Icma.az
close
up
RU
Tarixi Azərbaycan ərazisi Alban mədəni irsinə aid abidələrlə zəngindir AZƏRTAC

Tarixi Azərbaycan ərazisi Alban mədəni irsinə aid abidələrlə zəngindir AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 dekabr, AZƏRTAC

Tarixi Azərbaycan ərazisi Alban mədəni irsinə aid abidələrlə zəngindir və bu istiqamətdə arxeoloji tədqiqatlar XX əsrin birinci yarısından başlanaraq müntəzəm olaraq həyata keçirilib.

Bu fikirləri AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti elmi seminarında “Qafqaz Albaniyasının tarixi-mədəni irsi arxeoloji tədqiqatlarda” mövzusunda məruzə edən Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Natiq Alışov bildirib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, məruzəçi 2017-2021-ci illərdə Balakən rayonu ərazisində yerləşən Tülü məbədində apardığı arxeoloji tədqiqatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, həmin ərazidə çoxtəbəqəli memarlıq nümunələrinin və nekropolun kompleks araşdırmalara cəlb edildiyini və mühüm elmi nəticələrin əldə olunduğunu bildirib.

Məruzəçi Xocavənd rayonu ərazisində yerləşən “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunda apardığı arxeoloji kəşfiyyat işlərindən də bəhs edərək, mövcud irs nümunələrində həyata keçirilmiş tədqiqatları iştirakçıların diqqətinə çatdırıb.

İşğal dönəmində Alban irs nümunələrində aparılmış qeyri-qanuni tədqiqatlardan danışan Natiq Alışov bildirib ki, ərazidəki mədəni qatlara əsasən burada məskunlaşma tarixi ilkin olaraq Son Tunc və İlk Dəmir dövründən formalaşıb. O, həmçinin Qəbələ rayonu Kilsədağ məbəd kompleksində aparılmış tədqiqatlardan bəhs edib. Əmili kəndi ərazisində yerləşən dairəvi məbəddə aparılan son tədqiqat işlərini diqqətə çatdıran məruzəçi vurğulayıb ki, Kilsədağ məbədi yalnız dairəvi formalı kompleksdən ibarət olmayıb, ərazidə həmdövr digər ictimai tikili qalıqları, eləcə də mühafizə divarları və bürc yeri qeydə alınıb.

Alimin sözlərinə görə, 2024-cü ildə Xocavənd rayonu Hadrut qəsəbəsi və Çinarlı kəndi ərazisində də ilkin arxeoloji tədqiqatlara başlanılıb. Çinarlı kəndindəki Alban məbədi ətrafında aparılmış əsaslı qazıntılar nəticəsində ilk orta əsrlər memarlığına aid məbədin bünövrə yerləri izlənilib. Aşkar olunan məbəd qalığının dinin ibadətə cəlb edilmiş karst mağaraları üzərində yerləşdiyi qeydə alınıb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Müzakirələrdə akademiklər Gövhər Baxşəliyeva və Nərgiz Axundova, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova, Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri professor Qasım Hacıyev, Tarix və Etnologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Samirə Hadıyeva iştirak ediblər.

Çıxışlarda Qafqaz Albaniyası ilə bağlı peşəkar mütəxəssislərin hazırlanmasının zəruriliyi qeyd edilib. Vurğulanıb ki, albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində mühüm problemlərinin araşdırılması, alban etnomədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir. Bu baxımdan müxtəlif sahələrdə çalışan tədqiqatçıların iştirakı ilə Qafqaz Albaniyasına dair daha sistemli şəkildə kompleks tədqiqatların aparılmasına ehtiyac var. Həmçinin “erməniləşmiş” abidələrin Azərbaycana məxsusluğu ilə bağlı tarixi faktların beynəlxalq səviyyədə təbliğinin, bu istiqamətdə məqalələrin xarici jurnallarda çap olunmasının vacibliyi bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri