Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

525ci qəzet Şamxal Şəfa: Xocavənd rayonunun ərazisi tarixi abidələrlə zəngindir

525ci qəzet Şamxal Şəfa: Xocavənd rayonunun ərazisi tarixi abidələrlə zəngindir

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xocavənd rayonunun ərazisi Azərbaycan tarixinin başlanğıcının formalaşdığı bölgələrdən biridir. Ölkənin dünya əhəmiyyətli arxeoloji abidələrindən Azıx və Tağlar mağaraları burada yerləşir. Bu bölgə Azərbaycan tarixinin unikal səhifələrini özündə yaşadır. Bu səhifələr bölgənin tarix və mədəniyyət abidələrində əyani şəkildə əks olunur. Burada rəsmi şəkildə bütün kateqoriyalaradan olan yüzə yaxın tarixi abidə qeydə alınıb, əslində isə onların sayı daha çoxdur. Xocavənd abidələrinin xronologiyası Azərbaycanın tarixi memarlığının özünəməxsus xüsusiyyətlərini müəyyən etməyə imkan verir. "Kitabi-Dədə Qorqud" dastanda yer alan Qaraçiya dağı, Qırmızı mərmər yatağı Xocavənd ərazisində yerləşir. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin Tuğ kəndi ərazisində I-V əsrlərə aid qəbiristanlıqlar, V əsrə aid Alban məbədi, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində yerləşən qədim Alban qəbiristanlığı, Muğanlı kəndində yerləşən "Seyid Rza" türbəsi və Qaradağlı kəndi ərazisində yerləşən "Yel" piri mövcud olub. Bu tarixi abidələr mənfur ermənilər tərəfindən dağıdılıb.

Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. Rayonun relyefi əsasən dağlıqdır. Şərqdə və cənub şərqdə əsasən dağətəyi düzənliklərdir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. İqlimi çox yerdə qısa quraq keçən mülayim isti, qışı quraq keçən soyuqdur. Çayları -Xonaşençay, Köndələnçay, Qozluçay, Quruçay, Çaxmaqçay, Alıçay, Atautçay, Binəçay və s. Kür-Araz hövzələrinə aiddir.

1992-ci ilin oktyabrında erməni silahlı birləşmələri tərəfindən işğal olunan Xocavənd rayonunda onlarla milli tarixi-dini abidəmiz düşmən tərəfindən mənəvi genosidə məruz qalıb. Məhv edilib, qriqoryanlaşdırılmağa çalışılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 2020-ci ildə Xocavənd rayonunun bir hissəsi, 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində tam işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtulub.

Digər rayonlar kimi, Xocavəndin də tanınmış, sayılıb, seçilən ziyalıları var. Belə ziyalılardan biri də şair Şamxal Şəfadır. Şamxal müəllim 1946-cı il dekabrın 18-də Xocavənd rayonunun Xocavənd kəndində ziyalı ailəsində dünyaya gəlib. 1965-ci ildə Xocavənd rayon beynəlmiləl tam orta məktəbini gümüş medalla bitirib. 1972-ci ildə Bakı Dövlət Universitetinin (keçmiş Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsini bitirərək Xocavənd rayonunda müəllimlik fəaliyyətinə başlayıb. 1974-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına qəbul olunub və həmin ildən də universitetin qiyabi və axşam şöbələri üzrə prorektor köməkçisi, daha sonra isə İbtidai Təhsil Pedaqogikası fakültəsinin dekan müavini vəzifəsində çalışıb. Məlum Qarabağ hadisələri ilə əlaqədar doğma rayonuna qayıdıb. Əvvəlcə tam orta məktəbdə direktor müavini, direktor və rayon partiya komitəsinin ikinci katibi işləyib. Xocavəndin işğalından sonra Şamxal müəllim müəllimlik fəaliyyətini davam etdirib.

Hazırda Şamxal Şəfa "Ağsaqqal sözü" ictimai-siyasi qəzetinin redaktorudur.

Şamxal Şəfanın sözlərinə görə, Xocavənd zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Xocavənd rayonu ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə - ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlinir. Xocavənd ərazisində çoxlu sayda dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində Ritiş qalası (V-VIII əsrlər), Ərgünəş dağının yamacında yerləşən Ərgünəş qalası, Düdükçü kəndi ətrafında Rzaqulu Bəy türbəsi (XIII əsrə), Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar kəndində Alban məbədi (1241-ci il), Tuğ kəndindəki Qırmızı məbəd (X əsr), Alban kilsəsi (V əsr), Alban qəbiristanlığı (I-V əsr), Qaradağlı kəndi ərazisində Alban qəbiristanlığı (III-VI əsrlər), Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və onlarca digər abidələri 30 ilə yaxın erməni vəhşiliyinin qurbanı olub. Mənfur Ermənilər hər zaman bizim izimizi silməyə cəhd ediblər. Əksər hallarda buna müvəffəq olublar.

