Icma.az
close
up
RU
525ci qəzet Xdən Blueskyə qaçış

525ci qəzet Xdən Blueskyə qaçış

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask prezident seçkilərində Donald Trampı dəstəklədiyi üçün iş adamının sahibi olduğu X sosail şəbəkəsindən (keçmiş tviter) qaçış başlayıb. Seçki kampaniyası zamanı İlon Maskın Trampı təbliğ etmək üçün X-dəki hesabından fəal şəkildə istifadə etməsi, sosial şəbəkədə paylaşımların daha çox istifadəçiyə görsənməsi üçün hətta sosial şəbəkənin alqoritmini dəyişməsi əks reaksiya doğurub. X-i tərk edənlər arasında bir çox məşhurlar da var. Məsələn, yazıçı Stiven Kinq, rejissor Gilermo del Toro, aktyor Mark Hamill artıq X sosial şəbəkəsini tərk ediblər. Məşhur müğənni Teylor Svitin pərəstişkarlarını başqa sosial şəbəkələrə köçməyə başladığı haqqında məlumatlar var. Britaniyanın "The Guardian" qəzeti də X-dəki rəsmi hesablarında yazıların dərcini dayandırıb. Nəşrin müraciətində qeyd olunub ki, sosial şəbəkədə təbliğ olunan məzmun "The Guardian" qəzetinin kollektivini qane etmədiyi üçün bu addımı atıblar. Araşdırmalar da təsdiq edir ki, İlon Mask sosial şəbəkənin sahibi olduqdan sonra onun populyarlığı həqiqətən də azalmağa başladı. "Financial Times"ın məlumatına görə, son 16 ayda ABŞ-da X-in aktiv istifadəçilərinin sayı 20 faiz azalıb. X sosial şəbəkəsinin Avropadakı istifadəçilərinin sayı bu ilin ilk altı ayı ərzində 114 milyondan 106 milyona düşüb. Başqa bir məlumat görə isə yalnız noyabrın 6-da, yəni prezident seçkisinin səhərisi gün ABŞ-da 115 min istifadəçi X-i tərk edib. Bəzi ölkələrdə isə rəy liderləri X-in əleyhinə təbliğat aparır, sosial şəbəkə istifadəçilərin başqa platformalardan istifadə etməyə çağırırlar.

X sosial şəbəkəsin tərk edənlər əsasən "Bluesky" mikroboluqunu seçirlər. Qeyd edək ki, "Bluesky" mikrobloqu 2019-cu ildə tviterin həmtəsisçisi və sonra baş direktoru Cek Dorsinin dəstəyi ilə fəaliyyətə başlayıb. Bu layihə mərkəzləşdirilməmiş sosial şəbəkələrin perspektivlərini qiymətləndirmək üçün eksperiment kimi yaradılmışdı. "Bluesky" 2023-cü ilin fevralında beta test rejimində istifadəyə verildi. Ona yalnız digər istifadəçilərin dəvətləri ilə daxil olmaq mümkün idi. Bu ilin fevral ayından isə sosial şəbəkə "qapılarını" hər kəs üçün açıb. Hələ sentyabr ayında Braziliyada X sosial şəbəkəsi müvəqqəti olaraq bloklananda yerli istifadəçilər alternativ axtarmağa başlayıblar. Nəticədə bir neçə gün ərzində "Bluesky" istifadəçilərinin sayı Braziliyada iki milyon artıb.

"Bluesky"in istifadəçilərin sayı ABŞ-dakı seçkilərindən sonra sürətlə artmağa başlayıb. Cəmi üç həftə ərzində sosial şəbəkə səkkiz milyondan çox istifadəçi qazanıb. "Bluesky" hazırda Mark Hamill də daxil olmaqla on milyonlarla insan tərəfindən istifadə olunur. İstifadəçilərinin kəskin artması sosial şəbəkənin sahiblərini moderatorların sayını bir neçə dəfə artırmağa vadar edib. X-i tərk edənlərin "Bluesky"i seçməsi onların funksional olaraq bir-birinə bənzəməsi ilə bağlıdır. "Bluesky"də paylaşılan mesajların uzunluğu 300 simvola qədərdir ki, bu da X ilə müqayisədə daha çox fikir yazmağa imkan verir. Bundan başqa, mesajlara şəkillər, GIF-lər və videolar də əlavə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri