525ci qəzet Qazaxda saxlanılan şəxsdən 2 kqa yaxın heroin götürülüb
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Xəyal Rəhimov saxlanılıb.
525.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ondan ümumilikdə 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, X. Rəhimov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayonu ərazisində gizlədilən narkotikləri satış məqsədi ilə əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini maddi qazanc müqabilində həyata keçirdiyini bildirib.
Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qazaxda saxlanılan şəxsdən 2 kqa yaxın heroin götürülüb
30 Noyabr 2024 09:22

