Icma.az
close
up
RU
Sosial şəbəkələr: Virtual aləmin acı reallıqları

Sosial şəbəkələr: Virtual aləmin acı reallıqları

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Zamanla sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsi olmaqdan çıxaraq insanların dəyər və özünütanıma meyarına çevrildi. 

Bir foto, bir paylaşım və onun altına gələn “like”lar… 

Görünüşdə bu  çox sadə görünür, amma əslində bunların arxasında insan psixikasını dəyişən böyük bir mexanizm dayanır. Biz sosial şəbəkələrdə özümüzü fərqli təqdim edirik, göstəririk. Orada yaratdığımız obraz bəzən real “mən”imizdən tamamilə fərqli olur”.

Bunu "Cebheinfo.az"-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə yaratdığımız bu obraz “Virtual mən” adlanır:

“Psixologiyada deyilir ki, insan hər zaman qəbul edilmək və bəyənilmək istəyir. Sosial şəbəkələr bu ehtiyacı ən sürətli şəkildə təmin edir. Bir paylaşım, bir foto, bir şərh dərhal qarşılığında bəyənilər, rəy və diqqət.

Bu, beyində dopamin ifrazını artırır və insanda müvəqqəti xoşbəxtlik yaradır. Nəticədə insan həmin duyğunu təkrar yaşamaq üçün yenidən paylaşır, yenidən baxır, yenidən gözləyir. Bu isə asılılığın başlanğıcıdır”.

Onun sözlərinə görə, sosial şəbəkə asılılığı həm real, həm də virtual həyat arasında uçurum yaradır:

“Ən çox müşahidə olunan hal “real həyatdan uzaqlaşma”dır. İnsan öz gündəlik həyatını maraqsız, darıxdırıcı hesab edir, amma virtual aləmdə özünü daha “cazibədar” və “uğurlu” hiss edir.  Bu, real mənlə, virtual mən arasında uçurum yaradır.

Digər təsiri isə “müqayisə tələsi”dir. İnsan başqalarının həyatı ilə özünü müqayisə edir. Başqalarının xoşbəxt görünən paylaşımları öz həyatını kiçik, dəyərsiz göstərir. Bu, özünə inamın zəifləməsinə, depressiv əlamətlərə və hətta sosial təcridə səbəb ola bilir”.

O bildirib ki, insanlar virtual aləmdə özlərinin yalnız “ən yaxşı versiyası”nı göstərməyə çalışırlar:

“Niyə “Virtual mən” daha cəlbedicidir? Çünki virtual aləmdə hər şey bizim nəzarətimizdədir. Biz şəkillərimizi seçirik, sözlərimizi dəyişirik, özümüzə uyğun maska taxırıq.

Reallıqda isə hər şeyin üstünü örtmək mümkün deyil. Buna görə də “Virtual mən” çox vaxt ideal, amma saxta görünür. İnsan özünün “ən yaxşı versiyası”nı göstərmək istədikcə, real həyatdakı mənlik dəyəri kölgədə qalır.

Çıxış yolu kimi sosial şəbəkədən imtina etmək mümkün deyil, amma sağlam sərhədlər çəkmək olar. Məsələn, onlayn vaxtı məhdudlaşdırmaq, sosial şəbəkəni informasiya və ünsiyyət vasitəsi kimi istifadə etmək, özünü başqaları ilə müqayisə etməmək.

Ən əsası isə real həyatda münasibətlərə, fəaliyyətlərə, hobbilərə, insanlarla üz-üzə təmasa daha çox yer ayırmaqdır. Çünki real “mən”imizi gücləndirdikcə, virtual mənin kölgəsi bizi idarə edə bilmir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri