Icma.az
close
up
RU
525ci qəzet Suriyananın çöküşü: növbədə hansı ölkədir?

525ci qəzet Suriyananın çöküşü: növbədə hansı ölkədir?

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

Böyük Yaxın Şərqin təlatümlü hadisələr ərəfəsində olduğunu ötən ilin birinci yarısında, HƏMAS-ın İsrailə qarşı qanlı terror hücumundan əvvəl də görmək mümkün idi. Ötən yay "Hizbullah" hərəkatı Çinə müraciət edərək Livana böyük investisiyalar yatırmağa çağırsa da, onun bu istəyi Пekin tərəfindən rədd edilmişdi. Belə ehtimal etmək olar ki, Пekin İslam İnqilabı ərəfəsində İranla bağlı buraxdığı səhvi təkrar etməkdən çəkinmişdi.

Qeyd edək ki, İslam İnqilabından cəmi üç ay əvvəl İranla bağlı hazırladığı məlumatda Çin kəşfiyyatı şahın mövqeyinin güclü, monarxiya rejiminin dayanaqlı olduğunu bildirmişdi. Buna görə də İslam İnqilabın baş verməsi, monarxiyanın devrilməsi Çinin rəsmi dairələri üçün gözlənilməz olmuş, kəşfiyyat orqanlarının fəaliyyəti ilə bağlı şübhə yaratmışdı. Görünür, həmin hadisədən sonra Çin kəşfiyyatı fəaliyyətində ciddi dəyişikliklər edib və prosesləri öncədən proqnozlaşdıra bilir. İranın strateji tərəfdaşı olan Çinin Tehranın əsas proksi qüvvəsi olan "Hizbullah" hərəkatının investisiya xahişini rədd etməsinin başqa səbəbi ola bilməzdi. 1979-cu ildən fərqli olaraq 2023-cü ilin yayında Çin kəşfiyyatı bölgədə gedən prosesləri dəqiq qiymətləndirmişdi.

Çindən fərqli olaraq Rusiya kəşfiyyat iflas ilə üzləşib və indi Moskvada "günah keçisi" axtarırlar. Nüfuzlu "Bloomberg" agentliyinin məlumatına görə, prezident Vladimir Пutin Rusiya kəşfiyyatdan Suriyada rejim dəyişikliyinə hazırlığın getməsindən "xəbərsiz" qalmalarını izah etməyi tələb edib. Ekspertlər isə Rusiya kəşfiyyatının Suriya uğursuzluğunu təsadüfi saymırlar. Rusiya xüsusi xidmət orqanları Moskvada, "Crocus City Hall"da baş vermiş terror aktının da önünü ala bilməmişdilər. Ekspertlər hesab edirlər ki, Rusiya xüsusi xidmət orqanlarının əsas resursları Ukraynaya və ölkə daxilində müxalifətə qarşı mübarizəyə yönəldiyi üçün bütün prosesləri izləyə bilmir. Bunun da nəticəsində bir-birinin ardınca uğursuzluğa düçar olur. Suriyada 61 illik rejimin devrilməsinə hazırlıq getdiyindən xəbərsiz qalan Rusiya kəşfiyyatı Dəməşqdə baş verən hakimiyyət dəyişikliyinin doğurduğu dalğanın hansı hadisələrə səbəb olacağını, bu "dalğa" hansı istiqamətə yön alacağını müəyyən etməyə çalışır.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərqdə "Suriyana" adlandırdığı düşmən dövlətlərin yerləşdiyi bölgədə növbəti rejim dəyişikliyinin Suriyadan sonra hansı ölkədə olacağı isə Rusiya kəşfiyyatı kimi bütün dünyanı da maraqlandırır. Suriyada 61 illik rejimin çöküşündən sonra bütün dünyada diqqətlər "Suriyana"nın nüvəsini təşkil edən İrana yönəlib. Məsələn, Türkiyədə siyasi təhlilləri və proqnozları ilə tanınan briqada generalı Haldun Solmaztürk hesab edir ki, Suriyadan sonra növbədə İrandır. Türkiyədə təhlilçilərin çox böyük əksəriyyəti generalın bu ehtimalını bölüşür.

Bu, inkar edilməz bir həqiqətdir ki, Suriyada 61 illik rejimin devrilməsi İran-İraq müharibəsindən bəri Tehranın xarici siyasətinin ən böyük uğursuzluğudur. Çünki İranın on milyardlarla, bəzi hesablamalara görə isə bir neçə yüz milyard dollar xərcləyərək qurduğu "müqavimət oxu" sürətlə çökür və Tehran bunun qarşısını almaqda acizdir. Məlumata görə, vəziyyətin belə fəlakətli həddə çatması İran elitasını qorxutmağa başlayıb.

İran elitasını qorxudan əsas məsələ baş verən hadisələrdən daha çox Tehranın Yaxın Şərqdə gedən prosesin qarşısını almaqda aciz duruma düşməsidir. Bəzi ekspertlər hesab edir ki, İranın elitası təhlükəsizliklərinə zəmanət verəcək qüvvənin axtarışına çıxıb. Çünki onlar Suriyadan sonra "Suriyana"da çöküş növbəsinin İrana çatdığını düşünürlər. İranın ali dini rəhbəri Seyid Əli Xamenei bəyan edib ki, Suriyada hərbi çevriliş ABŞ-İsrail cütlüyü tərəfindən planlaşdırılıb və bununla bağlı Tehranın sübutu var. Belə ehtimal etmək olar ki, Seyid Əli Xamenienin bu açıqlaması Suriyada baş verənlərin İran elitasına təsirini azaltmağa, onları "təhlükəsizlik zəmanəti" axtarışına çıxmaqdan çəkindirməyə yönəlib. Ali dini lider bununla hər şeydən məlumatlı olduqlarının mesajını vermək istəyib.

Siyasi təhlilçilər belə tədbirlərin yetərli olmadığını bildirirlər. Çünki belə fəndlərlə təhlükəsizliyi üçün narahat olan cəmiyyəti və siyasi elitanı çıxış yolu axtarmaqdan çəkindirmək mümkün deyil. Heç şübhəsiz ki, ali dini lider Seyid Əli Xamenie və Tehranın mühafizəkar dairələri də bütün bunların fərqindədir. Tehranın mühafizəkar dairələrində belə bir rəy formalaşıb ki, "müqavimət oxu"nun çökməsindən sonra İran elitasının axtardığı "təhlükəsizlik zəmanəti" nüvə silahı ola bilər. Ona görə də, İranın qısa zamanda nüvə silahına sahib olması ilə bağlı çağırışlar artıb. Ali dini rəhbərə yaxınlığı ilə tanınan siyasətçilərin və ekspertlərin dövlətin nüvə doktrinasına yenidən baxılması, nüvə silahının sınaqdan keçirilməsi ilə bağlı açıq çağırışları göstərir ki, nüvə silahı əldə etmək istəyi bu gün həmişəkindən daha yüksəkdir.

Lakin Tehranda nüvə silahının "təhlükəsizlik zəmanəti" ola biləcəyinə şübhə edənlərin də dəlilləri güclüdür. Nüvə silahına qarşı çıxanlara görə, Rusiya dünyada ən böyük kütləvi qırğın silahının arsenalına sahib dövlət olsa da, bu amil Ukraynanın Rusiya əarzilərinə zərbə endirməsinin qarşısını almaq üçün yetərli olmadı. Digər tərəfdən, İran özü də nüvə dövləti olan İsrail və Пakistanın ərazisinə zərbə endirib. Lakin bu zərbələrə cavab olaraq İsrail və ya Пakistan İrana qarşı nüvə silahından istifadə etmək niyyətinə düşməyib.

Üstəlik, Suriyada olduğu kimi, İranda da rejim üçün əsas təhlükə ölkənin daxilindədir. Suriyada olduğu kimi, İranda da rejim legitimlik böhranı içərisindədir. Bu legitimlik böhranın son prezident seçkilərində islahatçı Məsud Пezeşkianın gözlənilməz qələbəsi də dəyişməyib. Aydın görünür ki, İranda rejim daha çox ideoloji böhran içərisində olduğu üçün bu vəziyyəti hətta ali liderdən sonra dövlətin ikinci şəxsi olan prezidentin rəqabətli seçkilər yoli ilə seçilməsi də aradan qaldırmır. Vəziyyəti ağırlaşdıran digər amil ali dini rəhbərin yaşlı və xəstə olmasıdır. Əksər ekspertlər belə bir mövqedə həmrəydilər ki, Seyid Əli Xamneidən sonra İranın hərbi və siyasi elitasını birləşdirə biləcək lider yoxdur.

Suriyada 61 ilik rejimin devrilməsinin İranda rejim əleyhdarlarını ruhlandırdığını, insanların azadlıq, millətlərin isə öz müqəddəratını müəyyən etmək istəklərini alovlandırdığını nəzərə alanda, "Suriyana"da çöküş növbəsinin Suriyadan sonra İrana çatdığını ehtimal etmək olar. İranda baş verəcək istənilən dəyişiklik isə Yaxın Şərqdə ABŞ-a qarşı düşmənçilik münasibəti bəsləyən ölkələrin qeyri-rəsmi birliyinin - "Suriyana"nın çöküşü olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri