Icma.az
close
up
RU
525ci qəzet Virtual narkomaniya sosial media aludəçiliyi

525ci qəzet Virtual narkomaniya sosial media aludəçiliyi

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Sabir ETİBARLI

Hər bir fərd sosial varlıq olaraq daima digər insanlarla ünsiyyət qurmaq, xəbərləşmək, sosial əlaqələrini qorumaq ehtiyacı hiss edir. Qloballaşma, texnologiyanın inkişafı və onun əlçatanlıq səviyyəsinin yüksəlməsi kimi kompleks faktorlar insanların düşünmə formalarına və həyat tərzlərinə böyük təsir göstərir. Maddi-mənəvi ehtiyaclar eyni qalsa da, onların ödənmək şəkilləri dəyişir. Bu dəyişikliklərdən biri də yaş və cinsiyyətindən asılı olmayaraq əksər fərdlərin sosial ehtiyaclarını ödəmək məqsədi ilə sosial media platformalarından geniş istifadə etmələridir. Sosial media məsafələri qısaldaraq insanlara ünsiyyət qurmaq, özlərini ifadə etmək və məlumat əldə etmək üçün yeni imkanlar yaradır. Bütün bu üstünlüklərinə baxmayaraq, sosial medianın insanlarda asılılıq yaratması faktdır və bu ifrat istifadə özü ilə ən müxtəlif fəsadlar gətirir.

Sosial media aludəçiliyinin vurduğu ziyanlardan danışan zaman ilk növbədə vaxt itkisini vurğulamaq lazım gəlir. Vaxt itiriləndə geri qaytarılması mümkün olmayan çox vacib resurs kimi qiymətləndirilir. Hər il vaxtın necə doğru formada idarə olunması və qısa vaxtda necə daha çox işin görülməsi haqda çoxlu kitab yazılır, yeni ideyalar irəli sürülür. Zamandan daha effektiv formada istifadə etmənin yollarını müəyyənləşdirmək üçün bəşəriyyət yeni metodlar, daha təkmil konsepsiyalar axtarışındadır. Belə şəraitdə sosial mediada itirilmiş zaman olduqca gərəksiz görünür. Reklam, PR və ya satış kimi maddi qazanc əldə edilməsi və ya digər faydalı məqsədlər üçün istifadə olunmadığı təqdirdə sosial mediaya təhlükəli vaxt oğrusu kimi baxmaq lazımdır. Əksər insanların həyatında sosial media sadəcə vaxt öldürmək üçün bir alət kimi istifadə olunur və maddi-mənəvi heç bir dəyər yaratmır.

Sosial media istifadəçilərini daha çox məşğul etmək üçün müxtəlif  cəlbedici rənglərdən, fərqli vizual effektlərdən, maraqlı səslərdən, gülməli məzmunlardan istifadə olunur. Bu kimi halların qarşısını almaq üçün istifadəçilərə zaman bildirişlərini aktiv etmək tövsiyə edilir. İnsanın özünə təyin etdiyi zaman bitincə sosial media ilə vidalaşmaq lazımdır. Ancaq bu addım bəziləri üçün olduqca çətin görünə bilər.

Sosial mediadan ifrat istifadənin fəsadları özünü gözdə daha tez göstərir. Sosial media asılılığı telefon, komputer, planşet və bənzər alətlərin daha çox istifadəsinə gətirib çıxarır. Uzunmüddətli istifadə zamanı göz əzələləri gücdən düşür, ekran şüası göz qişasını qıcıqlandırır. Bu qıcıqlanma quruluq, batma hissi, gözlərin qızarması, başda ağrı və başqa formalarda özünü göstərə bilir. Uzunmüddətli istifadə nəticəsində görmə bacarığında azalma müşahidə olunur. Bu kimi halların qarşısını almaq üçün 20 dəqiqədən bir gözlərə istirahət vermək, göz məşqləri etmək, ekran ilə göz arasında doğru məsafəni saxlamaq, ekran parlaqlığını doğru tənzimləmək və həkimlərin məsləhət bildiyi göz nəmləndiricilərindən istifadə etmək lazımdır.

Beyin sosial media aludəçiliyindən ən çox əziyyət çəkən orqandır. Təsadüfi deyil ki, Oksford Universiteti Nəşriyyatı "beyin çürüməsi" ifadəsini 2024-cü ilin sözü kimi seçib. Bu termin xüsusilə sosial mediada aşağı keyfiyyətli onlayn məzmunun həddindən artıq istehlakının zehni və intellektual vəziyyətə mənfi təsirini ifadə edir. 2023-cü ildən 2024-cü ilə qədər bu ifadənin istifadəsi 230 faiz artıb. Uzunmüddətli və davamlı formada sosial mediadan istifadə beyin funksiyalarına, istifadəçinin əqli-psixi vəziyyətinə mənfi təsir göstərir. Həddən artıq sosial mediadan istifadə zamanı yuxusuzluq, diqqət dağınıqlığı, canlı ünsiyyətdə problemlər kimi bir çox arzuolunmaz hallar yaranır. Yatmazdan qabaq telefonun parlaq ekran şüasına məruz qalmaq və beyinin göz yaddaşını lazımsız təsvirlərlə doldurmaq yuxu keyfiyyətini kəskin formada aşağı salır. Yuxusuzluq və diqqətsizlik fərdlərdə stress səviyyəsinin artmasına səbəb olaraq istər iş, istərsə də sosial həyatda məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Bu kimi problemlərin qarşısını almaq üçün sosial mediadan şüurlu və məqsədli formada istifadə etmək lazımdır. Sosial media aludəçiliyindən yorulmuş beyinin sağlamlığını qorumaq üçün zehni işlə məşğul olmaq tövsiyə olunur. Şahmat, dama, krossvord kimi zehni oyunlar, yeni bilik və bacarıqlara yiyələnmək (yeni dil öyrənmək, rəsm çəkmək, musiqi alətlərində ifa və s.) beyində sinir hüceyrələri arasında mövcud əlaqələrin qorunmasında, eləcə də yeni əlaqələrin qurulmasında əvəzsiz rola sahibdir.

Sosial media aludəçiliyindən çox əziyyət çəkən bədən üzvlərindən biri də boyun nahiyəsidir. Sosial mediadan istifadə çox zaman başın aşağı istiqamətlənməsini tələb edir ki, bu halda boyun fəqərələrini, əzələləri artıq və gərəksiz şəkildə yüklənir. Bu formada uzun müddət sabit qalan boyunda xroniki ağrılar  yaranır. Bu ağrılar çiyinlərə də yayıla bilir və bir vaxtdan sonra qamətdə əyilmə qaçınılmaz hal alır. Qamət əyriliyi şiddətli ağrılar yaradır, iş fəaliyyətinin azalmasına gətirir.

Sosial media asılılığı fiziki narahatlıqlardan əlavə, ciddi ictimai-sosial fəsadlar da yarada bilir. Bəzi insanlar öz həyatlarını daha yüksək rifah standartlarına sahib insanlarla müqayisə edərək özlərini uğursuz və məğlub kimi qiymətləndirməyə meyillidir. Uzun müddət ərzində bu hissləri yaşayan insanlarda depressiyaya meyillilik, əsəbilik, aqressiya kimi mənfi, arzuolunmaz hallar yarana bilir. Aydındır ki, şəxsin maddi gəlirinin səviyyəsinə ölkənin iqtisadi vəziyyəti, xalqın ümumi rifah səviyyəsi, fərdin şəxsi keyfiyyətləri və başqa bir çox faktor təsir göstərir.

Bununla belə, sosial medianın insanlara yeritməyə çalışdığı konkret bir həyat forması var - daha varlı, daha sağlam və daha xoşbəxt insan modeli. İlk baxışdan gözə və qulağa xitab edən bu həyat şərtləri ilə hamı ayaqlaşa bilmədiyindən bir çox insanlarda məmnunsuzluq, natamamlıq hissi yaradır. Bundan əlavə, yaradılmış məzmunların daha çox bəyənilməsi, daha çox müsbət rəylə qarşılanması istəyi istər yeniyetmələr, istərsə də yetkin insanlar üçün ayrıca bir xəstəliyə çevrilib. Bəyənmə və rəy sayı artdıqca insanlarda məmnunluq hissi yaranır və istifadəçi daim bu halın təkrarlanmasına ehtiyac duyur. Bu isə dəhşətli dərəcədə narkotik asılılığını xatırladır.

Təəssüf ki, istifadəçiləri sonsuz və fərqli məzmunla təmin edən sosial mediaya yox demək, ekranı aşağı sürüşdürməyi dayandırmaq hər zaman asan olmur. Bu sonsuz məlumat axınında şəxsi məlumatların təhlükəsizliyi də ayrıca mühüm məsələ kimi nəzərdən keçirilməlidir. Şəxsi məlumatların oğurlanması, bank kartlarına icazəsiz müdaxilə, şəxsi nüfuzu zədələyə biləcək məlumatların yayılması kimi hallar bütün dünyada narahatedici səviyyədə artıb. Əlbəttə ki, bu kimi halların qarşısını almaq üçün sosial media savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır. Zaman-zaman bu mövzu ilə bağlı seminarlar və müxtəlif maarifləndirmə kampaniyaları həyata keçirilsə də, bu kimi işlərin cəmiyyətin hansı kəsiminə çatması və effektivliyin ölçülməsi haqqında statistik məlumatların azlığı müşahidə olunur.

Sosial medianın əsas təhlükələrindən biri də paylaşılan məzmunların həmişə həqiqətə uyğun olmamasıdır. Sosial media başda dini, ideoloji, siyasi xarakterli olmaqla ən müxtəlif saxta məlumatlar, yalan xəbərlərlə zəngindir. Əlbəttə ki, təhsilindən, dünyagörüşündən, analitik zəkasından asılı olaraq bəzi insanlar saxta və həqiqi xəbərləri, məlumatları bir-birindən fərqləndirə bilirlər. Amma təəssüf ki, belə insanların azlığı bir yana, həqiqət ilə yalan arasındakı sərhəd həmişə aydın olmur. Bu isə cəmiyyətdaxili, hətta xalqlararası müəyyən narazılıqların, konfliktlərin şiddətlənməsinə səbəb ola bilər.

Nəticə olaraq, sosial media aludəçiliyi həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir, eyni zamanda cəmiyyətdə mənəvi və sosial problemlərin yaranmasına səbəb ola bilir. Bunun qarşısını almaq üçün şüurlu və məqsədyönlü sosial media istifadəsinə üstünlük vermək, vaxtı səmərəli idarə etmək və real həyatda ünsiyyətə daha çox diqqət yetirmək vacibdir. İnsan sosial varlıqdır və canlı, üzbəüz ünsiyyətin dəyəri heç bir virtual platforma ilə əvəz oluna bilməz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Dekabr 2024 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri