Icma.az
close
up
RU
Aktoti Raimkulova "TRT WORLD FORUM 2025"də iştirak etdi

Aktoti Raimkulova "TRT WORLD FORUM 2025"də iştirak etdi

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Türkiyənin İstanbul şəhərində TRT World 2025 Forumu 2017-ci ildən bəri keçirilməsi ənənə şəklini alıb. Bu forum dünyanın müxtəlif regionlarından dövlət və hökumət nümayəndələrini, alimləri, media və fikir liderlərini bir araya toplayan geo-siyasi cəhətdən önəmli platformaya çevrilib.

TRT World Forum 2025-in açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Zati-Aliləri cənab Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Mərasimdə həmçinin TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı və SETA-nın baş direktoru Burhanəddin Duran çıxış ediblər. Rəsmi məlumata görə, builki forumda 35 ölkədən 1 500-dən çox iştirakçı və 132 spiker yer alıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İstanbulda keçirilən TRT World Forum 2025 çərçivəsində “Mərkəzi Asiyada Mədəni Diplomatiya və Kollektiv Kimlik: Regional Əlaqə və Birliyə Aparan Yollar” adlı Ekspertlər Dəyirmi Masasında spiker qismində çıxış edib.

Panel zamanı Aktotı Raimkulova Fondun fəaliyyəti, həyata keçirilən layihələr və Türk dünyasında mədəni inteqrasiyanın gücləndirilməsi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.

Xanım A. Raimkulova, həmçinin Fondun YUNESKO, İSESKO, Türk Dövlətləri Təşkilatı (TDT), TÜRKSOY, Türk Akademiyası, TÜRKPA və digər beynəlxalq qurumlarla əməkdaşlığını qeyd edərək, bu tərəfdaşlıqların Türk dünyasının səsinin qlobal səviyyədə eşidilməsinə imkan yaratdığını diqqətə çatdırıb.

Paneldə akademik mübadilələrin, ortaq dil və təhsil proqramlarının insanların bir-birinə yaxınlaşmasında mühüm rol oynadığını qeyd edən Fond prezidenti bu istiqamətdə həyata keçirilən layihələr - “Türk ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri”, “Türk dünyasının görkəmli şəxsiyyətləri” və “Türk Dünyasının Tarixi İnciləri” seriyaları, eləcə də TurkDiscovery adlı rəqəmsal platformanın beynəlxalq səviyyədə maarifləndirici rolunu xüsusi vurğulayıb.

Aktotı Raimkulova həmçinin Fondun mədəni irsin qorunması və təqdimatı sahəsində həyata keçirdiyi nümunəvi layihələr –“Türk dünyasının mədəni kodu” Türk dünyasının mədəni irsi kataloqu və “Türk Folklor İrsi” adlı Antologiyası, “Divanü Lügat-it-Türk”ün 950 illiyinə həsr olunan beynəlxalq konfrans, Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə yubiley tədbirləri, “Qurama” sənəti festivalı, “MIRAS” etnodizaynerlər forumu və digər təşəbbüsləri barədə də məlumat verib.

Onun sözlərinə görə, Fondun əsas məqsədi keçmişin irsini gələcəyin dəyərlərinə çevirmək, mədəniyyət vasitəsilə xalqlar arasında dayanıqlı əməkdaşlıq, dialoq və birliyi möhkəmləndirməkdir.

TRT World kanalının aparıcısı və müxbiri Cəffər Hasnainin moderatorluğu ilə baş tutan sessiya müzakirəsində, Qırğız Respublikasının sabiq Baş naziri Joomart Otorbaev, Qırğız Respublikasının keçmiş mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamankulov, TÜRKSOY-un Baş katibi Sultan Rayev və Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais və çıxış ediblər.

Müzakirə sessiyası Mərkəzi Asiyada mədəni diplomatiyanın, ortaq kimlik və mədəni irsin regional əməkdaşlıqda oynadığı rola həsr olunub. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri, ekspertlər və media təmsilçiləri iştirak ediblər. .


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Noyabr 2025 02:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri