Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

525ci qəzet Öz içində gizli adam Rəşad Məcid yazır

525ci qəzet Öz içində gizli adam Rəşad Məcid yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

...1990-cı illərdə mərhum Aydın Məmmədovun başçılıq etdiyi Tərcümə Mərkəzində müavin işləyirdim və Kamal Abdullanı da elə o vaxtlar Aydın müəllimin dostu kimi tanıdım. Daha doğrusu, o zamandan başlanan tanışlığımız sonradan dostluğa çevrilərək indiyə kimi davam edir desəm, yanılmaram.

Əgər Kamal Abdullanı bir neçə sözlə ifadə etmək lazım gəlsə, mən onu ÖZ İÇİNDƏ GİZLİ ADAM kimi səciyyələndirərəm. Məncə, onun bu xarakteri və obrazı istər ictimai fəaliyyətində, istərsə də əsərlərində özünü göstərir. Nədənsə tez-tez mənə elə gəlir ki, hətta bizlər də, ən yaxın dostları da bu soyuqqanlı, sakit, təmkinli görkəmin arxasındakı, içindəki gerçək Kamal Abdullanı tanımırıq. Hansısa ağrı, ya sirr var ki, bunu da yalnız yazıçı özü bilir. Əsərlərinin də bu qeyri-adi biçimi, ovqatı, üslubu, hətta fərqli dili onun yazdığı mövzuların içərisində gizli qalmaq istəyindən, öz ağrılarını pərdələmək niyyətindən və dünyanın bütün dadını duyub görmüş insana xas müdrikliyindən irəli gəlir. Bunu yazıçının ən məşhur əsərləri olan "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi"ndə də müşahidə etmək mümkündür. Məncə, bu fərqlilik, qapalılıq heç də sadəcə, müasir, yeni ədəbiyyat yaratmaq, yaxud orijinal görünmək xatirinə deyil. Yəqin ki, bu, həm də doğmalarını, dostlarını qayğıları ilə yükləməmək istəyindən, təvazökarlıqdan, müdriklikdən irəli gəlir.

Kamal Abdullanın böyük hadisələrə, dərdlərə, problemlərə bir az ironik, soyuqqanlı yanaşmasında, insanların bütləşdirdiyi, doqmaya çevirdiyi məsələləri sakit tərzdə yazmasında onun xarakteri, həyata baxışı özünü göstərir.

Doğrusu, Kamal müəllimin "sirlərini açmaq", əsərlərindən görünən, gündəlik proseslərdə müşahidə edilən, bəzən bir kiçik detalla, bəzən böyük hadisələrlə "özünü təqdim edən" yazıçını hər kəsə tanıtmaq kimi bir niyyətim yoxdur.

İllər öncə Kamal Abdullanın "Kamal Mehdi" imzasıyla yazdığı şeirlərdə də onun qeyri-adi xarakteri nəzərə çarpırdı. Yadımdadır, o şeirləri oxuyub onlardakı sirrin, sehrli auranın səbəbi barədə xeyli düşünmüşdüm. Görünür, mərhum rejissor Vaqif İbrahimoğlunun da Kamal Abdulla yaradıcılığına meylinin, marağının əsas səbəblərindən biri bu idi. Fərqli estetikası ilə seçilən "YUĞ" Teatrında Kamal müəllimin əsərləri tez-tez səhnələşdirilirdi, elə indi də teatr bu silsiləni davam etdirir.  

Kamal Abdullanın nəsrindən danışanda çox zaman "Yarımçıq əlyazma" və "Sehrbazlar dərəsi" romanlarından söz açılır. Yazıçı bu əsərləri ilə Azərbaycan nəsrinin xaricdə tanınmasına, təbliğinə də öz töhfələrini verib. Bu əsərlər rus, ingilis, ərəb, fransız, ispan və neçə-neçə başqa dillərə tərcümə olunub, müxtəlif ölkələrdə işıq üzü görüb. Hələ o zamanlar "Yarımçıq əlyazma"nın kitab halında çapından öncə doğurduğu fərqli, təzadlı fikirlər məni düşündürmüşdü. Əsəri oxuyub fikirlərimi yazmışdım və müəyyən parçaları "525-ci qəzet"də yayımlamışdıq. O vaxtlar qəzetimizin təsis etdiyi "İlin bədii əsəri" mükafatını da bu romana görə Kamal Abdullaya təqdim etmişdik. Bundan öncəki illərdə isə həmin mükafatı Elçinin "Sarı gəlin", Anarın "Ağ qoç, qara qoç" əsərləri almışdı.

Hesab edirəm ki, Kamal Abdullanın "Unutmağa kimsə yox" romanı son illər Azərbaycan romançılığında ən yaxşı əsərlərdən biridir. Çağdaş dünya romançılığının, müasir nəsr estetikasının bütün tələblərinə cavab verən bu roman Kamal müəllimin ən sevdiyim əsəridir. Doğrusu, ədəbi tənqidin və mühitin bu əsərə lazımi reaksiya verməməsi, əsərin alt qatlarına enən dəyərli təhlili yazıların azlığı məni heyifsiləndirir.

Kamal Abdulla, özü demiş, janrı bəlli olmayan yeni bir kitab nəşr etdirib: "Seçmələrin seçməsi - qranulalar". Xalq yazıçısı Kamal Abdulla fərqli olmağı, yenilik etməyi sevir və bunu bacarır. Polemikanı da xoşlayır: "Sən əgər əlinə qələm alıb yazmağa başlayırsansa, artıq tənhasan". Ona görə mən də əziz Kamal müəllimə sualla başladım bu qranulamı: “Bəs qələmsiz yazırsansa, onda da tənhasanmı?”

"Qranula cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir". Bir növ daha çevik, yığcam, dolğun cümlələr, qısa təəssüratlar, sevimli şeir parçaları və sair. Kamal müəllim kitabın ön sözündə bu qranulaların həm özlərini, həm də aid olduqları ilkin mətnləri xatırladacaqlarına ümid edir və kitabın oxucusuna hələlik son hədiyyəsi olduğunu söyləyir. Kitabın nəşrinə onu ruhlandıranlar da sanballı ədəbiyyat biliciləridir və qranulaları oxuduqca düşünürsən ki, haqlı ruhlandırıblar. Nəşrin texniki tərtibatı və dizaynı nəfis, səliqəli və fərqlidir. Qranulalar hərəsi bir səhifədə yerləşdirilib. Bu da oxuduqca nəfəs dərməyə və düşünməyə imkan verir. Bu kitab Kamal Abdulla yaradıcılığına bələd olan oxucunu onun tanış əsərlərinə qaytarır, sevimli mövzularını, obrazlarını canlandırır, təkrarlayır, yada salır. Kitab müəllifi yeni oxuyanlar üçün də maraqlıdır. Üzdən oxuyanlar üçün kitab tez bitir, bu da "kitabı oxuyub bitirdim" deyə bir özgüvən yaradır. Amma bu kitabı layiqincə "həzm eləmək", Xalq yazıçısının daxili dünyasına, düşüncələrinə dalmaq üçün kitabı aram-aram, nəfəs dərərək oxumaq vacibdir. Kitab haqqında geniş danışmaq olar. Amma mən də, kitabın janrına uyğun olaraq, təəssüratımın qranulasını yazdım...

Fikrimcə, Xalq yazıçısı Kamal Abdulladan danışarkən, onun ancaq Azərbaycan nəsrinə bəxş etdiyi romanlarından söz açmaq heç də kifayət etmir. Çünki Kamal Abdulla həm də böyük qorqudşünas alimdir. Onun uzun illərdən bəri Türk dünyasının möhtəşəm yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanını dərindən tədqiqi, bir-birindən dəyərli töhfələri ilə qorqudşünaslığı daha da zənginləşdirməsi, eləcə də dastanın bütün dünyaya bir daha ən yaxşı şəkildə tanıdılması üçün gördüyü işlər Azərbaycan filologiyasının mühüm mərhələsini təşkil edir.

