Rusiya təzyiqləri dayandırmayıb: Proseslərin gedişi hər şeyi göstərəcək
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əli Oruclu: "Moskva faktiki olaraq siyasi motivli həbsdə saxladığı soydaşlarımızı azad etməyib"
Oktyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər. Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər. Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Məlumat üçün onu da bildirək ki, "Sputnik Azərbaycan"ın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. O, daha sonra Rusiyaya yola salınıb.
Politoloq Əli Oruclu Sherg.az-a deyib ki, Rusiya-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə qalxmasını və tam normallaşmasını söyləmək hələlik çətindir. Ekspert vurğulayıb ki, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya rəhbəri V.Putin arasında keçirilən görüş zamanı liderlər mövcud gərginlikdən çıxmaq istiqamətində bəyanatlar verdilər:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 25 Oktyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















