525ci qəzet Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin Astanaya dövlət səfərinə gedib.
525.az “Report”-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev paytaxtın hava limanında Rusiya Federasiyasının Prezidentini qarşılayıb.
Bu, Putinin bu il Qazaxıstana ikinci səfəridir.
Görüşlər və danışıqlardan sonra iki ölkənin prezidentləri birgə sənədlərin imzalanması mərasimində iştirak edəcək, 26-27 noyabr tarixlərində Ufada keçirilən Rusiya və Qazaxıstan arasında regionlararası əməkdaşlığın 20-ci yubiley forumunun plenar iclasında videobağlantı vasitəsilə çıxış edəcəklər.

