Icma.az
close
up
RU
Sülh sazişi imzalanmadan Türkiyə Ermənistan sərhədi bağlı qalacaq ANALİZ

Sülh sazişi imzalanmadan Türkiyə Ermənistan sərhədi bağlı qalacaq ANALİZ

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir.

Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilib ki, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə ilə sərhədin açılması Ermənistan Baş naziri Nikol Paşinyana seçkilər ərəfəsində əlavə siyasi dəstək verə bilər: "Sülh müqaviləsinin rəsmiləşdirilməsi bölgədə sabitlik yarada və enerji kəmərlərinin təhlükəsizliyini təmin edə bilər. Bu kəmərlər Xəzər dənizi regionu və Mərkəzi Asiyadan Avropaya neft və qaz daşıyır, Rusiyanı əhatə etmədən". 

Xatırladaq ki, Türkiyə sərhədi 1993-cü ildə Qarabağ müharibəsi zamanı Azərbaycanla həmrəylik nümayiş etdirərək bağlamışdı.

Onu da deyək ki, ötən ay Türkiyə tərəfinin adından məlumat yayılmışdı ki, hazırda Türkiyə-Ermənistan sərhədinin açılması müzakirə olunmur.

İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar prosesi davam edir. Sərhədlərin açılması prosesin gedişindən asılı olacaq. Hələlik bununla bağlı konkret müddət yoxdur.

Siyasi analitiklər də hesab edir ki, Türkiyənin yaxın aylarda Ermənistanla quru sərhədini açmaq ehtimalı Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşması ilə bağlıdır. Ankara bu addımı yalnız Ermənistan–Azərbaycan münasibətlərində real irəliləyiş olduğu təqdirdə atacaq. Yəni sərhədin açılması prosesinin əsas şərti Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşma və Ermənistanın regional kommunikasiyalarla bağlı öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır.

Politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, Türkiyə Azərbaycan torpaqlarının işğalı zamanı, özəlliklə də Kəlbəcər rayonu işğal olunandan sonra Ermənistanla sərhədlərini bağladı və açmadı: “Türkiyə daim vədinə sadiq qaldı. Azərbaycan torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edəndən sonra Prezident İlham Əliyevin belə bir açıqlaması oldu ki, artıq qardaş Türkiyə Ermənistan siyasətini istədiyi şəkildə müəyyənləşdirə bilər, Azərbaycanın buna etirazı yoxdur. Türkiyə ilə Ermənistan arasında bundan sonra dialoq başladı və dialoq davam edir. Buna baxmayaraq, Türkiyə sərhədi açmağa tələsmir. Türkiyə rəsmiləri bəyan edirlər ki, Ermənistanla Azərbaycan arasında birinci növbədə sülh sazişi imzalanmalıdır. Sülh sazişi bu ilin 8 avqustunda paraflanıb və Prezident İlham Əliyevin də söylədiyi kimi artıq biz sülh quruculuğu ilə məşğuluq. Üstəlik, İlham Əliyevin Astanadakı çıxışından sonra Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana çatdırılıb. Bu mənada da düşünürəm ki, Türkiyə Ermənistanla sərhədi açmaq məsələsində sərbəst ola bilər. Amma hər halda Türkiyə rəsmilərinin əvvəlki mövqeyi belədir ki, sülh müqaviləsinin imzalanmasını gözləmək lazımdır”. 

Politoloqun fikrincə, sülh sazişinin imzalanması üçün Paşinyan gələn ilin iyun ayında parlament seçkilərində qələbə çalıb sonra yeni konstitusiya qəbul etməlidir: “Hələ ki, Paşinyanın seçilmək üçün reytinqi var. Lakin iyun ayına qədər Ermənistanda hadisələrin necə inkişaf edəcəyi, hansı hadisələrin baş verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir. Ona görə də Türkiyə sərhədin açılması məsələsində hələ bir müddət də gözləmə mövqeyində qalacaq”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 07:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see266

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see163

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see145

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri