəşəm qələbədən sonra deyirmiş ki: "Vətən bizim namusumuz, şərəfimizdir. O torpaqların yağı ayaqları altında qalması bizə yaraşmaz". 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı baş gizir Elmir Məmmədov Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən haqq savaşımızda ilk gündən düşmənin kabusuna çevrilir, ona qan uydurur, neçə-neçə canlı qüvvəsini, hərbi texnikasını məhv edir. Füzulidə gedən ağır ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucalır, onun qəhrəmanlığı, yüksək döyüş məharəti isə hərbçi dostlarına nümunə olur...

Şərəfli ölümü ilə Vətəninə, millətinə başucalığı gətirən, müqəddəs şəhidlik zirvəsindən gələcəyə boylanan Elmir Məmmədovun həyat yolu həmişə gələcək nəsillərə örnək olacaq.

Zəfər ORUCOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri