Icma.az
close
up
RU
“Türkiyə Suriyadakı proseslərdə mühüm rol oynadı” Arzu Nağıyev

“Türkiyə Suriyadakı proseslərdə mühüm rol oynadı” Arzu Nağıyev

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Suriyada baş verən hadisələr qəfil olmadı. Uzun müddət buna hazırlıq görülürdü. Məlum məsələ idi ki, həm Türkiyənin, eyni zamanda, ABŞ-nin, Rusiyanın, İsrailin, İranın Suriyada daim özəl maraqları vardı və bu maraqları həyata keçirmək üçün danışıqlar mövcud idi”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Onun fikrincə, burada əsas məqam ondan ibarətdir ki, Türkiyə burada çox mühüm bir rol oynadı: “Gələcəkdə Türkiyənin sərhədd bölgəsində, stabillik yaratmaq, eyni zamanda, Türkiyə ərazisində olan Əsəd rejimindən qaçan Suriya qaçqınlarını geri qaytarmaq çox mühüm bir amildir. Bu, həm iqtisadi, həm siyasi, həm hərbi baxımdan dövlətlərə təsir edən amildir. ABŞ-nin Dövlət katibi Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında olan danışıqlardan da bir daha məlum olur ki, terror təşkilatlarının kimin tərəfində olub-olmaması məsələsini gündəmə gətiriləcək. Lakin düşünmürəm ki, ABŞ orada insan hüquqları adı altnda terrorçulara dəstəyini davam etdirsin. Təbii ki, onların orada maraqları var və daimi bunu təmin etməyə çalışıblar. Rusiyanın da maraqları təmin olnub. Hazırda Əsəd rejiminin baş nazirinin hökumətin ötürülməsi prosesində iştirakı, eyni zamanda, Suriya ərazisində yerləşən Rusiya hərbi bazaların mövcudluğunun davamlı olması və hücumlardan sığortalanması məsələsi var. Rusiya da bu proseslərdə məhz Bəşər Əsədə siyasi sığınacaq verməklə öz maraqlarını təmin edir”.
A.Nağıyev həmçinin qeyd edib ki, İsrailin artıq Qolan yüksəkliklərinə hücumu başlayıb: “Yarım əsr demək olar ki, orada həmin yüksəkliklər həm İranın, həm Suriyanın nəzarətində olub. İsrail bu bölgəni əldə etməklə paralel olaraq Hizbullahın və digər Suriya ərazisində olan terrorçuların hərbi bazalarının məhv edilməsi prosesini yürüdürü. Yəni birmənalı şəkildə hər bir dövlətin orada öz marağı var. Türkiyənin də mövqeyi birmənalıdır. Çünki Suriya ilə sərhədi, çoxsaylı qaçqını var və ərazidə separatizmi dəstəkləyən terrorçular mövcuddur. Yəni bunların hamısı məlum məsələdir ki, Türkiyənin mövqeyinə təsir edən əsas amillərdir. Düşünürəm ki, burada qalib tərəf kimi də Türkiyəni qeyd etmək mümkündür. Türkiyə demək olar ki, həm diplomatik səviyyədə, həm digər istiqamətdə qələbə əldə etmiş dövlətdir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Dekabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri