525ci qəzet Tbilisidə Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfər planının təfərrüatları müzakirə olunub
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.
525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələləri müzakirə olunub. Həmçinin Gürcüstan xarici işlər nazirinin Azərbaycana planlaşdırılan rəsmi səfərinin təfərrüatlarına, habelə Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsi məsələsinə toxunulub.
Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini yüksək qiymətləndiriblər.
Görüş zamanı ticarət-iqtisadi, nəqliyyat, energetika sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib.
Bunlarla yanaşı, regionun dinc və sabit inkişafının vacibliyi vurğulanıb. Tərəflər Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığı daha da dinamik hala gətirməyə hazır olduqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 11 Yanvar 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