Şamxal Şəfa deyir ki, Xocavənd, əvvəllər Martuni adlandıırılan bu rayon ermənilərə məxsus olmayıb və orada da ermənilər yaşamayıblar. Onlar sonradan, sovet hakimiyyəti dövründə bu əraziyə köçüblər, gəlmədirlər: "Xocavənd Ağcabədi camaatının yaylaq yeri olub. Ağcabədililərin çoxu yay fəslində Xocavəndə üz tutar və yay boyu orada dincələrdi. Sovet hökuməti qurulandan sonra 10 il bizim camaat vergi verməyib. 10 ildən sonra dövlət tərəfindən qərar qəbul olunub ki, qalıb daimi Xocavənddə yaşamaq istəyən orada qalsın. Ağcabədidə qalmaq istəyən orada məskunlaşsın. Beləliklə də, bölgü aparılıb. Azərbaycan ərazisində ərzisinin böyüklüyünə görə, 4 rayondan biri sayılır Xocavənd. O vaxt şərt qoyulub ki, 5 rayon olmasa, ermənilərə muxtariyyət hüququ verilməyəcək. Ermənilər də o zamanlar muxtariyyət əldə etmək üçün Xocavənd rayonunu iki hissəyə ayırıblar. Bir hissə adlandırılıb Martuni, digər hissə Hadrud. Beləliklə də, Xocavəndin həm adı dəyişdirilib hən də iki yerə ayrılıb. Ağdərə rayonunun adını dəyişib ediblər Mardakert. Xankəndinin adını isə dəyişib Stepanakert qoyublar".

Şamxal Şəfanın dediyinə görə, Xocavəndin ilk adı olub Xanənişin. Rayonun təbiəti çox gözəl olduğundan yayda aran rayonlarının camaatı dincəlmək, yaylaqlamaq üçün oraya axışırmış. Sonradan rayona Xonaşın adı verilib. Rayona ərazidən axan Xonaşın çayının adı verilib. Sonra ermənilər rayonun adını yenidən dəyişərək Xocaşen adlandırıblar. Bir müddət sonra isə rayonunun adını dəyişib Xocəsən ediblər: "Münaqişə başlamadan öncə Xocavənddə azərbaycanlılar ermənilərlə birgə yaşayıblar. Açığı deyim ki, əvvəllər ermənilərin bizə qarşı münasibəti çox yaxşı idi. Onlar bizə çox hörmətlə yanaşır, xeyrimizdə də, şərimizdə də canfəşanlıq edirdilər. Ancaq məlum hadisələrdən sonra münasibət dəyişdi, düşmənçilik başladı".

Şamxal Şəfa bildirib ki, doğma rayonunun işğalından sonra xocavəndlilər illərlə yurd, vətən həsrəti çəkiblər. Ancaq heç zaman torpaqlarına, yurdlarına qayıdacaqları ümidlərini itirməyiblər. Vətənə, doğma Xocavəndə qayıdacaqlarına inanıb və bu günü səbirsizliklə gözləyiblər: "Nəhayət o gün gəldi. Vətən torpaqlarımız işğaldan azad olundu. Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, bununla bərabər, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Silahlı Qüvvələrimiz daha sonra Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Beləliklə, 30 il ərzində aparılan danışıqlar prosesində düşmən dövlətin niyyəti reallaşmadı, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planı isə tamamilə alt-üst oldu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir: "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Şairin söylədiyinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ildən sonra, nəhayət əzəli torpaqlarını düşmən tapdağından xilas etdi. Təbiidir ki, Zəfər müjdəsinin verildiyi həmin gün hər bir azərbaycanlının bayram günü idi. İllərdir sülh danışıqlarının getməsinə, diplomatik müstəvidə məsələnin həll yoluna çalışılmasına baxmayaraq, sonda Azərbaycan, erməni tərəfinin heç bir vəchlə torpaqlarımızı qaytarmaq niyyətində olmadığını anlayaraq "dəmir yumruğu"nu mənfur düşmənə göstərdi və düşmənin belini qırdı: "44 gün davam edən Vətən müharibəsi tariximizin, eləcə də Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri