525ci qəzet Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı irəliləyiş qeydə alındığını deyib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı müharibənin həllində artıq irəliləyiş əldə etdiyini deyib.
525.az APA ya istinadən xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahında çıxışı zamanı bildirib.
O, münaqişəyə son qoymaq üçün çox çalışdığını deyib.
"Biz çox çalışırıq. Bu, çətin bir işdir, lakin biz müəyyən irəliləyiş əldə edirik", - deyə o bildirib.
Bundan əlavə, Tramp Ukraynadakı vəziyyətin həlli ilə bağlı həm Vladimir Zelenski, həm də Vladimir Putinlə əlaqə saxlamaq niyyətində olduğunu açıqlayıb.
Tramp həmçinin əlavə edib ki, hər iki tərəfdən itkilər rəsmi olaraq bildiriləndən daha çoxdur və o, hər həftə məsələ ilə bağlı hesabat alır.
Qeyd edək ki, Tramp məsələ ilə bağlı irəliləyişin tam olaraq nədən ibarət olduğu haqda məlumat verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 16 Dekabr 2024 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