Kamal Abdulla dastana birtərəfli yanaşmır, onu daha dərindən, ən gizli mətləblərinə vararaq, bəzən bir qorqudşünas, bəzən bir dilçi, bəzən də sanki bir xəfiyyə kimi araşdırır, öyrənir və öyrədir. Onun "Gizli Dədə Qorqud", "Sirr içində dastan, yaxud Gizli Dədə Qorqud - 2", "Mifdən Yazıya, yaxud Gizli Dədə Qorqud" kimi bir-birini tamamlayan silsilələri, "Kitabi-Dədə Qorqud"un poetikasına giriş" monoqrafiyaları mövzuya elmi baxışıdırsa, "Yarımçıq əlyazma" romanı, "Casus", "Beyrəyin taleyi" pyesləri, şeirləri, esseləri isə bədii yanaşmasıdır.

Son illərdə akademik Rafiq Əliyevlə yazıçı Kamal Abdullanı tədbirlərdə və məclislərdə birgə çox görürəm, polemikalarının da şahidiyəm. Və bu birgəlik 2022-ci ildə Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllifliyi ilə “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” adlı kitabın ərsəyə gəlməsinə səbəb oldu. Kitabda qədim dastanımız “Kitabi-Dədə Qorqud”un  “dərinində gizlənən düşüncə tərzinin qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirib çıxarmasından, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialının” olmasından söz açılır. Kamal Abdulla və Rafiq Əliyev indi də bu yaradıcılıq birgəliyini davam etdirirlər, bundan sonra da qeyri-səlis məntiq və ədəbiyyatla bağlı xeyli məqamların yeni kitablarda üzə çıxacağını gözləyirik.

"Kitab oxumadan da bic, hiyləgər, çoxbilmiş, işini bilən, hətta ağıllı, yaxşı, səmimi, mərhəmətli, dəyanətli, cəsarətli, bir sözlə, sevimli olmaq mümkündür. Belə adamları həyatda görür və tanıyırıq. O zaman kitab oxumaq bizə nə verir?! Niyə biz hamını elə davamlı olaraq kitab oxumağa məcbur edirik?! Bu paradoksu necə yozmaq, necə həll eləmək lazımdır - mən bunu bilmirəm. Əsl sirli və həlledilməz məqam da elə budur..." Bu fikirlər Kamal Abdullanın bir zamanlar "525-ci qəzet"də dərc olunan esselərindəndir. Orda ədəbiyyat, yazıçı taleyi haqda maraqlı fikirlər var! Eko ilə görüşün təsviri də füsunkar və canlıdır. Rahat oxunan bu iki səhifəlik esselərdə düşünməyə, müzakirə və mübahisə etməyə çoxlu məqamlar var. Amma nədənsə mənim beynimdə məhz yuxarıda gətirdiyim fikirlər ilişib qalıb. O vaxtdan bu vaxta nə qəbul edə, nə də əksinə arqument tapa bilirəm! Müəmmayla doldurur zehnimizi Kamal Abdulla, fərqli yollara işarə edir, bu yollarla cavablar axtarışına çıxırsan onunla birgə. Özü isə hər suala cavabında yeni suallar yaradır. Misraları, cümlələri dillərə düşür, az qala şüara çevrilir. Çox zaman heç sözlərinin dərininə gedilmir də! Bir də görürsən, sonadək dəyişməyənləri, etibarlı və faydalı olsalar da, maraqsız adlandırır! “Maraqlı olanlar dəyişən dostlardı!” - deyir. Yenə bir sualla üz-üzə qalırsan! Nə dedi bununla Kamal Abdulla?! Sadiq olanlar, etibarlı dostlar maraqsızdı?! Narahatlıq verənlər, etibarsız davrananlar orijinaldı, maraqlıdı yəni?! Yoxsa dostlarını hərəkətə, dinamikaya çağırır, diri olmaları üçün bu cür qıcıqlandırır?!

Sonralar feysbukda on il boyunca paylaşdığım statuslarımdan, sms-esselərimdən ibarət "Qələmsiz yazılanlar" kitabımda Kamal Abdullanın bu esselərini xatırladım. Düşündüm ki, statusların bəzilərində akademik Kamal Abdullanın həmin o yığcam və dərin mənalarla yüklənmiş esselərinin təsiri hiss olunur. Bununla bağlı Kamal müəllimə öz təşəkkürümü çatdırdım və esselərinə görə minnətdarlığımı bildirdim. Onun münasibəti də məni mütəəssir etdi.

Bir dəfə Bakı Kitab Mərkəzində Kamal Abdullanın rumın dilində dərc olunan "Sehrbazlar dərəsi" kitabının təqdimatında iştirak etdim. Tədbir iştirakçıları ilə birlikdə əvvəl kitabın tərcüməçisinə qulaq asdıq, sonra yazıçının fərqli fikirlərini dinlədik. Gün Kamal Abdulla Günü idi. Ondan bir neçə saat öncə Bakı  Beynəlxalq Multikulturalizm Mərkəzinin yubiley tədbirində də maraqlı çıxış etmişdi. Kamal müəllim protokolu da nəzərə alır, məmurluqdan doğan tələblərə riayət edirdi, amma yazıçılığını da unutmur - şablon, standart, çərçivəli danışmır, obrazlarla, yığcam detallarla hadisələrə bədii yük qatır, düşündürürdü...

Kamal Abdulla həmişə düşündürür... Yazdıqlarıyla da, söylədikləriylə də! Əsas da çoxqatlı mətnləriylə! "Yazmaq üçün təcrid əsasdır" deyib "sivilizasiyadan uzaq" bir guşəyə çəkilir tez-tez!  Sonra üzə çıxıb yeni yazılarıyla düşünməyə mövzu verir, bizi işıq axtarışına, sözlə ünsiyyətə sövq edir!.. "Unutmağa kimsə yox" - deyir! Yəni unudulası kimsə qalmayıbmı, hamı yaddadırmı?! Amma "Kimsə yox xatırlamağa" da deyir axı... Bilmirsən, "hamını unutmuşam" deməkdir bu, ya "dostlar hamısı yerindədir, unudulmalı kimsəm yoxdur!" - mənasındadır?!

Mənə görə, Kamal müəllimin ən qabarıq və indiki zamanda xeyli fərqli tərəflərindən biri istedadlı adamı dəyərləndirməsi, istedada qiymət verməsidir. Həm də Kamal müəllimin bunu sadəcə, gündəlik işi kimi, işlərinin tərkibi kimi etməsi xeyli təsirləndiricidir. O, yaxşılığı özünütəsdiq üçün, yaxud da dost məclislərində mövzuya çevirib təriflənməkdən ötrü eləmir. Elədiyi yaxşılıqları çox zaman unudur. Yadımdadır, məclislərin birində Kamal müəllimin əl tutduğu, dəstək olduğu neçə-neçə adam haqqında danışılanda onun bütün bu deyilənləri xatırlamadığını və səmimi təəccübləndiyini müşahidə etmişdim. Kamal müəllimin gənc nəslə qayğısını, köməyini Bakı Slavyan Universitetinin rektoru işlədiyi vaxtlardan da hər kəs müşahidə edib. Bir müddət mən də həmin universitetdə dərs demişəm və tələbələrin öz rektorları haqda səmimi, xoş sözləri, başqa universitetlərlə müqayisədə BSU-da yaradılmış demokratik mühit barədə dedikləri yaxşı yadımdadır. Böyük oğlum bu universitetdə təhsil alıb, onun da tələbəykən görüb müşahidə etdikləri, azad mühit, obyektiv imtahan sistemi haqda danışdıqları Kamal müəllimin rəhbər kimi qurduğu sistemin fərqliliyini göstərirdi. Bu gün də media mühitində BSU-nun Jurnalistika fakültəsinin məzunları xüsusi hazırlığı, savadı ilə seçilirlər. Onun rektorluğu dövründə Slavyan Universitetində Yaradıcılıq fakültəsinin fəaliyyətə başlaması, neçə-neçə istedadlı gənci öz ətrafında birləşdirməsi də çox mühüm məqamlardan biridir. Hazırda rektoru olduğu Azərbaycan Dillər Universitetində də eyni yaradıcı ruhla rəhbərlik etdiyinə əminəm.

Ədəbi, elmi və insani məziyyətləri ilə ÖZ İÇİNDƏ GİZLİ ADAMın ehtişamlı, sehrli aurası haqqında danışarkən niyyətim bu yazıda hansısa sirri açmağa çalışmaq, qeyri-adi şərhlər verməyə cəhd göstərmək deyil, yuxarıda sadaladığım bütün mühüm məqamları ilə Kamal Abdullanın bundan sonra da uzun illər boyunca ədəbiyyatımızda, elmimizdə və dostluqda var olmasını arzulamaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri