Icma.az
close
up
RU
525ci qəzet Türkiyə həm diplomatik, həm digər istiqamətdə qələbə əldə etdi Arzu Nağıyev

525ci qəzet Türkiyə həm diplomatik, həm digər istiqamətdə qələbə əldə etdi Arzu Nağıyev

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Suriyada baş verən hadisələr qəfil olmadı. Uzun müddət buna hazırlıq görülürdü.

Bu barədə “525”ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

“Məlum məsələ idi ki, həm Türkiyənin, həm ABŞ-nin, eyni zamanda Rusiyanın, İsrailin, İranın Suriyada daim özəl maraqları vardı və bu maraqları həyata keçirmək üçün danışıqlar aparılırdı”, - deputat bildirib.
Onun sözlərinə görə, əsas məqam ondan ibarətdir ki, Türkiyə burada çox mühüm bir rol oynadı: “Gələcəkdə Türkiyənin həm öz sərhədində stabillik yaratması, eyni zamanda, ərazisində olan Əsəd rejimindən qaçan Suriya qaçqınlarını geri qaytarmaq çox mühüm bir addım olacaq. Bu, həm iqtisadi, həm siyasi, həm hərbi baxımdan dövlətlərə təsir edən amildir. ABŞ-nin dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında olan danışıqlardan da bir daha məlum olur ki, terror təşkilatlarının kimin tərəfində olub-olmaması məsələsi gündəmə gətiriləcək. Lakin düşünmürəm ki, ABŞ orada insan hüquqları adı altnda terrorçulara dəstəyini davam etdirsin. Təbii ki, onların orada maraqları var və daim bundan istifadə etməyə çalışıblar”.

Rusiyaya gələndə, komitə sədri deyib ki, hazırda Əsəd rejimindən qalmış baş nazir səviyyəsində danışıqlar aparılır, eyni zamanda, Suriya ərazisində yerləşən Rusiya hərbi bazalarının taleyi, hər hansı bir hücum olmaması, həmçinin orda qalmaqda davam etmələri kimi məsələlər var və Rusiya bu proseslərdə məhz Bəşər Əsədə siyasi sığınacaq verməklə öz rolunu oynamaqdadır.

“İsrailə gəldikdə, artıq Colan yüksəkliklərinə hücumu başlayıb: “Yarım əsr demək olar ki, orada həmin yüksəkliklər həm İranın, həm Suriyanın inhisarında olub, onları əldə etməklə paralel olaraq İsrail Hizbullahın və digər Suriya ərazisində olan terrorçuların hərbi bazalarının məhv edilməsi ilə məşğuldur. Yəni birmənalı şəkildə hər bir dövlətin orada öz marağı var. Türkiyənin də mövqeyi birmənalıdır. Çünki Suriya ilə sərhədi, çoxsaylı qaçqını var və ərazidə kürd separatizmi dəstəkləyən dəstələr var. Bunların hamısı məlum məsələdir ki, Türkiyənin mövqeyinə təsir edən əsas amillərdir. Düşünürəm ki, burada qalib tərəf kimi də Türkiyəni qeyd etmək mümkündür. Türkiyənin həm NATO-nun üzvü olması, eyni zamanda ABŞ-nin, İranın Yaxın Şərqdə mövqeyi və digər məsələlər nəzərə alınmaqla, Türkiyə demək olar ki, həm diplomatik səviyyədə, həm digər istiqamətdə qələbə əldə etmiş dövlətdir”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri