ABŞ Ədliyyə Nazirliyi gəmilərə hücumları əsaslandırmaq üçün fentanili kimyəvi silah adlandırıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
ABŞ Ədliyyə Nazirliyinin Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə zərbələri legitimləşdirən gizli memorandumu fentanili potensial kimyəvi silah təhlükəsi kimi təsvir edir.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.
Sənəddə ABŞ prezidenti Donald Tramp administrasiyasının Karib dənizində apardığı hərbi əməliyyat üçün hüquqi əsaslar izah olunur.
Əsas arqument ondan ibarətdir ki, Trampın narkokartellərə xarici terrorçu təşkilat statusu verməsi onları qanuni hərbi hədəflərə çevirir. Çünki onlar ABŞ-a qarşı öldürücü və stabilliyi pozucu fəaliyyətləri maliyyələşdirirlər.
Qeyd edək ki, sentyabr ayından bəri Pentaqon Karib hövzəsində və Sakit okeanda 20 məlum zərbə endirib və nəticədə azı 80 nəfər həlak olub. Bu isə qanunvericilər tərəfindən sərt tənqidə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 15 Noyabr 2025 03:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















