Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

525ci qəzet Şəhərlərə axın: Urbanizasiya problemləri

525ci qəzet Şəhərlərə axın: Urbanizasiya problemləri

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabir ETİBARLI

Urbanizasiya dedikdə şəhərləşmə prosesi və bu proses ilə bağlı məsələlər başa düşülür. Urbanizasiya prosesinin sürətləndiyi ərazilərdə ölkə əhalisinin daha iri şəhərlərə axını, mövcud infrastrukturn inkişafı, yeni iş yerlərinin yaranması, məhsul və xidmətlərin əlçatanlıq səviyyəsinin artması müşahidə olunur. Daha qazanclı iş fürsətləri, daha keyfiyyətli təhsil və səhiyyə xidmətləri, nisbətən daha rahat həyat şərtləri - bunların hamısı məhz urbanizasiyanın sürətləndiyi yerlərdə cəmlənir. Qeyd olunan səbəblərdən dolayı insanlar daha yüksək həyat standartlarında yaşamaq məqsədi ilə iri şəhərlərə üz tutur. Beləliklə, ilbəil şəhər əhalisinin sayı böyük sürətlə artır. Hal-hazırda dünya üzrə şəhər əhalisinin sayı kənd əhalisini üstələyir. Bu halın yaranmasında əsas təkanverici faktor təbii artım yox, kəndlərdən şəhərlərə (kiçik şəhərlərdən iri şəhərlərə) doğru yönəlmiş miqrasiyadır.

Bütün müsbət cəhətlərinə baxmayaraq, tənzimlənməyən urbanizasiya müasir dövrün ən böyük problemlərindən biri kimi qəbul olunur. Qeyd etmək lazımdır ki, bütün dünya üzrə urbanizasiyanın uğursuz idarəetmə halına daha çox rast gəlinir. Çünki bu prosesə siyasi, iqtisadi və sosial-ictimai faktorlar başda olmaqla bir neçə kompleks amil birbaşa və ya dolayı yolla təsir göstərir.

Urbanizasiya prosesi doğru idarə olunmadıqda əhali mənzil, su, təhlükəsizlik və başqa zəruri məhsul və xidmətlərin təminatında çətinliklər yaşayır. Əhali axınının tənzimlənməməsi sıxlığa səbəb olur və bu vəziyyət özünü tıxac, işsizlik halının artması və müxtəlif məzmunlu cinayətlərin yayılması kimi mənfi hallarda göstərir.

Urbanizasiyanın yanlış idarəsi şəhərsalmada özünü açıq formada göstərir. Belə ki, əhalinin şəhərlərə sürətli axışı tikilən ev sayında sürətli artışa səbəb olur. Amma iri şəhərlərə axın etmiş əhalini tez bir zamanda keyfiyyətli mənzil şəraiti ilə təmin etmək əksər hallarda mümkün olmur. Nəticədə şəhərin müəyyən ərazilərində kiçik gecəqondular, dayanıqsız tikililər yığını formalaşır. Bu ərazilər zəlzələ, sel kimi təbii fəlakətlər qarşısında ən müdafiəsiz yerlər kimi qiymətləndirilə bilər. Bu tipli ərazilərin genişlənməsi təbii fəlakət və bənzəri hadisələr zamanı insan itkisini kəskin formada artırır. Təhlükəsizlik ilə yanaşı, nizamlanmamış tikililər şəhərsalmanın əsasları pozur. Şəhərlərdə hava silkulyasiyası tam təmin oluna bilir, şəhərin estetik görünüşü pozulur, infrastrukturda problemlər müşahidə olunur.

Urbanizasiyanın ətraf-mühitə təsiri danılmazdır və bu təsir getdikcə artmaqdadır. Şəhər ərazisi genişləndikcə ağaclar qırılır, sənaye obyektlərinin və avtomobillərin sayı artıqda hava zəhərlənir. Avtomobillərin çoxluğunun yaratdığı tıxac və avtomobil siqnallarının intensivliyi əhalinin müxtəlif qrupları arasında stress səviyyəsini artırır, müxtəlif nevroloji və qan-damar xəstəliklərini şiddətləndirir. Əhalinin şəhərlərdə toplaşması məişət tullantıların da miqdarını artırır və tullantıların idarə olunması çətinləşir. Tullantılar doğru formada idarə olunmadıqda xəstəliklərin yayılması, müxtəlif ekoloji fəsadların baş verməsi qaçınılmaz hal alır. Bundan əlavə olaraq, şəhərlər kəndlərə nəzarən qatbaqat artıq enerji sərf edir və bu istehlak miqdarının nə qədər doğru nizamlandığı, nə qədər zəruri olması sual altındadır.

Urbanizasiyanın digər narahatedici tərəfi heyvan və bitkilərin məhvinə səbəb olmasıdır. Şəhər əraziləri genişləndikcə heyvan və bitkilərin təbii yaşam arealları daralır, onların növ müxtəlifliyi və sayları azalır. Belə olduqda qida zəncirində boşluqlar yaranır, bir çox ekoloji məsələlərdə çatışmazlıqlar görünür. Ətraf-mühitə mənfi təsiri urbanizasiyanı iqlim dəyişikliyinin əsas səbəbkarı halına gətirir. Artıq qəbul olunmuş faktdır ki, iqlim dəyişikliyi, dünya üzrə orta temperaturun artması böyük ölçüdə urbanizasiya prosesi ilə bağlıdır. Çünki asfalt örtüyünün isinməsi, avtomobillərin sıxlığı, ağac örtüyünün seyrəkliyi şəhər ərazilərində temperaturun artmasına səbəb olur.

Yaratdığı bütün çətinliklərə rəğmən, urbanizasiya heç bir halda həlli yolu olmayan vəziyyət kimi qiymətləndirilməməlidir. Problemlərin həlli yolunda atılacaq ilk addım dayanıqlı inkişaf modelinin hazırlanmasıdır. Bu model ölkənin iqtisadi və sosial quruluşuna uyğun olmalıdır. Urbanizasiyanı yaradan faktorlar əsaslı formada öyrənilməli, bu faktorların səbəb olduğu problemlər kompleks formada araşdırılmalıdır. Əldə edilmiş datalar əsasında dayanıqlı inkişaf modeli formalaşdırılmalıdır. Sevindirici haldır ki, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etmək mümkündür. Ən çox təklif olunan çıxış yollarından biri kimi ölkənin təkmərkəzli quruluşdan çoxmərkəzli quruluşa keçid etməsi göstərilir. Ancaq bu, deyildiyi kimi sadə məsələ deyil. Çünki ölkənin digər bölgələrinin iqtisadi yüksəlişi, sənayenin inşikafı ilə birlikdə yeni iş yerlərinin açılması, paytaxt ilə regionlar arasındakı həyat standartları fərqinin azaldılması çoxillik prosesdir. Yeni infrastrukturun qurulması, yerli kadrların hazırlanması böyük büdcə, səlis idarəetmə bacarığı və uzun vaxt tələb edir.

Siyasi mərkəzin (paytaxt) iqtisadi-sənaye mərkəzindən ayrılması digər vacib addımdır. Əksər inkişaf etməkdə olan ölkələrin siyasi mərkəzi ilə iqtisadi mərkəz eyni şəhərdir. Bunları ayırmaq paytaxtın insan yükünü xeyli azalda bilər. Bu həll üsulu dünya ölkələri təcrübəsində mövcuddur. Məsələn, ABŞ, Türkiyə, Rusiya və Çin yaxşı nümunə ola bilər. Müvafiq olaraq bu ölkələrin paytaxtları Vaşinqton, Ankara, Moskva və Pekin şəhərləri olduğu halda iqtisadi-sənaye mərkəzləri Nyu-York, İstanbul, Sankt-Peterburq və Şanxay şəhərləridir.

Urbanizasiyanın ekologiyaya vurduğu zərəri mümkün qədər azaltmaq üçün kompleks tədbirlər sisteminə ehtiyac duyulur. Hava çirkliliyinin qarşısını almaq üçün ictimai nəqliyyat şəbəkəsini genişləndirmək və işləkliyini artırmaq, o cümlədən, əhalini şəxsi avtomobil yerinə ictimai nəqliyyatdan istifadə etməyə təşviq etmək lazımdır. Velosiped zolaqlarının salınması və şəhər boyu şaxələndirilməsi də inkişaf etmiş ölkərinin təcrübəsində geniş yer tutur. Bu çıxış yolu nəqliyyatda tıxac problemini azaldır, şəxsi avtomobillərin atmosferi zəhərləməsini məhdudlaşdırır və əhalinin sağlamlıq vəziyyətinə müsbət təsit göstərir.

Şəhərlərdə yaşıllıq ərazilərinin genişləndirilməsi, ağacəkmə aksiyalarının təşkili və əhalinin ekoloji maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Yaşıllıq sahələrinin genişləndirilməsi əhalinin asudə vaxtını səmərəli keçirməsinə xidmət edir. Bununla yanaşı, yaşıllığın artırılması şəhərlərdə temperaturun aşağı düşməsində, havanın təmizlənməsində və biomüxtəlifliyin qorunmasında əvəzsiz rola sahibdir. Əhalinin maarifləndirilməsi sakinləri yaşıllıq sahələrini qorumağa, ətrafı zibilləməməyə, təmiz saxlamağa sövq etməlidir. Zibil konteynerlərinin sayını artımaq, ətrafı zibilləyənlərə qarşı sərt cərimələrin tətbiq olunması effektiv üsul olsa da, insanlara ekologiyaya qayğı hissinin və vətəndaşlıq məsuliyyətinin aşılanması daha qalıcı üsuldur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri