525ci qəzet TÜRKSOY nümayəndə heyəti təyyarə qəzasında həyatını itirənlərin xatirəsini ehtiramla yad edib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
TÜRKSOY nümayəndə heyəti Azərbaycanın Ankaradakı səfirliyi önünə əklil qoyub, təyyarə qəzasında həyatını itirənlərin xatirəsini ehtiramla yad edib.
525.az xəbər verir ki, TÜRKSOY-un baş katibi Sultan Rayevin əvvəlcədən planlaşdırılan tədbirlər çərçivəsində xaricdə olması ilə əlaqədar Azərbaycanın TÜRKSOY-un ölkə nümayəndəsi Elçin Qafarlının rəhbərlik etdiyi TÜRKSOY nümayəndə heyətini Azərbaycan səfiri Rəşad Məmmədov qarşılayıb.
Elçin Qafarlı səfirlik önünə əklil qoyduqdan sonra baş katib Sultan Rayevin adından səfirlikdəki Xatirə kitabını imzalayıb.
TÜRKSOY-un əməkdaşları “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insan tələfatından çox kədərləndiklərini bildirib və səfirə başsağlığı veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 26 Dekabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















