Icma.az
close
up
RU
Şəhərlərə axın: “Ciddi urbanizasiya problemləri...”

Şəhərlərə axın: “Ciddi urbanizasiya problemləri...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Bu gün ölkəmizin bir sıra rayon və şəhərlərində azad iqtisadi zonalar, sənaye məhəllələri, sənaye zonaları və parkları yaradılıb və orada fəaliyyət göstərən sahibkarlar mənfəət vergisini, əmlak vergisini, torpaq vergisini və gömrük rüsumlarını ödəməkdən azad edilib. Bu çox yaxşıdır və sərməyələrin cəlb olunmasında əhəmiyyətlidir”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin iclasında deyib.

O bildirib ki, bu gün Azərbaycanın gözdən-könüldən uzaq dağlıq və düzənlik rayonları var ki, insanlar iş yerləri və imkansızlıq ucbatından oraları tərk edib şəhərlərə yerləşirlər:

“Ciddi urbanizasiya problemləri ilə üz-üzə qalırıq. Sənaye məhəllə və zonalarında şərtlərə əməl etmək heç də hər sahibkarın gücü daxilində deyil və ya o öz rayon və ya kəndindən kənara çıxmaq istəmir".

Deputat təklif edib ki, Azərbaycanın bir çox rayonlarında eyni güzəştlər tətbiq edilsin:

"Dövlət sənaye zonası və ya məhəlləsi yaratmaq üçün də dövlət xərc çəkməsin. İş adamı mənfəət vergisini, əmlak vergisini, torpaq vergisini və gömrük rüsumlarını ödəməkdən azad edilsin və sadələşdirilmiş şəkildə də sahibkarlıq fondundan vəsaitin ayrılması və idarə edilməsi üçün köməklik əldə edə bilsin. Sahibkarın yaxşı bacarığı, ideyası və əzmi ola bilər. 

Amma ola bilsin ki, biznes idarəetməsi yaxşı deyil. Onun üçün də dövlət strukturları sahibkarlara ciddi şəkildə tövsiyə və hərtərəfli kömək də göstərməlidir ki, o işini batırmasın. İflasa uğrayan sahibkar heç də o demək deyil ki, o bacarıqsızdır və dələduzdur".R.Nurullayev əlavə edib ki, xüsusi güzəştlərin tətbiq edilməsinə ehtiyac duyan hansı regonlardır:

"Bəzilərinin adını deyim, amma tamamı deyil. Belə rayonlara Yardımlı, Lerik, Neftçala, Xızı, Siyəzən, Oğuz, Kürdəmir, Zərdab, Ağsu və digər rayon və qəsəbələr aid edilə bilər. İstərdim ki, hökumət və İqtisadiyyat nazirliyi bu təklifimi araşdırsın".

Vilayət Muxtar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see430

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see315

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see311

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see308

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see305

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see303

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see303

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see298

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see297

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see279

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see266

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see265

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see264

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see263

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see258

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see256

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see255

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see255

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see253
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri